Ağarəhim Əsərlər
40
Müəllim bu işin digər variantından da istifadə edir. O,
ç
səsi və
hərfi işlənmiş
çiçək, çinar, keçi
və s. kimi əşya şəkillərini yazı tax-
tasından asır, həmin şəkillərin altından adlarını yazarkən ç hərfinin
əvəzində boş damalar çəkir. Sonra şəkillərin adlarında buraxılmış
hərfləri damaların əvəzində yazmağı şagirdlərə tapşırır.
Proses
uşaqları xeyli düşündürür, maraqlandırır və şüurlu fəaliyyətə yönəl-
dir. Nəticədə bütöv sinif tapşırığı yerinə yetirir.
Yaxud, başqa bir misal. Tutaq ki, dərsdə
“
Ö, ö‖
hərfinin yazılı-
şının möhkəmləndirilməsi üzrə iş aparılmalıdır.
Bu məqsədlə şa-
girdlərə Ö, ö hərflərinin birləşdirilməsi, ayrı-ayrı heca və söz daxi-
lində işlədilməsi üzrə iş gedir. Müəyyən vərdişə yiyələndikdən son-
ra
“
İş dəftəri‖ndə
Ö, ö
hərflərinə aid bir
neçə nümunə yazmaq tələb
olunur.
Nəhayət, müəllim
ər, sö, çö, kö, dö
hecalarını diqtə edir. Uşaq-
lar diqtəyə əsasən
ö
hərfinin işləndiyi hecaları yazırlar. Sonra sinif-
də yaranmış şəraitdən, şagirdin səviyyəsindən asılı olaraq, tez-tez iş
forması dəyişir,
daha optimal variantlardan,
priyomlardan istifadə
edilir. Əvvəlcə yazı taxtasına
kök, çöl, öküz, ördək
sözləri yazılır.
Sonra birinci sözün üstü açılır.