Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə32/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   28   29   30   31   32   33   34   35   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
37 
göstərməsi; 3) Yazı prosesində şagirdin ayağının (pəncəsinin) par-
tanın altında yerləşdirilmiş dayanacağa möhkəm birləşdirilməsi;
4) Gözlə dəftər arasında məsafənin 25-30 sm saxlanılması və s. 
Yazını uzun sürən prosesə çevirmək olmaz. Əks təqdirdə uşaq-
larda yorğunluq yaranır, yazıda müxtəlif xarakterli nöqsanlar mey-
dana çıxır. I sinifdə gigiyenik tələblər şagirdlərə çatdırılır, sonrakı 
siniflərdə isə yeri gəldikcə xatırladır. 
7. Yazı prosesində yaranan psixoloji cəhətlər 
Yeni təlimə başlayan uşaq üçün yazı sirli bir aləmdir. Bu zehni 
və hərəki proses olmaqla şagirdlərdən möhkəm və dəqiq əl hərəkət-
ləri tələb edir. Buna baxmayaraq, onlarda yazı vərdişləri dərsdən-
dərsə tədricən yaranır. Başqa sözlə, əl yazısı işarələrinin təsviri 
kimi gərgin prosesin avtomatlaşmış prosesə çevrilməsi başlanır. 
Məlumdur ki, yeni yazmağa başlayan uşaq üçün pedaqoji-psi-
xoloji tələblər həddən artıq çoxdur. O, bu tələblərin hamısını eyni 
vaxtda tətbiq etməyi bacarmır. Belə vəziyyətdə o, daxili psixoloji 
gərginlik keçirir. Bu gərginliyi üç mərhələyə ayırmaq olar: a) hərfin 
elementlərinin öyrədilməsi; b) şagirdin şüurunda hərfin düzgün ob-
razının yaradılması; v) yazı mərhələsi. 
Birinci, şagirdin bütün diqqəti hərfin elementlərinin ayrılmasına 
yönəlir, sonra isə texniki və qrafik qaydaların gözlənilməsinə, dəf-
tərin qoyuluşuna, qələmin tutulmasına və s. cəlb olunur. İkinci, hər-
fin elementlərinin düzgün yazılmasıdır. Bu prosesdə şagird hərfi 
elementlərə ayırır, onun quruluşunu, digər elementlərdən onun fər-
qini müəyyənləşdirir. Sonra hərəki fəaliyyətə atılır. Bu mərhələlər-
də məktəblini həm hərfin texniki və qrafik cəhətləri, həm də sözün 
semantikası düşündürür. O, tədricən əldə etdiyi bilikləri praktikaya 
şüurlu tətbiq edir. Şüurlu fəaliyyət onu avtomatlaşmış yazıya gəti-
rib çıxarır. 
Yazının mərhələləri əsasən əlifba təlimi dövrünü əhatə etsə də, 
o bəzən hüsnxət məşğələlərində də özünü büruzə verir. II-IV sinif-
lərdə hüsnxət məsələsinə xüsusi saatlar ayrılsa da, əlifba təlimi və 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə