Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə31/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   27   28   29   30   31   32   33   34   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
36 
ba ilə düzür, heca və səslərə ayırır, hər səsi heca, hecaları isə söz 
içərisində birləşdirirlər. Qalan uşaqlar isə həmin sözün üzünü köçü-
rürlər. 
Təsadüfı materialların seçilməsinə yol verilməməlidir. Əlifba 
təliminin sonlarında şagirdlər təbii olaraq, qoşa samitli (
səkkiz, 
doqquz, müəllim, mürəbbə
və s.) sözləri yazmağı bacarmalıdırlar. 
Savad təlimi dövründə əvvəllər yalnız hecalar, tək-tək sadə sözlər 
müəllimin diqtəsinə əsasən yazılırsa, ilin sonunda məktəblilər 

Tu-
tu tutdu



Aslan oxudu



Süsən gəldi

kimi cümlələri yazmağı 
bacarmalıdırlar. 
Beləliklə, savad təliminin sonunda 15-20 sözdən ibarət imla 
yazdırmaq mümkün olur. 
6. Yazı üçün hazırlıq işləri 
Əlifba təlimi dövründən etibarən şagirdlər ikicızıq, seyrək mail 
xətləri olan dəftərdən və diyircəkli qələmdən istifadə edirlər. İlk 
gündən onlara qələm və dəftərdən düzgün istifadə etmək bacarıqla-
rı aşılanmalıdır. 

Qələmi üç barmaqla tutmaq lazımdır‖. Belə ki, 
şagird qələmi orta və baş barmaqla tutmalıdır, şəhadət barmağı isə 
cizgiləri (ştrixləri) qaydaya salmaq, hərfin elementlərini təzyiqlə 
yazmaq üçün yuxarıda durmalıdır, qələmin sol yanında azca üst 
tərəfıni isə şəhadət barmağı ilə tutmalıdır. 
...Şagird yazarkən 

qələmi boş tutmalı və onu kağız üzərində 
bərk sıxmamalıdır‖
1
.
Yazıya hazırlıq prosesində gigiyenik qaydaların gözlənilməsi 
müəllimin diqqət mərkəzində olmalıdır. 
Əks halda, şagirdlərdə müxtəlif (onurğanın əyilməsi, gözün gör-
mə qabiliyyətinin zəifləməsi və s.) xəstəliklər yarana bilər.
Gigiyenik tələblər hansılardır? 1) Partanın uşağın boyuna uy-
ğunluğu; 2) İşığın sol tərəfdən düşməsi, dəftərin sağ tərəfə 65 dərə-
cəlik bucaq altında qoyulması, qolun və biləyin sərbəst fəaliyyət 
1
A.Abdullayev, Y.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. 
Bakı, ―Maarif‖, 1968, səh.68. 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə