Ağarəhim Əsərlər
42
günü və gələcəyi, yaratdığı xarüqələr, doğma təbiətimizin zənginli-
yi, rəngarəngliyi və s. əlaqədar şagirdlərin təsəvvürlərinin zəngin-
ləşdirilməsi;
—
şagirdlərin türk dünyası, islam dəyərləri, Azərbaycan xalqı-
nın milli adət-ənənələri ruhunda tərbiyə edilməsi;
—
dövlətimizin sülh siyasəti, Azərbaycanda yaşayan kiçik xalq-
ların və etnik qrupların həmrəyliyi, dostluğu ideyalarının şagirdlərə
çatdırılması və onlarda milli mənlik, millilikdən bəşəriliyə hissləri-
nin aşılanması;
—
şagirdlərdə müharibəyə nifrət hissi aşılanması, bolşevizm
ideologiyasının çürüklüyünün dərk etdirilməsi;
—
şagirdlərə ana dilinin dərindən mənimsədilməsi, onun gözəl-
liyinin, böyük qüdrətinin dərk etdirilməsi, ondan zövq almaq qabi-
liyyətinin formalaşdırılması, nitq və təfəkkürlərinin inkişaf etdiril-
məsi;
—
şagirdlərdə Azərbaycan uşaq ədəbiyyatına maraq və məhəb-
bət hisslərinin tərbiyə olunması;
—
uşaqlarda əməyə, əmək adamlarına, müxtəlif sənət və peşə-
lərə rəğbət hissinin aşılanması və s.
N.A.Korf, V.İ.Şermetski, V.A.Fyodorov, N.Kulman, E.A.Ada-
moviç, N.P.Kononikin, N.A.Şerbakov, A.S.Abdullayev, Y.Ş.Kəri-
mov, M.M.Omorokova, A.N.Rəhimov və b. ibtidai siniflərdə oxu
təlimi haqqında müəyyən fıkirlər söyləmişlər. Onların bu sahədəki
fikirləri oxu təlimi üzrə aparılacaq işlərə müəyyən əsaslar verir.
2. Oxu təlimi üzrə işlərin nəzəri və didaktik
əsasları
Oxu təlimi üzrə işlərin nəzəri və didaktik əsaslarını tədqiq et-
mək üçün əvvəlcə
“
Şüur nədir?
”
,
“
Şüurluq nədir?‖,
“
Bunlar arasın-
dakı fərq nədən ibarətdir?‖,
“
Oxunun şüurluluğu ilə digər vərdişləri
arasındakı qarşılıqlı əlaqə necə baş verir?‖ və s. suallara cavab ax-
tarmaq lazım gəlir.
İctimai varlığın inikası olan şüur obyektiv reallığı, maddi aləm-
|