Ağarəhim Əsərlər
13
eyni zamanda ana dilinin doğma döşündən mənəvi həyat və qüvvə
içir. Ana dili təbiəti ona heç bir təbiətçinin izah edə bilmədiyi bir
şəkildə izah edir; o, uşağı, onu əhatə edən adamların səciyyəsi ilə,
içərisində yaşadığı cəmiyyətlə, onun tarixi ilə, onun arzuları ilə heç
bir tarixçinin tanış edə bilməyəcəyi bir şəkildə tanış edir; o uşağı
xalq etiqadlarına, xalq poeziyasına heç bir estetikin edə bilməyəcə-
yi bir tərzdə daxil edir, nəhayət, o elə məntiqi məfhumlar və fəlsəfı
görüşlər verir ki, əlbəttə, bunu heç bir filosof uşağa verə bilməzdi
1
.
Bu baxımdan ibtidai siniflərdə ana dili təlimi böyük əhəmiyyət
kəsb edir.
2. Ana dili tədrisinin məqsəd və vəzifələri
İbtidai siniflərdə ana dili təliminin məqsədi şagirdlərə savadlı
yazmaq, ifadəli, şüurlu oxumaq, fıkrini aydın, dəqiq və məntiqi şə-
kildə ifadə etmək bacarıq və vərdişləri aşılamaqdan, onların idrak
fəaliyyətini yüksəltməkdən, elmi dünyagörüşünü formalaşdırmaq-
dan və s. ibarətdir. Şagirdlərin əqli, əxlaqi və psixi qüvvələri inki-
şaf etdirilməli, onlarda müstəqil işləmək, öyrəndiklərini təcrübəyə
şüurlu tətbiq etmək bacarıqları formalaşdırılmalıdır. Bunun üçün
hər şeydən əvvəl təlimə güclü maraq və meyl, öyrənməyə böyük
inam yaradılmalıdır.
Ibtidai siniflərdə ana dilinin tədrisi ilə əlaqədar məktəbin üzəri-
nə mühüm vəzifələr düşür. Başlıca vəzifə ana dilini şagirdlərə də-
rindən mənimsətmək, onlarda mənsub olduğu xalqın tarixinə, yara-
dıcılığına, ədəbiyyatına, kitaba güclü maraq oyatmaq, vətəni sev-
mək, gündəlik məşğələlərdə tədris materialını öyrətmək, onları si-
nifdənxaric mütaliəyə alışdırmaq və s.-dən ibarətdir.
Ana dili:
1) ibtidai sinif şagirdlərinin ictimai-siyasi və mənəvi tərbiyəsi-
nin mühüm vasitəsi olduğundan, onların maddi aləm haqqındakı tə-
səvvürlərini genişləndirir, məktəblilərə dil və oxuya aid materialları
təhlil-tərkib etmək, obrazları qiymətləndirmək, onlara obyektiv mü-
1
K.D.Uşinski. Seçilmiş pedaqoji əsərləri. Bakı, Azərnəsr, 1953, səh.113.
|