Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə10/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   6   7   8   9   10   11   12   13   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
13 
eyni zamanda ana dilinin doğma döşündən mənəvi həyat və qüvvə 
içir. Ana dili təbiəti ona heç bir təbiətçinin izah edə bilmədiyi bir 
şəkildə izah edir; o, uşağı, onu əhatə edən adamların səciyyəsi ilə, 
içərisində yaşadığı cəmiyyətlə, onun tarixi ilə, onun arzuları ilə heç 
bir tarixçinin tanış edə bilməyəcəyi bir şəkildə tanış edir; o uşağı 
xalq etiqadlarına, xalq poeziyasına heç bir estetikin edə bilməyəcə-
yi bir tərzdə daxil edir, nəhayət, o elə məntiqi məfhumlar və fəlsəfı 
görüşlər verir ki, əlbəttə, bunu heç bir filosof uşağa verə bilməzdi
1

Bu baxımdan ibtidai siniflərdə ana dili təlimi böyük əhəmiyyət 
kəsb edir. 
2. Ana dili tədrisinin məqsəd və vəzifələri 
İbtidai siniflərdə ana dili təliminin məqsədi şagirdlərə savadlı 
yazmaq, ifadəli, şüurlu oxumaq, fıkrini aydın, dəqiq və məntiqi şə-
kildə ifadə etmək bacarıq və vərdişləri aşılamaqdan, onların idrak 
fəaliyyətini yüksəltməkdən, elmi dünyagörüşünü formalaşdırmaq-
dan və s. ibarətdir. Şagirdlərin əqli, əxlaqi və psixi qüvvələri inki-
şaf etdirilməli, onlarda müstəqil işləmək, öyrəndiklərini təcrübəyə 
şüurlu tətbiq etmək bacarıqları formalaşdırılmalıdır. Bunun üçün 
hər şeydən əvvəl təlimə güclü maraq və meyl, öyrənməyə böyük 
inam yaradılmalıdır. 
Ibtidai siniflərdə ana dilinin tədrisi ilə əlaqədar məktəbin üzəri-
nə mühüm vəzifələr düşür. Başlıca vəzifə ana dilini şagirdlərə də-
rindən mənimsətmək, onlarda mənsub olduğu xalqın tarixinə, yara-
dıcılığına, ədəbiyyatına, kitaba güclü maraq oyatmaq, vətəni sev-
mək, gündəlik məşğələlərdə tədris materialını öyrətmək, onları si-
nifdənxaric mütaliəyə alışdırmaq və s.-dən ibarətdir. 
Ana dili: 
1) ibtidai sinif şagirdlərinin ictimai-siyasi və mənəvi tərbiyəsi-
nin mühüm vasitəsi olduğundan, onların maddi aləm haqqındakı tə-
səvvürlərini genişləndirir, məktəblilərə dil və oxuya aid materialları 
təhlil-tərkib etmək, obrazları qiymətləndirmək, onlara obyektiv mü-
1
K.D.Uşinski. Seçilmiş pedaqoji əsərləri. Bakı, Azərnəsr, 1953, səh.113. 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə