Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası


Azərbaycan dili tarixi. Müasir Azərbaycan dili kursu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə12/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   8   9   10   11   12   13   14   15   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

3. Azərbaycan dili tarixi. Müasir Azərbaycan dili kursu.
Ana dilinin tədrisi metodikasının elmi mənbələrindən biri ―Azər-
baycan dili tarixi‖ və ―Müasir Azərbaycan dili‖ kursudur. Müəllim 
Azərbaycan dilində sözlərin etimologiyasını, onun fonetik, morfo-
loji tərkibini, söz birləşmələri və cümlələrin sintaktik quruluşunu 
dərindən mənimsəməli, dilin leksika və üslubiyyatına bələd olmalı-
dır. 
4. Uşaq ədəbiyyatı və ədəbiyyatın tədrisi metodikası.
Ana 
dili şagirdləri xalqın poeziyası, poetik düşüncələri, şifahi və yazılı 
abidələri ilə tanış edir, onlara vətənimiz, onun tarixi, qəhrəmanlıq 
salnamələri haqqında məlumatlar verir. Şagirdlərin təsəvvürlərini 
silsilə ideyalarla, lüğət ehtiyatlarını yeni-yeni söz və ifadələrlə, sin-
taktik konstruksiyalarla zənginləşdirir. Ona görə də müəllim uşaq 


Ağarəhim Əsərlər 
16 
ədəbiyyatını dərindən öyrənməli, oxu materialının məzmununa uy-
ğun optimal vasitə, priyom və metodları seçməyi bacarmalıdır. 
5. Psixologiya.
Psixologiya elminə əsaslanmadan ana dilinin 
tədrisi sahəsində müvəffəqiyyət qazanmaq çətindir. 6-11 yaşlı 
uşaqların təlimə olan marağının psixoloji xüsusiyyətlərinin (diqqə-
tinin, qavrayışının, təxəyyülünün, hafizəsinin, təfəkkürünün və s.) 
nəzərə alınması, onların görmə-hərəki analizatorlarına əsaslanılma-
sı, təlim prosesində tez yorulmadan, bir iş formasından digərinə 
tez-tez keçmə hallarının müəllimin diqqət mərkəzində olması zəru-
ridir. Müasir psixologiyada savad təlimi, Azərbaycan dili, oxu və 
yazı təlimi və nitq inkişafı üzrə iş sahəsində böyük əhəmiyyəti olan 
mülahizələr söylənmişdir. Müəllim uşaqların yaş və psixoloji xüsu-
siyyətlərini dərindən öyrənməklə təlim prosesində psixologiya el-
minin son nailiyyətlərinə əsaslanmalıdır. 
6. Pedaqogika.
Təlim və tərbiyə dialektik vəhdətdədir. Təlimlə 
pedaqogikanın didaktika bölməsi məşğul olur. Burada təlimin ümu-
mi müddəaları, prinsipləri, tələbləri, vasitələri, metodları və s. şərh 
olunur. Ana dilinin tədrisində bu ümumi cəhətlərə əsaslanılır. Bu-
radan da ana dili tədrisinin mahiyyətindən doğan təlimin vasitələri, 
konkret iş formaları, priyom və metodları müəyyənləşdirilir, bilik-
lərin verilməsi, möhkəmləndirilməsi və sistemə salınması yolları 
göstərilir. 
Ana dilinin tədrisində didaktikanın prinsiplərinə (sistematikliyə, 
ardıcıllığa, əyaniliyə, müstəqilliyə, şüurluluğa, şagirdlərin yaş və 
bilik səviyyəsinə uyğunluğuna və s.) əməl olunmalıdır. 
Ana dilinin tədrisində əyanilik müstəsna əhəmiyyətə malikdir. 
Savad təlimində oxu və Azərbaycan dilı materiallarının tədrisində 
(xüsusilə qrammatik anlayışların açılışında, orfoqrafık və orfoepik 
qaydaların mənimsədilməsində), nitq inkişafı prosesində əyanilik 
ön plana çəkilməlidir. 
Ana dilinin tədrisində şüurluluq prinsipinə əməl olunması şa-
girdlərin təfəkkür fəaliyyətini artırmaqla tədris materialının dərin-
dən mənimsənilməsini, qazanılan nəzəri biliklərin (tərif və ya qay-
daların) təcrübəyə tətbiqini intensivləşdirir. Ayrı-ayrı çalışmalardan 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə