Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə13/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   9   10   11   12   13   14   15   16   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
17 
nəzəri müddəaların çıxarılmasını, oxu materiallarının məzmunu-
nun, daxili məna və rabitələrinin incəliklərinədək açılmasını, obraz-
ların fəaliyyətinin qiymətləndirilməsini, yazıçının qələmə aldığı ha-
disəyə münasibətinin öyrənilməsini və s. təmin edir. Şagirdlərin 
idrak fəaliyyətini formalaşdırır. 
Ana dili tədrisinin həyatla, şagirdlərin şəxsi təcrübələri ilə əla-
qələndirməsi mənimsəməni yüksəldir. Alınan biliklər, aşılanan ba-
carıq və vərdişlər şagirdlərin nitqinin inkişafına güclü təsir göstərir. 
Nəzəriyyə və təcrübənin dialektik əlaqəsini təmin edir. Beləliklə, 
təlimdə nəzəriyyədən praktikaya, praktikadan da nəzəriyyəyə yol 
açılır. 
Təcrübə göstərir ki, ana dilinin tədrisində müəllim didaktik tə-
ləbləri də nəzərə almalıdır. Müəllim şagirdlərin yaş və bilik səviy-
yəsinə əsaslanmalı, onların təsəvvürlərini yeni-yeni biliklərlə zən-
ginləşdirməli, əvvəlki dərslərdə qazanılmış bilikləri sonrakı dərslər-
də möhkəmləndirməlidir. 
Məlumdur ki, ana dili tədrisi metodikası ilə məktəb təcrübəsi 
əlaqədardır. Müəllimlərin təcrübəsindən qabaqcıllıq, novatorluq 
elementlərinin ümumiləşdirilməsi ana dili tədrisi metodikası elmi-
nin inkişafına öz töhfələrini vermiş və verməkdədir. Hazırda res-
publika və xarici ölkə məktəblərində qazanılmış qabaqcıl təcrübə 
metodikanı yeni-yeni nailiyyətlərlə zənginləşdirmiş, onun müstəqil 
bir elm kimi inkişafına kömək etmişdir. Ona görə də metodikanın 
keçmiş və bugünkü təcrübəsinin dərindən öyrənilməsi və ümumi-
ləşdirilməsi zəruridir. 


Ağarəhim Əsərlər 
18 
III FƏSİL 
SAVAD TƏLİMİ METODİKASI 
1. Savad təliminin vəzifələri 
Savad təlimi ana dilinin tədrisində mühüm məsələdir. Uşaqların 
təlimə başladıqlan ilk gündən onlarda ifadəli və şüurlu oxumaq, sə-
liqəli və savadlı yazmaq, öz fikrini başqalarına rabitəli çatdırmaq 
bacarıq və vərdişləri formalaşdırılması başlıca məqsəddir. Ana dili 
proqramına əsasən, savad təlimi məşğələləri aşağıdakı vəzifələrin 
həllini tələb edir: 
— şagirdlərə oxu vərdişlərinin aşılanması; 
— düzgün və savadlı yazı vərdişlərinin formalaşdırılması; 
— şagirdlərin nitq və təfəkkürünün inkişaf etdirilməsi. 
Bunun üçün əlifba təlimi dövründə oxu dərslərində Azərbaycan 
dilinin tələffüz qanunlarına əsaslanılmalı, məktəblilərdə təilimə 
şüurlu münasibət tərbiyə olunmalıdır. Təcrübədən görünür ki, sa-
vad təlimi dövründə şifahi məşğələlərə geniş yer verilmişdir. Oxu 
və yazı üzrə aparılacaq işlər uşaqların nitqinin inkişafı ilə qarşılıqlı 
surətdə əlaqələndirilməli, onların birinin inkişafı üzərində aparılan 
işlər digərlərinin də inkişafına səmərəli təsir göstərməlidir. 
Savad təliminin qarşısında duran vəzifələri müvəffəqiyyətlə həll 
etmək üçün müəllim məktəbə qədəm qoyan uşaqların ümumi inki-
şafını, idrak səviyyəsini, nitqinin xüsusiyyətlərini, maraq və meyl-
lərini dərindən öyrənməli, təlim prosesində həmin amilləri nəzərə 
almaqla oxu və yazı təliminin, onların nitq və təfəkkürünü inkişaf 
etdirməyin müxtəlif vasitə, metod və priyomlarından yaradıcılıqla 
istifadə etməlidir. Şagirdlərdə orfoqrafık vərdişlərin aşılanmasına 
da ciddi fıkir verilməlidir. 
Savad təlimi dövründə məktəblilər ―cümlə‖, ―söz‖, ―səs‖, 
―hərf‖, ―heca‖ terminləri ilə tanış olur, nitq axınından cümləni gö-
türür, onu sözlərə, sözləri hecalara, hecaları səslərə ayırırlar. Hər 
bir səsin xüsusiyyətini, məna çalarlığını, yazıda ifadə yollarını mə-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə