Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə11/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   7   8   9   10   11   12   13   14   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
14 
nasibət bildirmək bacarıqları aşılayır, qazanılmış bilikləri şüurda 
canlandırmaq və onu müxtəlif şəraitdə təcrübəyə tətbiq etmək qabi-
liyyəti yaradır; 
2) uşaqların məktəbə gəldikləri gündən lüğət ehtiyatını zəngin-
ləşdirir, onlarda söz və ifadələri ədəbi tələffüz normalarına uyğun 
tələffüz etmək, sərbəst cümlə qurmaq, fıkirlərini şifahi və yazılı şə-
kildə aydın, dəqiq, obrazlı və məntiqi ardıcıllıqla ifadə etmək baca-
rıq və vərdişləri aşılayır; 
3) şagirdlərdə düzgün, dəqiq, səlis və savadlı yazmaq bacarıqla-
rı formalaşdırır; 
4) şagirdlərdə düzgün, sürətli, ifadəli və şüurlu oxu bacarıq və 
vərdişləri yaradır; 
5) məktəblilərdə dilə həssas münasibət aşılayır. 
İbtidai siniflərdə ana dili tədrisinin vəzifələrinə aşağıdakılar da-
xildir: 
1) ibtidai siniflərdə ana dili təliminin məzmununun, həcminin, 
sərhədinin və sisteminin müəyyənləşdirilməsi
2) savad təlimi, Azərbaycan dili, oxu təlimi üzrə şagirdlərə zə-
ruri bilik, bacarıq və vərdişlərin verilməsi
3) şagirdlərə rabitəli nitq üzrə bacarıq və vərdişlərin aşılanması; 
4) təlim prosesində qarşıya çıxan çətinliklərin, onların səbəblə-
rinin öyrənilməsi, aradan qaldırılması yollarının aşkara çıxarılması 
və tövsiyələrin verilməsi; 
5) tədris materiallarinın məzmununun dərindən mənimsənilmə-
sinə, öyrənilənlərin praktikaya düzgün tətbiqinə və şagirdlərin 
ümumi hazırlığının inkişafına xidmət edən vasitə və metodların 
müəyyənləşdirilməsi. 
3. Ana dili tədrisi metodikasının əlaqədə 
olduğu elm sahələri 
Elmi zəmində qurulan təcrübə dəqiq, aydın və düzgün nəzəriy-
yəyə əsaslanır. Ona görə də hər bir fənnin optimal tədrisi müəllim-
dən onun nəzəri əsaslarını, əlaqədə olduğu elm sahələrini dərindən 


Ağarəhim Əsərlər 
15 
bilməyi tələb edir. Ana dilinin tədrisi metodikası da bir elm kimi öz 
xüsusi müddəalarını əlaqədə olduğu elmi mənbələrə əsaslanmaqla 
meydana çıxarır. Onun istinad etdiyi elmi mənbələr aşağıdakılardır: 
1. Fəlsəfə.
Bir tədris fənni olmaqla ana dilinin tədrisi metodika-
sı özünün elmi əsaslarını dialektik qanunlar və qanunauyğunluqlar 
zəminində müəyyənləşdirir. Ona görə də müəllim ana dili təliminin 
əsas müddəalarını dialektik nöqteyi-nəzərdən təhlil-tərkib etməli və 
bu baxımdan da Azərbaycan dili, oxu və yazı təlimi, nitq inkişafı 
üzrə aparılan işlərin sistemini dərindən mənimsəməlidir. Belə ol-
duqda müəllim ana dili (Azərbaycan dili, oxu, yazı təlimi və nitq 
inkişafı üzrə) proqramının məzmununu, ana dili tədrisinin vasitə və 
yollarını, metodlarını aydın təsəvvür edir və öz işini də dialektik 
əsasda qura bilir. 
2. Məntiq.
Ana dilinin tədrisi metodikası məntiq elmi ilə də çox 
bağlıdır. Dilin müxtəlif hadisələri, oxu materiallarındakı faktlar, 
obrazların fəaliyyəti, yazıçının cərəyan edən hadisələrə münasibəti, 
başqa sözlə, onlardakı əlaqələr sistemi məntiqin kateqoriyalarına 
istinadən müəyyənləşir. Hadisələrin açılışı, dinamika, səbəb və nə-
ticə əlaqələri sırf məntiqə əsaslanır. Təcrübə göstərir ki, müəllim bu 
obyektiv məntiqə varmadan öz işini düzgün qura bilməz. Ona görə 
də ana dili təlimində məntiqi əlaqələr mütləq nəzərə alınmalıdır. 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə