Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə15/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   11   12   13   14   15   16   17   18   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
20 
yələnmələrinə maksimal dərəcədə müsbət təsir göstərir. Hecalarla 
oxu tədricən sözlərin axıra qədər düzgün oxunuşuna, ədəbi tələffuz 
qaydalarının gözlənilməsinə, söziərin mənasının asanlıqla başa dü-
şülməsinə, qavranılmasına şərait yaradır, oxunun sürətini artırır. 
Təhlil-tərkib işinin belə qarşılıqlı əlaqəsi hecalarla oxu bacarıqları-
nı tədricən bütöv sözlərlə oxuya doğru inkişaf etdirir. Deməli, təhlil 
və tərkib hər cür təfəkkür fəaliyyətində mütləq iştirak edən mühüm 
təfəkkür proseslərindəndir (M.Məhərrəmov). Oxu təlimində təhlil-
tərkib prosesi şagirdlərin idrakına təsir edir, onları düşünmək, şüur-
lu fəaliyyət göstərmək vəzifəsilə qarşılaşdırır. 
Uşaqları oxu vərdişlərinə yiyələndirmək çox çətin və uzun sü-
rən prosesdir… burada görmə, eşitmə, hərəki analizatorların təhlil-
tərkib formalarının müxtəlifliyi iştirak edir. (M.V.Matyuxina). 
Müxtəlif mətnlər və çalışmalar üzərindəki müntəzəm məşqlər nəti-
cəsində oxu uşaqlarda tədricən vərdiş halına keçir. Müəllim təqdim 
etdiyi hər hansı materialı oxuyarkən onlarda yaranmış belə vərdiş-
lər artıq şüurda avtomatlaşmış bir prosesə çevrilir. Beləliklə, oxu 
şüur tələb etmədən avtomatik surətdə cərəyan edir (V.İ.Teplov). 
Sözün səs-heca quruluşu və nitqdə sözlərin birləşdirilməsi haqqın-
da anlayış verməyin ən məhsuldar yollarından biri sözlərin hecalara 
və səslərə ayrılması və ayrılmış səslərin hecada, hecaların isə söz-
lərdə birləşdirilməsidir. Şagirdlər həmin yolun köməyi ilə oxu za-
manı bütöv sözü, hecanı, yaxud onun hissəsi olan səsi ―görməyi, 
dərk etməyi‖ öyrənirlər. Onlar başa düşürlər ki, səslər sözün və he-
canın elementləridir, lakin bir qayda olaraq ayrılıqda tələffüz edil-
mir (A.S.Abdullayev). 
Sözləri hecalara ayırmağı bacarmaq düzgün oxu vərdişlərinə yi-
yələnməyin əsas şərtidir. ―Sözləri hecalara ayırmağı bacarmayan 
adam heç vaxt düzgün oxuya bilməyəcəkdir‖ (L.M.Şvarts). Lakin 
bu prosesdə, heca heç bir semantik rol oynamır. O, məna bildirmək 
xassəsindən məhrumdur. Söz daxilində hecalara ayırmanın seman-
tik rol oynaması nəticəsidir ki, hecaların sərhədində bəzən tərəddüd 
meydana çıxır. N.İ.Jinkin göstərir ki, nitqin heç bir səsi heca xari-
cində tələffüz edilə bilmir. Lakin o səsin əlaməti, həm də dilin se-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə