Ağarəhim Əsərlər
18
III FƏSİL
SAVAD TƏLİMİ METODİKASI
1. Savad təliminin vəzifələri
Savad təlimi ana dilinin tədrisində mühüm məsələdir. Uşaqların
təlimə başladıqlan ilk gündən onlarda ifadəli və şüurlu oxumaq, sə-
liqəli və savadlı yazmaq, öz fikrini başqalarına rabitəli çatdırmaq
bacarıq və vərdişləri formalaşdırılması başlıca məqsəddir. Ana dili
proqramına əsasən, savad təlimi məşğələləri aşağıdakı vəzifələrin
həllini tələb edir:
— şagirdlərə oxu vərdişlərinin aşılanması;
— düzgün və savadlı yazı vərdişlərinin formalaşdırılması;
— şagirdlərin nitq və təfəkkürünün inkişaf etdirilməsi.
Bunun üçün əlifba təlimi dövründə oxu dərslərində Azərbaycan
dilinin tələffüz qanunlarına əsaslanılmalı, məktəblilərdə təilimə
şüurlu münasibət tərbiyə olunmalıdır.
Təcrübədən görünür ki, sa-
vad təlimi dövründə şifahi məşğələlərə geniş yer verilmişdir. Oxu
və yazı üzrə aparılacaq işlər uşaqların nitqinin inkişafı ilə qarşılıqlı
surətdə əlaqələndirilməli, onların birinin inkişafı üzərində aparılan
işlər digərlərinin də inkişafına səmərəli təsir göstərməlidir.
Savad təliminin qarşısında duran vəzifələri müvəffəqiyyətlə həll
etmək üçün müəllim məktəbə qədəm qoyan uşaqların ümumi inki-
şafını, idrak səviyyəsini, nitqinin xüsusiyyətlərini, maraq və meyl-
lərini dərindən öyrənməli, təlim prosesində
həmin amilləri nəzərə
almaqla oxu və yazı təliminin, onların nitq və təfəkkürünü inkişaf
etdirməyin
müxtəlif vasitə, metod və priyomlarından yaradıcılıqla
istifadə etməlidir. Şagirdlərdə orfoqrafık vərdişlərin aşılanmasına
da ciddi fıkir verilməlidir.
Savad təlimi dövründə məktəblilər ―cümlə‖, ―söz‖, ―səs‖,
―hərf‖, ―heca‖ terminləri ilə tanış olur, nitq axınından cümləni gö-
türür, onu sözlərə, sözləri hecalara, hecaları səslərə ayırırlar. Hər
bir səsin xüsusiyyətini, məna çalarlığını, yazıda ifadə yollarını mə-