Ağarəhim Əsərlər
15
bilməyi tələb edir. Ana dilinin tədrisi metodikası
da bir elm kimi öz
xüsusi müddəalarını əlaqədə olduğu elmi mənbələrə əsaslanmaqla
meydana çıxarır. Onun istinad etdiyi elmi mənbələr aşağıdakılardır:
1. Fəlsəfə.
Bir tədris fənni olmaqla ana dilinin tədrisi metodika-
sı özünün elmi əsaslarını dialektik qanunlar və qanunauyğunluqlar
zəminində müəyyənləşdirir. Ona görə də müəllim ana dili təliminin
əsas müddəalarını dialektik nöqteyi-nəzərdən təhlil-tərkib etməli və
bu baxımdan
da Azərbaycan dili, oxu və yazı təlimi, nitq inkişafı
üzrə aparılan işlərin sistemini dərindən mənimsəməlidir. Belə ol-
duqda müəllim ana dili (Azərbaycan dili, oxu, yazı
təlimi və nitq
inkişafı üzrə) proqramının məzmununu, ana dili tədrisinin vasitə və
yollarını, metodlarını aydın təsəvvür edir və öz işini də dialektik
əsasda qura bilir.
2. Məntiq.
Ana dilinin tədrisi metodikası məntiq
elmi ilə də çox
bağlıdır. Dilin müxtəlif hadisələri, oxu materiallarındakı faktlar,
obrazların fəaliyyəti, yazıçının cərəyan edən hadisələrə münasibəti,
başqa sözlə, onlardakı əlaqələr sistemi məntiqin kateqoriyalarına
istinadən müəyyənləşir. Hadisələrin açılışı, dinamika, səbəb və nə-
ticə əlaqələri sırf məntiqə əsaslanır. Təcrübə göstərir ki,
müəllim bu
obyektiv məntiqə varmadan öz işini düzgün qura bilməz. Ona görə
də ana dili təlimində məntiqi əlaqələr mütləq nəzərə alınmalıdır.
Dostları ilə paylaş: