|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
21
mantik vahidi deyildir. M.S.Kurduyumova oxu prosesində hecanın
semantik yük daşımadığını göstərir. Savad təlimi dövründə uşaqlar
sözlərin səs-heca quruluşunu tez və asanlıqla öyrənirlər. Belə bir
bacarığa onlar tədricən didaktikanın asandan çətinə, sadədən mü-
rəkkəbə prinsipinə əsasən yiyələnirlər. Belə ki, təlimin ilk günlərin-
də uşaqlar ən sadə
an, at, na, ta, tu
və s. qapalı və açıq hecalar
üzərində işləyir. Sonralar onlar müəyyən bilik və bacarıqlara yiyə-
ləndikcə işin xarakteri də, mürəkkəblik dərəcəsi (hecaların, sözlərin
tərkibi) də dəyişir. Belə tədricən mürəkkəbləşmə oxu prosesində
hiss olunmur. Uşaqlar sözün maddi qabığı (forması) ilə onun mə-
nası arasındakı vəhdəti görür, o zaman dilin səs materiyası oxuya-
nın fəaliyyət predmeti olur. Ona görə də oxu təliminin ilk vəzifəsi
uşağa sözün formasını, dilin səs cəhətinin quruluşu xüsusiyyətlərini
açmaqdır (M.S.Kurduyumova). Beləliklə, oxu təlimi dilin praktik
fonetikasının sirlərini uşaqlara açıb göstərir.
Bunun üçün müəllimdən böyük zəhmət, yüksək yaradıcılıq fəa-
liyyəti tələb olunur. Məlumdur ki, uşaqlar oxu vərdişlərinə fərdi
qaydada yiyələnirlər. Bu prosesdə onlarda öyrənməyə, axtarmağa
olan maraq, əhvali-ruhiyyə yüksəlir. L.S.Vıqotskinin təbiri ilə de-
sək, ―təlim inkişafın önündə getmiş olur‖. Ona görə də oxu prose-
sində müəllimin qarşısında uşaqlara fərdi yanaşmaq kimi mühüm
və çətin vəzifə durur.
3. Səs təhlil-tərkib üsulu
Yaxın vaxtlaradək savad təliminin sintetik, analitik və analitik-
sintetik üsullarından istifadə olunurdu. Məktəb təcrübəsi və araşdır-
malar savad təlimi dövründə səs təhlil-tərkib üsulundan istifadənin
daha səmərəli olduğunu göstərir. Bu üsuldan istifadə bir neçə cə-
hətdən əhəmiyyətlidir: a) səs təhlil-tərkib üsulu səs xüsusiyyəti ba-
xımından Azərbaycan dilinin quruluşuna və fonetik qanunlarına
uyğundur; b) səs xüsusiyyəti hərfi əlamətlərə uyğun gəlir; c) uşaq-
ların idraki imkanlarnıı düzgün qiymətləndirməyə şərait yaradır; ç)
şagirdlərin nitqinin xüsusiyyətlərini müəyyənləşdirməyə kömək
|
|
|