|
Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
22
edir; d) uşaqların eşitmə analizatorlarını inkişaf etdirir; e) səsləri
bir-birindən fərqləndirməyi bacarmağa alışdırır və s.
Müasir dövrdə tətbiq olunan səs təhlil-tərkib üsulu oxu vərdişlə-
rinə yiyələnməyin təcrübədə özünü doğrultmuş optimal üsulu hesab
olunur. Bu üsulu xarakterizə edən müddəalar bunlardır:
a) Oxu təlimi səslər üzərində aparılan işə əsaslanır.
Buna
metodik ədəbiyyatda sövti üsulu da deyilir. Məlumdur ki, uşaqlar
hələ məktəbəqədərki dövrdə sərbəst şəkildə nitqə yiyələnir, ayrı-
ayrı sözləri, sözlərdəki səsləri fərqləndirməyi bacarır, əlifba təlimi-
nə hazırlanırlar. Məktəbdə isə uşaqlar fonetik təhlil nəticəsində ay-
rı-ayrı səsləri, səslənməsinə görə onların oxşar cəhətlərini öyrənir-
lər. Əlifba təlimi dövründə əvvəl nitqdən cümlə alınır, cümlə sözlə-
rə, sözlər hecalara, hecalar isə səslərə ayrılır, yeni səs tutulur. Sonra
isə yeni səs hecalarda, hecalar sözlərdə, sözlər isə cümlədə işlədilir.
Təkrar məşqlər hesabına yeni mümkün səs sözün əvvəlində, orta-
sında və sonunda işlədilir. Uşaqların özləri də müəllimin tələbi ilə
sözün əvvəlində, ortasında və sonunda yeni səs işlənən sözlər tapır-
lar. Səsin yazılı şəkli (hərf) şagirdlərə təqdim olunur. Bu əməliyyat-
dan sonra ―Əlifba‖ dərsliyinin müvafıq səhifəsindəki şəkillərin ad-
ları xəbər alınır. Hecalar, sözlər, cümlələr, kiçik mətnlər oxutduru-
lur. Hər yeni səsin (hərfın) öyrədilməsi prosesində əvvəl keçilmiş
səs və hərflərin möhkəmləndirilməsi üzrə işlər aparılır, möhkəm-
ləndirilir və tədricən vərdişlərə çevrilir.
b) Sözlər ayrı-ayrı səslərlə deyil, hecalarla oxutdurulur.
Səs-
lər sözlərin tələffüz variantına əsaslanır.
c) Savad təlimi dövründə oxu materialı uşaqların yaşına,
psixoloji xüsusiyyətlərinə, ümumi inkişafına uyğun seçilir.
Səs
və hərflərin möhkəmləndirilməsi müntəzəm və ardıcıl aparılır. Ma-
terialın seçilməsində fonetikaya dair veriləcək biliklər, oxunun psi-
xoloji cəhətləri əsas götürülür.
Dostları ilə paylaş: |
|
|