|
![](/i/favi32.png) Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
39
Məsələn,
“
Ç‖ hərfinin yazılması mövzusunun tədrisi zamanı
müəllim deyir:
— Uşaqlar, siz keçən dərsdə
K
hərfini yazmağı öyrənmisiniz.
K
hərfinin başqa hərflərlə necə birləşməsinə də fıkir vermisiniz.
Sonra müəllim
Ç
hərfini göstərərək:
—
Uşaqlar, bu böyük
Ç
-dır,
—
deyir.
—
Cümlənin əvvəlində
insan adlarının yazılışında həmişə böyük
Ç
-dan istifadə olunmalı-
dır. Mən
Ç
hərfini yazı taxtasında yazıram. Siz əlimin hərəkətinə
və hərfın yazılmasına fikir verin:
Ç, Ç, ç, ç.
Müəllim yazı taxtasında iki, üç nümunə verdikdən sonra ən
qüvvəli uşaqlardan bir neçəsini sinfin qarşısına çağırıb yazı lövhə-
sində məşq etdirir. Qalan şagirdlər də müəllimin nəzarəti altında
dəftərdə
Ç
yazırlar. Bundan sonra kiçik
ç
hərfi üzərində əməliyyat
gedir.
Hərflər yazıldıqdan sonra müəllim uşaqları əyani şəkildə başa
salır ki, böyük
Ç
hərfı yazılarkən qələmin ucu yuxarıdakı sətrin
orta hissəsindən qoyulur, kiçik ilgək yaradılaraq, hərfın yazıldığı
sətrin birinci xəttinə qədər qələm gətirilir, sonra qələm dəftərdən
ayrılmadan hərfin sağ tərəfınə kiçik xətlə qaytarılır. Beləliklə, bö-
yük
Ç
hərfinin yazılışı forması alınır.
Uşaqlar nümunə əsasında dörd-beş dəfə böyük Ç hərfini yazır-
lar. Sonra müəllim kiçik
ç
hərfinin sətr içərisində yazılışı və onun
birləşdirilməsi formasını
çi, çu, çə, iç, ço
və s. hecaların tərkibində
yazırlar. Onlar müəyyən bacarığa yiyələndikdən sonra
“
İş dəftə-
ri‖ndə
ç
hərfini nümunəyə əsasən qeyd edirlər.
Şagirdlərin bilik və bacarıqlarından asılı olaraq, müəllim bu işə
bir qədər yaradıcı xarakter verir. O, yazı taxtasına müəyyən söz,
yaxud hecalar yazır, yeni öyrənilmiş hərfin əvəzində isə iki nöqtə
qoyur:
Dostları ilə paylaş: |
|
|