|
![](/i/favi32.png) Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikasıADTM dərsliyi ağarəhim müəllimAğarəhim Əsərlər
38
əlifbadan sonrakı dövrdə hərflərin kolliqrafik cəhətdən düzgün ya-
zılışına xüsusi əhəmiyyət verirlər.
Təcrübə göstərir ki, yazı təlimində bir sıra tələblərə əməl olun-
malıdır. Belə ki: a) yazı təlimində sistem və ardıcıllığın gözlənilmə-
si; b) sadədən mürəkkəbə prinsipinin gözlənilməsi; c) nümunəvi
yazıların üzünün köçürülməsi (xüsusilə müəllimin xəttinin hüsnxət
tələblərinə cavab verməsi); ç) müəllimin şagirdlərin yazısını diq-
qətlə izləməsi və yol verilən nöqsanlara qarşı müntəzəm mübarizəsi
və s.
8. Hüsnxət təliminin yolları
Hüsnxət təlimi prosesində müəllim I sinif şagirdlərinin fıziopsi-
xoloji imkanlarını nəzərə almaqla rəngarəng yollardan istifadə et-
məlidir:
1. Genetik yol.
Bu yazı təlimi asandan çətinə, sadə hərflərin və
eləcə də sözlərin yazılışından, mürəkkəb, çətin (çox elementli)
hərflərin və ya sözlərin yazılmasına aparan yoldur, Genetik yoldan
necə gəldi istifadə etmək olmaz. Bu işə I sinifdə şagirdlər yazmağı
bacardıqdan (əlifba təlimindən) sonra başlamaq lazımdır.
2. Takt yolu.
Bu yol sinifdə xüsusi situasiya yaradır. Şagirdləri
say altında yazmağa həvəsləndirir. Bəs bu iş necə aparılmalıdır?
Müəllim eyni zamanda eyni şeyi yazmağı şagirdlərə tapşırır. Mək-
təblilərin hamısında sürət eyni deyil, ona görə də müəllim bu işi şa-
girdlərin səviyyəsindən asılı olaraq müxtəlif variantlarda apara bi-
lər: məsələn, savad təlimi dövründə müəllim
“
bir
”
,
“
iki
”
deyir,
məktəblilər hərfin elementlərini, savad təlimindən sonrakı dövrdə
bütövlükdə hərfı, II-IV siniflərdə isə bütöv sözü yazmalıdırlar. Belə
olduqda təlim prosesi maraq doğurur. Takt altında şagirdlərin yazı
sürəti bərabərləşir.
Beləliklə, onlar tədricən taktla, say altında rabitəli yazı vərdişlə-
rinə yiyələnirlər.
İndi də yazı təlimi ilə əlaqədar iki dərsin bəzi epizodlarına diq-
qət yetirək.
|
|
|