Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə14/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 54 
 
 
Abraham  (İbrahim)  b.e.ə.  2000-ci  illərə  yaxın  bir  dövrdə  öz 
doğma  Urunun  (Urununun)  göydələnləri  arasında  gəzirdi.  O, 
qonaq  getməyi,  səhra  köçərisi  olmağı,  itirilmə  prosesində  olan 
ilahi hissi yenidən açmağı qərara aldı. 
O,  Misirə  gələndə  fəraon  öz  qızlarından  biri  olan  Həcəri 
Abrahamın arvadı Saraya qulluqçu verdi. Həcər Abrahama onun 
ilk  oğlu  olan  İşmayeli  (İsmayılı)  doğdu  və  o,  ərəb  xalqlarının 
atasına  çevrilməli  idi.  Abraham  Misir  keşişlərindən  özünü  həsr 
etmə böyük biliyini öyrəndi. O vaxtlar evlənmə bir qayda olaraq 
tayfa və ya geniş ailə içərisində baş verirdi. Fövqəltəbii qüvvələr 
qanla  əlaqədə  olurdu  və  eyni  qandan  olan  nikah,  misal  üçün, 
qaraçıların 
ənənəsində 
öyrədildiyi 
kimi, 
qüvvələri 
möhkəmləndirdi.  Müxtəlif  tayfalardan  olan  nikahlara  qüvvələrin 
və birliyin dəyişilməsi də daxil idi. Bu isə arzuolunmayan idi. 
Abraham  Misirdə  hansı  müqəddəs  sayma  formasını  qəbul 
etmişdi?  Özünü  həsr  etməyə  namizəd  olan  adam  qranit 
sərdabənin içərisində uzanmalı idi. Trans vəziyyətində olanda öz 
bitki bədənini, öz ruhi və heyvani bədəni ilə birlikdə qaldırmağa 
qadir  olurdu,  onun  fiziki  bədəni  yuxarı  qalxırdı.  Beləliklə,  o, 
fantom kimi sərdabənin  ağzında pərvaz edirdi. Özünü həsr etmə 
mərasiminin  şahidi  olan  irland  şairi  U.B.Yiits  təsvir  edir  ki, 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 55 
 
mərasim  kursu  ərzində  səhnəni  bildirmək  üçün  bir  neçə  zəng 
çalınır.  Yiitsin  ruhu  müxtəlif  səhnələrdə  müxtəlif  aydınlıq 
dərəcəsində  görünməli  idi,  onların  hər  biri  həmçinin  müxtəlif 
rəng nümunələri ilə nişanələnirdi. 
Ezoterik  fəlsəfədə bitki  bədəni  xüsusilə vacib  olan məsələlərdən 
biridir. Beləliklə, bu bədən səmərəli qaydada fiziki dünya ilə ruhi 
dünya arasında baş giriş qapısını formalaşdırır. Sirrli məktəblərdə 
iki min beş yüz il keçdikdən sonra özünü həsr etmə yenə də tətbiq 
edilir  və  bu  gün  də  bəzi  gizli  cəmiyyətlərdə  bu  həyata  keçirilir. 
Məbədlərdə  yatmaq  qaydası  mövcuddur,  bəzi  xəstə  adamlara 
məbəddə  yatmağa icazə  verilir. Bu  yuxu üç  gün  davam  edir, bu 
dövrdə  özünü  həsr  edənlər  öz  bitki  bədənləri  üzərində  işləyirlər 
ki, həsr etmə prosesinə uyğun olmayan heç bir şey baş verməsin. 
Misirdə qaldıqdan sonra Abraham qərbə doğru, bu gün Palestina 
(Fələstin) kimi tanınan regiona tərəf hərəkət etdi. O, silahlanmalı, 
öz nökərlərini məşq etdirməli idi ki, yerli quldurlar tərəfindən əsir 
götürülmüş qardaşını xilas etsin. Qəddar və qanlı döyüşdən sonra 
o, vadidən keçdikdə Melxizedek adlı bir qeyri-adi şəxslə görüşdü. 
Salem  çarı  Melxizedek  ən  yüksək  Allahın  keşişi  idi.  O,  çarları 
öldürməkdən qayıtdıqda Abrahamı gördü və ona xeyir-dua verdi. 
Abraham özünün malik olduqlarından onda birini bu möminlərin 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 56 
 
çarına verdi. Bundan sonra Salem Çarı həm də Sülh Çarı oldu. O, 
özünü Allahın oğlu kimi aparırdı, ardıcıl olaraq keşişlik edirdi. 
Atası, anası, övladları olmadığına görə o, nə başlanğıc gününə, nə 
də həyatın sonuna malik idi. 
Kabalistik ənənədə Melxizedekin sirri Nuhunku kimi xarakterizə 
olunur, Nuh isə böyük  Atlantida lideri olmaqla  bəşəriyyəti kənd 
təsərrüfatına, taxıl becərməyə və şərab düzəltməyə öyrətmişdi. O, 
əslində  heç  vaxt  ölməmişdi,  başqa  ölçülərdə  hərəkət  etmişdi.  O, 
indi  yenidən  meydana  çıxdı  ki,  Abrahamın  mənəvi  müəllimi 
olsun, onu yüksək səviyyədə özünü həsr etməyə öyrətsin. 
Atası  İsaakı  dağa,  Melxizedekin  səcdəgahında  qurban  verməyə 
gətirəndə,  onun  iyirmi  iki  yaşı  var  idi.  Abraham  oğlu  İsaakın 
boğazını  kəsmək  üçün  bıçağını  çəkəndə,  mələk,  bu  qurbanı 
buynuzu  yaxındakı  kola  bağlanmış  qoçla  əvəz  etdi.  İsaak 
Melkizedekin  Sirrli  məktəbində  üç  il  yarım  ərzində  sirrləri 
öyrəndi. O, elə səviyyədə özünü həsr etməyə yiyələndi ki, sonra 
nə  lazım  olacağını  da,  insan  inkişafının  Ay  səhnəsini  də  başa 
düşdü.  Fərdi  sərbəst  düşünmənin  təkamülü,  hökmən  dəyişiləcək 
dünyada insanları şüurlu rol oynamağa qadir edəcəkdi. 
Fikirin inkişafına digər böyük töhfə, əlbəttə ki, yunanlardan gəldi. 
Troyanın  mühasirəyə  alınması  yunan  sivilizasiyasının  olduqca 
böyük  səviyyəyə  qalxmasının  başlanğıcı  idi,  bu  vaxt  yunanlar 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 57 
 
Xaldeya-Misir  sivilizasiyasından  təşəbbüsü  ələ  aldılar  və  öz 
ideallarında əritdilər. 
Qədim  dünyada  müharibələr  müqəddəs  biliklərə  sahib  olmaq 
uğrunda  aparılırdı.  Müəyyən  mənada  buna  görə  də  fövqəltəbii 
qüvvələr  müharibələri  müzakirə  edirdilər.  Yunanlar  ona  görə 
şəhəri mühasirəyə almışdılar ki, ilahə Afinanın əli ilə düzəldilmiş 
Palladium  adlanan  heykəli  oradan  çıxartsınlar.  Eyni  yolla  biz 
bunu, Yelenaya sahib olmaq üçün onların apardıqları mübarizədə 
də görə bilərik. 
Bu  gün  biz  gözəlliyin  sifətində  Stendalın  ibarəsindən  istifadə 
edərək  “xoşbəxtlik  vədini”  görə  bilərik.  Böyük  gözəllik 
özlüyündə  bizə  mistik  görünə  bilər,  əgər  güman  edilsə  ki,  bu 
özündə  bilavasitə  həyatın  sirrini  daşıyır.  Yelenaya  sahib  olmaq 
yunanları  sivilizasiyanın  sonrakı  səhnəsinə  irəliləməyə  qadir 
edəcəkdi. 
Troyanın  mühasirəsi  əhvalatı  həm  də  bütünlüklə  Axillesin 
məşhur  deyimində  öz  ifadəsini  tapır:  “Kölgələrin  çarı 
olmaqdansa,  yaşayanların  torpağında  qul  olmaq  yaxşıdır”. 
Yunanıstanın  və  Troyanın  qəhrəmanları  günəşdə  yaşamağı 
sevirdilər,  o  qəflətən  bağlananda,  bu  dəhşətli  bir  şey  olurdu  və 
onların ruhu kölgələrin torpağına, Qərb qaranlığına göndərilirdi.  


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə