Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 66 
 
edildi, onların məbədləri ləğv edildi və bağlandı, onların populyar 
bayramları cəhalət nişanəsi elan edildi. 
Bu  günkü monoteizmə oxşar şəkildə, Exnatonun  monoteizmi də 
materialist  idi.  Çünki  monoteizm  ruh  təcrübələrini  inkar  etməyə 
meyl  edir,  bu  təcrübə  isə  həqiqətən  spiritualizm  qaydasında  adi, 
Atona  həsr  edilən  təriflər  gözəl  himn  şəklində  bizə  gəlib 
çatmışdır və onlar Davidin Zəburlarını qiymətləndirməyə xidmət 
edə bilər: “Sən dünyanı öz arzuna uyğun olaraq yaratdın – bütün 
adamları,  “mal-qaranı”  və  vəhşi  heyvanları”  deyə  Exnaton 
deklamasiya  edirdi.  David  isə  oxuyurdu:  “Sənin  işlərin,  necə 
saysız-hesabsızdır, sən onların hamısını belə müdrikliklə gördün. 
Dünya sənin yaratdıqlarınla doludur”. 
Tənəzzül  zəruri  olaraq  içəridən  gəldi.  Hökmranlığın  on  beşinci 
ilində  Atona  olan  bütün  dualara  baxmayaraq,  onun  çox  sevdiyi 
qızı  öldü.  Sonra  həmişə  onu  dəstəkləyən  anası  Tiy  öldü.  Gözəl 
arvadı Nefertiti saray məlumatlarından qeybə çəkildi. İki il sonra 
keşişlər  Exnatonu  öldürdülər  və  onlar  taxt-taca  gənc  oğlanı 
qoydular və o, dünyada  Tutanxamon  kimi  tanındı.  Keşişlər vaxt 
itirmədən  Fivanın  bərpasına  başladılar.  Exnatonun  paytaxtı 
tezliklə kabus şəhərə çevrildi və ona qoyulmuş abidə, onu təsvir 
edən  hər  bir  heykəl,  Exnatonun  adının  hansısa  bir  qaydada 
xatırlanması rəhmsiz şəkildə və ardıcıl olaraq yoxa çıxdı. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 67 
 
Sauldan  sonra  hakimiyyətə  gələn  David-Tadua  ilk  dəfə  olaraq 
İsrail  tayfalarını  bir  çarlıqda  birləşdirən  ilk  çar  oldu.  O,  b.e.ə 
1004-cü  ildə  Yerusəlim  çarına  çevrilmişdi.  David  bu  şəhərdə 
məbədin bünövrəsini qoydu, lakin onu tikdirə bilmədən öldü, ona 
görə  də  bu  işin  başa  çatdırılması  onun  oğlunun  üzərinə  düşdü. 
Oğlu Solomon isə b.e.ə. 971-ci ildə Yerusəlim çarı oldu. Əgər o, 
ümumən  real  tarixi  şəxsiyyət  idisə,  Dəmir  erasında  yaşamışdı. 
Solomon  öz  sehirli  biliyini  gizli  kitabda  bildirir,  sonralar  bu 
Yerusəlimdəki  ikinci  məbədin  bünövrəsinə  qoyuldu.  Qədim 
yəhudi  folkorunda  da  deyilirdi  ki,  Solomonun  hökmranlığı  elə 
gözəl  idi  ki,  qızıl  və  gümüş,  küçələrdəki  daş  kimi  çox  idi.  Ona 
görə  ki,  yəhudilər  həmin  dövrdə  məbədlər  tikmək  ənənəsinə 
malik deyildilər. Onlar köçəri xalq idilər.  
Solomon  məbədin  layihəsi  üzərində  işləmək  üçün  finiklyalı 
Hiram  Abiffi  seçdi.  Məbəd Mouseyin  daş lövhələri  yerləşdirilən 
Müqavilə  Səyyar  məbədinin  saxlandığı  yer  olmalı  idi.  Məbədin 
künclərində  ayı  təmsil  edən  dörd  buynuz  və  yeddi  lampalı  qızıl 
şamdan  var  idi.  Əlbəttə  ki,  axırıncı  günəşin,  ayın  və  beş  böyük 
planetin  təmsilçiləri  idi.  Cakim  və  Boaz  pillələri  kosmosun 
pulsunu ölçürdü. Yonulmuş dekorativ narlar Bibliya hesabındakı 
müxtəlif  faktları  yada  salırdı.  Keşişlərin  xalatları  günəşi,  ayı, 
planetləri və bürcləri təmsil  edən qiymətli daşlarla bəzədilmişdi. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 68 
 
Bu  vaxt  yeganə  adi  olan  daş  zümrüd  idi.  Məbədlərin  qeyri-adi 
xüsusiyyəti, əridilmiş sarı mis dənizi və ya Qurana görə fəvvarəsi 
idi.  Usta  inşaatçı  Hiram  öz  layihəsini  həyata  keçirmək  üçün 
sənətkarlıq  qardaşlığını  işlədirdi,  onları  üç  dərəcəyə-şagirdlərə, 
şəriklərə  və  ustalara  bölmüşdü.  Bu  qardaşlıq  ideyaları  hökmən 
dar, ezoterik mühitdən uzağa yayılırdı ki, bütövlükdə cəmiyyətin 
təşkil  olunmasını  dəyişdirsin.  Lakin  Hiram  Abiffin  qətli 
əhvalatında  biz  bütün  bunların  necə  əyri  yolla  getməsinin  də 
şahidi oluruq. 
Solomonla  Hiram  Abiffin  arasındakı  örtülü  rəqabət  müəyyən 
gizli ənənələrdə mövcud idi. Şeba çariçası Solomona qonaq gəldi, 
lakin  bu  qadın  həm  də  belə  möcüzəli  məbədin  layihəsini 
yaradanla  görüşməyə  maraq  göstərdi.  Hiram  Abiffona  baxanda, 
çariça  (Quranda  o,  Bilkis  adı  altında  verilir)  hiss  etdi  ki,  onun 
sinəsində əriyən metal kimi bir sensasiya qalxır. Qadın Hiramdan 
soruşdu  ki,  göyün  gözəlliyini  məbədin  arxitekturasında  yerə 
gətirməyi  necə  bacarmışdır.  Memar  cavab  verdi  ki,  Tau  xaçını 
yuxarıda tutmaqla. Bu xaç T hərfi ölçüsündə idi. Qəflətən bütün 
fəhlələr məbədə qarışqa kimi axışdılar.  
Yenidən  həşərat  obrazı.  Bu  ənənələr  Talmudda  və  Quranda  var 
idi. Beləki məbəd Şamir adlanan və daş yonmağa qadir olan sirrli 
həşəratın köməyi ilə tikilmişdi. Burada biz arı pətəyi obrazı kimi 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 69 
 
ruhi  qüvvələrin  obrazına  malik  oluruq,  ona  Hiram  göstəriş  verə 
bilirdi.  Hiramın  fəhlələrindən  üçü  onun  gizli  qüvvələrinə 
qısqanclıq  göstərirdi.  Onlar  qərara  aldılar  ki,  ərintidən  tökülmüş 
dənizin  sirrlərinə  bələd  olsunlar.  İş  gününün  axırında  onlar 
Hirama məbədi tərk edəndə tələ qurdular. O, öz sirrlərini təkrar-
təkrar  açmaq  istəməyəndə  ,  onlar  memarın  başına  ağır  zərbələr 
vurmaqla  onu  öldürdülər.  Onunla  birlikdə  müəyyən  sirrlər  də 
öldü  və  indiyədək  itirilmiş  kimi  qalmaqda  davam  edir.  Sirrli 
məktəblərdə  və  gizli  cəmiyyətlərdə  elan  olunan  sirrlər  həmin 
vaxtdan etibarən aşağı sirrlər hesab olunur.  
İki müstəqil zəkalı Mason tədqaqatçısı- Kristofer Nayt və Robert 
Lomas  bu  istiqamətdə  işləmişlər.  Onlar  Hiramın  Finikiyadan 
gəlməsinin  açarını  tapmaq  cəhdindən  başladılar.  Həmin  ölkədə 
əsas  ilahə  Astarta  və  ya  Venera  idi.  Əlbəttə,  bu,  həmçinin 
dekorativ  detallarla,  artıq  xatırlanan  narlarla  bağlıdır.  Bu 
Veneranın meyvəsi idi, zümrüdlər isə Veneranın qiymətli daşları 
idi. 
Beşguşəli  ulduz  da  Veneranın  simvolu  idi.  Çünki  həmin 
nümunədə hər səkkiz illik sikldə Venera ekliptik ətrafa iz qoyur-
səhər  göyündə  beş  dəfə  və  hər  axşam  göyündə  beş  dəfə  beş  iti 
uclu  formalı  nümunələrlə  çıxır.  Bu  yeganə  planetdir  ki,  tam 
müntəzəm qaydada həmin yolla diaqram çəkir. Bu diaqram bəzən 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə