Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 74 
 
arzu  eləmək  nəticəsində  yaranır.  Lakin  sən  bütün  bu  arzulardan 
azad ola bilərsən. Həqiqətən də, sən elə azadlığa və ruh dünyasına 
yaxınlığa nail ola bilərsən ki,  yenidən heç vaxt  reinkarnasiyaya- 
yenidən  doğulmağa  ehtiyac  duymayasan.  Və  beləliklə  sən, 
Siddhartha etdiyi kimi, Buddaya çevrilə bilərsən. 
Anlamanın  və  ya  işıqlanmanın  cığırı  Budda  tərəfindən  “səkkiz 
dolaşan cığır” adlanmışdır. 
Bura  inam,  inandırılma,  öyrənmə,  hərəkət,  yaşamaq,  niyyət, 
düşünmək,  seyr  etmək  daxil  idi.  Buddanın  səkkiz  dolaşan  cığırı 
səkkiz praktikadan və tapşırıqdan ibarət olmaqla Çakra boğazının 
16  ləçəyindən  canlanan  səkkizi  üçün  mövcud  idi.  Budda  öləndə 
öz  məqsədinə  nail  olmuşdu.  Reinkarnasiya  barədə  ona  heç  bir 
tələb olunmayacaqdı. 
 
Pifaqor. Böyük Aleksandr. 
 
Brahminlər. 
Pifaqor isə inkişaf edən  yunan adası  olan Samosda b.e.ə. 575-ci 
ildə  anadan  olmuşdu,  bu  vaxt  Afina  Akropolunun  yüksəkliyinə 
ilk mərmər lövhələr döşənmişdi.  Pifaqor öz ömründə  yarımallah 
kimi  sayılırdı.  O,  böyük  təbib  idi,  bəzən  böyük  şair  bildiyi 
Homerdən  xüsusi  şer  parçalarını  əzbər  söyləyirdi,  necə  ki, 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 75 
 
xristian mistiklər “Zəburlar” dan və İoannın “İncil”indən bəndlər 
söyləyirdilər.  O,  xəstələri  sağaltmaq  üçün  musiqidən  istifadə 
edirdi.  Erkən  Yunan  filosofu  Etnpodoke  deyirdi  ki,  Pifaqor 
xəstəni sağalda və qocanı cavanlaşdıra bilirdi. Budda kimi o, öz 
son inkarnasiyasını xatırlaya bilərdi. Və hətta deyirlər ki, o, bütün 
dünyanın  tarixini  başlanğıcından  söyləyə  bilərdi.  Onun 
müdrikliyi  Sirli  məktəblərdə  illər  boyu  tədqiqat  aparmasına  və 
müqəddəs  saymağa  dəfələrlə  özünü  həsr  etməsi  idi.  O,  22  il 
ərzində  Misir  müqəddəs  sayma  keşişlərinin  sirlərini  öyrənmişdi. 
Pifaqor  532-ci  ildə  Samosun  diktator  hökmdarının  çirkin 
əməllərini  hiss  etməyə  başladı  və  sürgünə  yollanmağa  məcbur 
edildi.  O,  İtaliyanın  cənubundakı  Krotonada  yaratdığı  bir  neçə 
kiçik  icmalarından  birincisini  təşkil  etdi.  İcmaya  üzv  olmağa 
namizədlər  bir  neçə  il  məşq  edirdi,  bura  qəribə  xüsusiyyətli 
pəhriz  də  daxil  idi.  Bu  pəhrizdə  istiotdan,  küncütdən,  xiyar 
toxumundan,  yabanı  baldan,  çiçəklərdən  və  dəniz  soğanının 
dərisindən istifadə olunurdu, onların bütöv şirəsi çıxardılırdı. Bu 
gimnastikanın  ən  yüksək  fazası  olmaqla,  üç  insan  bədənini- 
maddi,  bitki  və  heyvan  bədənlərini  harmoniyaya  gətirmək  yolu 
idi və namizədlərdən tələb olunurdu ki,  illər ərzində axıra qədər 
dinməz qalsınlar. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 76 
 
Pifaqor öz şagirdlərinə ruhi dünyanı yaxşı görmək biliyi verməyə 
qadir  idi,  bunu  onlara  izah  edirdi.  Bunlardan  əlavə  ilk  müzakirə 
olunan  təlim  matematika,  həndəsə,  astronomiya  və  musiqi  kimi 
meydana çıxdı. Öz dövründə Pifaqora demişdilər ki, yalnız insan 
oğlu  Yer  kürəsinin  musiqisini  eşitməyə  qadirdir,  o  müxtəlif 
notların  tərəzisi  kimidir,  onların  hər  birini  isə  məkanda  hərəkət 
edən yeddi planet düzəldir. 
Bir dəfə Pifaqor şəhərdə gəzəndə o, metalın zindana döyüldüyünü 
eşitdi. O, gördü ki, müxtəlif ölçülü çəkiclər müxtəlif səslər əmələ 
gətirir.  Evə  qayıdanda  o,  otağının  yanında  ağac  lövhə  qurdu  və 
ona  artan  çəkidə  ağırlıqlar  asdı.  Sınaq  və  səhv  etmə  prosesi 
vasitəsilə  o,  müəyyən  etdi  ki,  insan  qulağında  səslənən  gözəl 
musiqi  notları  müxtəlif  ağırlıqlardan  asılıdır.  Sonra  o,  hesabladı 
ki, onların biri riyazi dəqiqlik qaydasında digərinə mütənasibdir. 
Pifaqorun  həmin  hesablamalarından  bu  gün  bizim  başa 
düşdüyümüz və həzz aldığımız musiqi oktavaları çıxarılırdı. 
Sirli  məktəblərin  təlimi  şəhərləri  tikməyə,  elmin  və 
texnologiyanın  inkişafına,  zahiri  Dünyanın  quruluşuna  və 
nizamlanmasına  kömək  etməli  olan  rasional  tərəflə  əlaqədədir. 
Plutarx  demişdi  ki,  kim yüksək  həqiqətləri  bilirsə,  belə  nəticəyə 
gəlir  ki,  cəmiyyətin  “ciddi”  vəzifələrini  ciddi  qaydada  qəbul 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 77 
 
etmək  çətindir.  O,  Heraklitdən  “Əbədilik  oynayan  uşaqdır” 
sitatını gətirmişdi. 
 Pifaqorun  şagirdləri  cəmiyyətdən  ayrı  yaşamağa  öyrədilirdi, 
musiqi  ekstazı  ilə  intellektual  analizlər  arasındakı  alternativi 
seçirdilər.  Pifaqor  ilk  adam  idi  ki,  özünü  müdrikliyi  sevən 
adlandırırdı,  bu  da  yunanca  “filosof”  (hərfi  mənada  bu  söz 
“müdrikliyi  sevən”  deməkdir)  adlanırdı.  Onu  təqlid  edən  Sokrat 
və  Platon  kimi  o,  müasir  universitet  professorlarından  daha  çox 
maqlara yaxın idi. Onun şagirdləri ondan qorxu hissi keçirirdilər. 
İnanırdılar  ki,  əgər,  istəsə  onları  yatırtmaq  gücünə  malikdir  və 
onların oyaq şüurunu uzaq məsafədən də döndərə bilir. Pifaqoru 
özünün  daxili  siklindən  xaric  edilənlərdən  çıxan  ölümcül  qəzəb 
cəzb  edirdi,  buna  görə  o,  Siron  adlı  adamı  öz  Sirli  məktəbinə 
qəbul  etməkdən  imtina  etdi,  səbəbi  isə  onun  düşünülməmiş 
davranışı,  özünü  təkəbbürlü  aparması  idi.  Siron  kütləni  Pifaqora 
qarşı  qaldırdı.  Adamlar  Pifaqorun  öz  ardıcılları  ilə  görüşdüyü 
binanı,  onun  içərisinə  girib  yandırdılar.  İçəridə  olanların  hamısı 
öldü. 
Pifaqor erasında dünyanın iki müxtəlif tərəfində digər filosoflar- 
Yunanıstanda Heraklit və Çində Lao-Tszını qısa müddətdə tarixin 
səthinə  çıxdılar.  Onlar  rasionallığı,  həyatın  irrasional  ölçüsünü 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə