Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 70 
 
pentaqram kimi, bəzən beşguşəli ulduz kimi, beş ləçəkli qızılgül 
kimi  görünür.  Veneranın  simvolu  kimi  pentaqram  həndəsədə 
yüksək əhəmiyyət kəsb edir. Ona görə də Leonardo da Vinçinin 
matematika  müəllimi  Luka  Pasioli  öz  kitabında  ilahi 
pronporsiyanı  açırdı,  bu,  onun  hər  bir  hissəsində  Qızıl 
Mütənasibliyi  təcəssüm  etdirirdi.  Bu  müqəddəs  həndəsə  öz 
vaxtında məkan kimi fəaliyyət göstərirdi.  
584  gündən  ibarət  olan  5  Venera  sikli  dəqiq  günəş  illərində  baş 
verirdi,  bu  o  demək  idi  ki,  Venera  sikli  günəş  siklini  1,6-na 
bərabərdir.  Biz  əvvəlcə  1,6  rəqəminə  rast  gəlmişdik,  bu  Qızıl 
Mütənasibliyin  başlanğıcında  idi,  irrasional  və  sehirli 
rəqəmlərdən  biri  olmaqla,  ağlın  materiyaya  keçməsi  kimi  təsvir 
edilirdi.  
Solomondan  sonra  İsrail  çarlığı  yenidən  parçalanmağa  başladı. 
Peyqəmbərlər quruluşu deyilən quruluş əmələ gəldi. Onların rolu 
camaata  məsləhət  vermək  idi.  Onlar  heç  kəsin  eşitmək 
istəmədiklərini,  xoşa  gəlməyən  və  populyar  olmayan  şeyləri 
deyirdilər.  
İliya vəhşi,  qeyri  adi  və  tənha adam  idi, demək  olar ki,  avaralar 
kimi kəmər bağlayırdı və uzun plaşda gəzirdi. Zaratustra kimi o, 
odu  odla  vuruşdururdu.  Allah  tərəfindən  səhrada  gizlənməsi 
tapşırılan İliya kiçik çaydan su içir, qarğa ovlamaqla qidalanırdı. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 71 
 
Qarğa  göstərir  ki,  İliya  Zaratustranın  müdrikliyi  kimi,  bu  yolla 
özünü həsr edənə çevirmişdi. “Qarğa” bu sehrliyə həsr olunmağın 
bir dərəcəsi idi.  
İliya  bir  peyğəmbər  kimi  dəlilik  həddinə  yaxın  olan  bir 
vəziyyətdə  yaşayırdı.  O,  zəhərlənmiş  adamları  sağalda  bilirdi, 
cüzam  xəstəliyi  olanları  müalicə  edirdi.  O,  ölmüş  uşağın  başı 
üzərində uzanmaqla ona öz ruhunu vermişdi. O, yenidən səhraya 
qaçanda  bunu  öz  həyatı  üçün  etmişdi-  Allaha  tərəf  qaçmışdı. 
Sonra  dağ  başında  dəhşətlər  yaşadı,  tufana  düşdü.  Nəhayət  o, 
taqətdən  düşdü,  ağacın  altında  yatanda  yuxuda  mələyi  gördü. 
Mələk ona nə etməli olduğunu dedi. Lakin güclü külək gəlib dağı 
silkələdi. İliya bilirdi ki, Allah bu küləiyn içərisində deyildir və o, 
mağarada  təhlükəsiz  qalmağı  qərara  aldı.  Qəflətən  mağaranın 
qarşısında ildırımın işığından yaranan zolaq gördü. O, yenə bildi 
ki, Allah bu odun içəriçində deyildir. 
Tufan  yatdıqdan  və  od  söndükdən  sonra  səhər  açılanda  hər  şey 
sakit  idi.  Dan  ulduzu  qalxmışdı,  bu  vaxt  səhərin  saf  havasında 
İliya  Allahın  hələ  də  sakit  olan  səsini  eşitdi.  Axı  Moinsey  də 
yanan  kolda  bu  səsi  eşitmişdi.  İliya  onun  iradəsi  ilə  necə 
öldürməyi  və  necə  yenidən  doğulmağı  öyrənmişdi.  Platon 
“Respublika” kitabında yazırdı ki, “Kim ki bu həyatda yaxşılığın 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 72 
 
ideyasını  dərk  etməyə  qadir  deyil,  o,  ölümündən  sonra 
cəhənnəmə düşəcək və qaranlıq məskəndə yuxuya dalacaqdır”. 
Ömrünün sonunda İliya od saçan arabada göylərə qalxdı. Ondan 
əvvəl  Nuh  da  belə  etmişdi,  o  da  adi  qaydada  ölməmişdi. 
Kabalistik  düşüncədə  İliyanı  göylərə  qaldıran  araba  sehirli 
olmağın bir amili idi. 
İki  yüz  il  sonra  İsayya  peyğəmbərin  vaxtında  kainatı  yeni, 
transtsedent  (təcrübə  hədlərindən  kənar  olan)  qaydada  anlamaq 
işləri  inkişaf  etdirildi.  Bizim  eradan  əvvəl  550-ci  ildə  İsayya 
bəyan etmişdi:  “Qaranlıqda gəzən adam  böyük işıq  görəcəkdir... 
Çünki  bu  bizə  uşaq  doğulmasıdır,  bizə  oğul  verilməsidir  və 
idarəçilik  onun  çiynində  dayanacaqdır  və  onu  adı  Gözəl, 
Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh hökmdarı olacaqdır”. 
Mərhəmət  konsepsiyası  tarixi  peyğəmbər  düşüncəsindəki  öz 
anlayışından  böyüməyə  başladı.  İki  çarlığın  hökmdarları  və 
xalqları onlara deyiləni həyata keçirməkdə uğursuzluğa uğradılar. 
Onlar  pozuldular  və  torpaq  səhraya  çevrildi.  Lakin  bu  vaxt, 
Allahın mərhəməti ilə səhra torpağından yaşamağa qadir olan kök 
üzə  çıxdı.  Peyğəmbərlər  mərhəmətin  bu  yolla  baş  verdiyini  öz 
ömürləri  dövründə  kiçik  çarlıqların  hərbi  və  siyasi  səviyyədə 
yüksəlməsində, 
enməsində 
və 
yenidən 
yüksəlməsində 
görmüşdülər. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 73 
 
İsayya  İsrailin  tarixi  və gələcək taleyi  barədə böyük hissə malik 
idi, “Cessenin gövdəsindən irəli bir çubuq çıxacaqdır” deyirdi. O, 
həmçinin tarixin sonunu yaxşıca görmək qabiliyyətinə malik idi: 
“Canavar və quzu birlikdə qidalanacaq və leopard oğlan uşağı ilə 
bir yerdə uzanacaqdır”. 
Dünyanın  digər  hissələrində  başqa  özünü  həsr  etmələr  də  baş 
verirdi.  Prins  Siddhartha  indiki  Nepalda,  müharibə  aparan  kiçik 
dövlətlərlə  tanınan  bir  ərazidə  doğulmuşdu.  29  yaşına  qədər  o, 
naz-nemətli  dəbdəbə  içərisində  yaşamışdı.  Onun  hər  bir  ehtiyacı 
hələ başlamamışdan ödənilirdi və onun həyatının hər anı sevinclə 
dolu  idi.  Bir  gün  o,  çar  sarayını  tərk  etdi  və  əvvəllər  onun 
görməsinə  icazə  verilmədiyi  şeyi-qoca  adamı  gördü.  Və  qoca 
dəhşətli  vəziyyətdə  idi,  lakin  daha  sonra  ona  məlum  oldu  ki,  öz 
xalqı xəstədir və ölür.  
O,  sarayı  tərk  etməyi  qərara  aldı  –  arvadını  da,  uşaqlarnı  da,  –
bircə  məqsədlə  ki,  bu  əzab  çəkənləri  hiss  etməyə  cəhd  etsin. 
Yeddi  il  ərzində  güşənişinlər  arasında  yaşamaqla  o,  yoqa 
sutralarında və Rişi törəmələrinin təlimlərində axdardıqlarını tapa 
bilmədi.  Nəticədə  onun  artıq  35  yaşı  olanda  o,  gedib  çayın 
qırağında  Bohdi  ağacının  altında  oturdu  və  qərara  aldı  ki,  başa 
düşməyənə  qədər  hərəkət  etməyəcəkdir.  Üç  gün,  üç  gecədən 
sonra o, anladı ki, həyat əzabdır və əzab çəkmək yerüstü şeyləri 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə