Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 78 
 
müəyyən etməyə çalışırdılar. Heraklit demişdi: Biz eyni axına iki 
dəfə girə bilmərik. 
Belə bir əhvalat vardır ki, Konfutsi Lao Tszını görməyə yollandı 
və  ondan  özünün  həsr  edilməsini  xahiş  etdi.  Lao-Tszı  isə 
qüruruna  görə  gənc  Konfutsini  məzəmmət  etdi.  Onu  geri 
qaytardı,  ehtiramsız  davranışı  ilə  həddən  çıxan  ambisiyasının 
qarışığına  görə  onu  ələ  saldı.  Bu  yəqin  ki,  dəqiq  olmayan 
əhvalatdır,  lakin  vacib  bir  həqiqət  kimi  onu  göstərir  ki, 
Konfutsiçilik və Daosizm Çində ekzoterik təlimləri təşkil edir. 
Konfutsi ənənəvi  sirr olmayan Çin  müdrikliyini  toplamağa uzun 
illər  sərf  etmişdi  və  bu  kolleksiyalar  sonralar  Çin  liderləri 
tərəfindən  hökumət  üçün  rəhbərlik  təlimatına  çevrilmişdi. 
Konfutsinin sözləri yüksək dərəcədə müdrik idi. Min illik səyahət 
bir addımdan başlayır. Tapşırığın qiyməti mükafatdan da artıqdır. 
Əgər  sən  öz  məqsədinə  çata  bilmirsənsə,  məqsədlərini  qaydaya 
qoy. Belə qaydada onun fikirləri davam edir. 
Afinada  biz  azadlıq  istedadını,  fərdi  fikiri  görürüksə,  Spartada 
fərdi  iradənin  inkişafını,  qəhrəmana  sitayişin,  güclü  adamlar 
nöqteyi-nəzərindən rəqabət həddini və məğrurluğu görürük. 
Bütün yunan Sirli məktəblərindən ən məşhuru Afinadan bir neçə 
mil  arasındakı  Elios  kəndində  yerləşirdi.  Romanın,  özü  də  həsr 
olunmuş  olan  dövlət  xadimi  Tsitseron  deyəcəkdi  ki,  Eliosian 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 79 
 
Sirləri  və ondan çıxanlar Afinanın sivilizasiyalı dünyaya verdiyi 
ən  böyük  fayda  idi.  Elios  “Elauno”  sözündən  əmələ  gəlmişdi, 
“mən  gəlirəm”  mənasını  verirdi,  bu  isə  o  demək  idi  ki,  “Mən 
yaranmışam” . Biz Pifaqordan da bilirik ki, Süd Yolu da nəhəng 
çay və ruhların kütləsi kimi nəzərdə tutulur. 
Dinin  neqativ  olması,  hətta  dünya  tarixinə  destruktiv  təsir 
göstərməsi  barədə  deyilən  sözlər  bayağı  səslənir.  Dini 
müharibələr,  İnkvizisiya,  elmi  fikirin  boğulması  və  məhdud 
patriarxal  münasibətlər  dəfələrlə  dilə  gətirilir.  Bunu  xatırlamaq 
yerinə  düşər  ki,  bəşər  mədəniyyətinin  bəzən  ən  böyük  şərəfli 
şəxsiyyətləri məhz Sirli məktəblərdən öz mənbəyini götürmüşdür, 
bunlar isə qədim dünyadakı mütəşəkkil dinin mərkəzi hissəsi idi. 
Təkcə  heykəltəraşlıq  və  drama  deyil,  həmçinin  fəlsəfə, 
matematika  və  astronomiya  siyasi  və  tibbi  ideyalar  kimi  bu  dini 
institutlardan  yüksəlmişdi.  Hər  şeydən  əlavə,  Sirli  məktəblər 
şüurun təkamülünə təsir göstərmişdi. 
Yevripid öz pyesində yazırdı ki, “Burada yalnız bir şey vardır ki, 
o, bütün həyat sınaqlarından çıxa bilər – bu gizli şüurdur”. 
Biz  qədim  yunan  pyesinə  baxanda  katarsis  (Aristotel  tərəfindən 
faciə barədə təlim termini kimi tətbiq edilmişdir: tamaşaçının hala 
acımaq  prosesində  keçirdiyi  ruhi  cəhətdən  boşalmasıdır) 
vasitəsilə  təmizlənirik.  Yunan  dramaturqlar  öz  auditoriyalarına 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 80 
 
elə  təcrübə  verirdilər  ki,  bu  bəzi  cəhətcə  özünü  həsr  etmə 
təcrübəsinə  bənzəyirdi  və  onun  işləmək  qaydası  insan  təbiətini 
anlamağa əsaslanırdı, bu isə mahiyyətcə müqəddəs sayma idi. 
Sokrat  öləndən  sonra  onun  şagirdi  Platon  yunan  fəlsəfəsində 
aparıcı  şəxsə  çevrildi.  Onun  “Dialoqları”  idealizm  adlanan 
fəlsəfənin ən böyük ifadəsi oldu. Gizli tarixdə isə hər kəs dünyanı 
idealistik  qaydada  öyrənir.  Heç  kəs  soruşmur  ki,  obyektlərə 
nisbətən reallıq formalarından ideyalar yüksəkdirmi? 
Hər  kəs  düşünmədən,  instinktiv  olaraq  buna  inanır.  Platonun 
şagirdi  Aristotel  isə  bu  gün  aparıcı  rol  oynayan  materializmə 
aparan tərəfə fəlsəfi bir sıçrayış etdi. 
B.e.ə beşinci əsrdə Afina və Sparta arasında ağalıq etmək naminə 
müharibə  getdi.  Dördüncü  əsr  onların  hər  ikisinə  II  Filippin 
hökmranlıq etdiyi Makedoniya qalib  gəldi. Plutarx qeyd edir ki, 
Filippini  oğlu  Aleksandr  b.e.ə.  356-cı  ildə,  lunatik  Herostrat 
tərəfindən  Efesdəki  Artemida  məbədi  yandırılan  gün  anadan 
olmuşdu.  Sirli  məktəbin  ruhu  Aleksandr  doğulanda  ona  daxil 
olmuşdu.  Aleksandr  bütün  həyatını  öz  daxilindəki  bu  ilahi 
elementi öyrənməyə, tanımağa həsr edəcəkdi. 
Filipp  həmin  dövrün  ən  böyük  zəkası  olan  adamı  öz  oğluna 
müəllim  tutdu,  bu  Platonun  ən  böyük  şagirdi  Aristotel  idi. 
Aleksandr  və  bu  yaşlı  adam  bir-birlərində  xoş  ruhu  gördülər. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 81 
 
Aristotel 
maddi 
dünyanın 
məlumatlarını 
toplayıb, 
təsnifləşdirmişdi. O, fiziki qanunlarla abstraksiya (Əşyaların bəzi 
xassələrindən  və  onlar  arasındakı  münasibətdən  fikrən 
uzaqlaşma)  metodu  qaydasında  işləyirdi.  Buna  görə  də  təbiətin 
ölçüsünün  gizli  qüvvələrini  təsvir  etdikdə,  bütünlükdə  yeni  və 
müasir  yalanları  icad  etməyə  qadir  idi.  Aleksandr  dünyanın  o 
vaxta  qədər  görmədiyi  ən  iri  imperiyanı  yaratmışdı.  Bu  o  vaxt 
Aristotel fəlsəfəsi üçün bir vasitəyə çevrilmişdi. 
Oğlunun  iyirmi  yaşı  olanda  Filipp  qətlə  yetirildi.  Lakin  tezliklə 
Aleksandr  özünü  dahi  hökmdar  və  məğlubedilməz  hərbi 
sərkərdəyə çevirdi. B.e.ə. 334-cü ildə o, ordusunu Asiyaya apardı, 
İss  döyüşündə  persiyalıları  məğlub  etdi,  baxmayaraq  ki, 
axırıncıların  döyüşçülərinin  sayı  onun  birə  nisbətində 
makedoniyalılarınkından çox idi. Sonra o, Suriya və Finikiyadan 
keçməklə  Cənubu  tutdu,  sonra  isə  Misir  işğal  edildi.  Burada  o, 
Aleksandriya  şəhərinin  əsasını  qoydu.  Hər  yerdə  o,  yunan 
modelində  şəhər-dövlətlər  yaradırdı,  yunan  siyasəti  ilə  birlikdə 
yunan fəlsəfəsini də yayırdı. Bu Aleksandrın yenicə inkişaf etmiş 
şüuru xilas etmək missiyasının bir hissəsi idi. 
B.e.ə.  331-ci  ildə  Aleksandr  persiyalıları  yenidən  məğlub  etdi, 
onların qədim paytaxtı Persepolisi dağıtdı, sonra isə Əfqanıstana 
və  axırda  Hindistana  atıldı.  Burada  o,  Brahmin  filosofları  və 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə