www.kitabxana.net
– Milli Virtual Kitabxana
50
Gizli təlimdə Böyük Piramida b.e.ə. 3500-ci il illərdə Misirdə və
Şumerdə böyük sivilizasiyaların əsası qoyulduqdan əvvəl
tikilmişdi. Bu elə vaxt idi ki, əvvəllər də mövcud olmuş
konstruksiyalar daş dövrələrdən və digər “dövrə şəkilli”
abidələrdən ibarət idi.
Böyük Piramida şərti olaraq sərdabə idi. Gizli tarix nöqteyi-
nəzərindən bu anaxronik izah idi. Bu həmin vaxt bir universal
inam idi ki, bütün insan ruhları ölümdən sonra planetar
sferalardan keçərək ulduzlara doğru səyahət edirlər. Böyük
Piramida nəhəng yenidən doğulma maşını idi.
Misir sivilizasiyası bəşər təkamülündə yeni böyük impulsu təmsil
edir, bu materiyanın maya və ya illyuziya olduğunu öyrədən Şərq
sivilizasiyasından fərqlidir. Misirlilər Qərbin böyük spiritual
missiyasının başlanğıcını qoydular, bəzən bu əlkimya, Sufizm,
Frimasonluq və digər hər yerdə olan gizli cəmiyyətlərdə isə İş
adlanır. Böyük Piramida bu sübutun ilk təzahürü idi.
Misir sivilizasiyasının qalxması ilə eyni vaxtda Dəclə və Fərat
çayları arasında Şumer sivilizasiyası yüksəlməyə başladı.
Şumerin ilk şəhərlərindəki ailə evlərində əcdadların və aşağı
allahların heykəlləri var idi. Kəllə bəzən kiçik ruhun yaşaya
biləcəyi “ev” kimi saxlanırdı. Bu vaxt daha böyük ruh şəhərin
mənafelərini himayə etməklə, “allah evində” yaşamaq üçün
www.kitabxana.net
– Milli Virtual Kitabxana
51
saxlanırdı. Bu, məbəd kompleksinin mərkəzindəki tikili idi. Bu
şəhərlər böyüdükcə allah evləri də böyüyürdü, o vaxta qədər ki,
onlar ziqquratlara, iri pilləli piramidalara çevrilirdi.
Bir qayda olaraq onlar saman( çiy) kərpicdən tikilirdi. Hər bir
ziqquratın mərkəzində iri otaq var idi və orada allahın heykəli
məskunlaşırdı. Otağa qiymətli metallar və daş-qaş qoyulurdu və o
gözqamaşdırıcı parçalarla bəzədilirdi.
Mixi mətnlərə görə, Şumer allahları yeməyi, içməyi, musiqini və
rəqs etməyi sevirdilər. Yeməklər masa üzərində qoyulurdu, sonra
allahlar tək buraxılırdı ki, onları yesin. Bir müddət keçdikdən
sonra keşişlər otağa gəlir və qalan hər şeyi yeyirdilər. Allahlar
həmçinin yatmaq üçün çarpayıya ehtiyac duyurdular. Bəzi intim
məqsədlər üçün onlar yuyunur, geyinir və ətirlənirdilər.
Şumer sivilizasiyasının böyük qəhrəmanı Qilqameş Uruk çarı idi.
onun əhvalatı səfehliklə dolu idi. O, müstəsna emosiyaya, narahat
olmaqla dəlilik xüsusiyyətlərinə malik idi. Gənc çar barədə
əhvalatın başlanğıcında, o, “buynuzla vuran öküz” adlanırdı. Dağ
keçidlərini açır, quyular qazır, tədqiqat aparır, döyüşə yollanırdı.
O, digər adamların hamısından güclü idi, gözəl və igid olmaqla
eşq düşkünü idi, heç bir bakirə qız ondan yayına bilmirdi, – lakin
tənha idi. O, hansısa bir dosta malik olmağı ürəkdən arzu edirdi,
elə biri ilə dost olmaq istəyirdi ki, ona bərabər olsun.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
52
Beləliklə, allahlar Enkidunu yaratdılar. O, Qilqameş kimi güclü
idi, lakin vəhşi idi, bütün bədəni tüklərlə örtülmüşdü. O, vəhşi
heyvanların arasında yaşayır, onların yediklərini yeyir, çaylardan
su içirdi. Bir gün ovçu bu qəribə varlıqla meşədə üz-üzə gəldi və
bunu Qilqameşə çatdırdı.
Qilqameş ovçunun söylədiyi əhvalatı eşitdikdə, ürəyində bilirdi
ki, bu adam onun çoxdan gözlədiyi dostudur. O, əla plan tutdu.
Məbəddəki fahişələrdən ən gözəlini təlimatlandırdı ki, çılpaq
şəkildə meşəyə getsin, vəhşi adamı tapıb, onu əhlilləşdirsin. Qız
onunla eşq macərasını yaşayanda, o, yaddan çıxardı ki, Qilqameş
bundan xəbər tutacaqdır, axı onun evi təpədə idi. Enkidu vəhşi
heyvanların yanına gələndə, onlar dəyişikliyi hiss etdilər və artıq
onunla birlikdə gəzmədilər, ondan uzaq qaçdılar.
Qilqameş və Enkidu Urukda bazar meydanında görüşəndə,
burada pəhləvanların güləş yarışı gedirdi. Bütün əhali tamaşaya
baxmağa toplaşmışdı. Qilqameş Enkidunun kürəyini yerə
vuraraq, ona qalib gəldi. Beləliklə, məşhur dostluq belə macəralar
seriyasından başladı. Onlar panterlər ovlayır, sirr meşəsindən
keçən yolu qoruyan monstru izləyirdilər. Onlar Göy öküzünü
öldürəndə, Qilqameş onun buynuzlarını öz yataq otağının
divarından asdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
53
Lakin sonra Enkidu özündə təhlükəli xəstəlik hiss etdi. Qilqameş
isə dünyanın qurtaracağındakı tavernada öz sonluğunu tapdı.
Qilqameşin ölümü ilə böyük ziqquratlar dövrü baş verdi. Babil
qülləsi əhvalatı, göyə qədər qüllə tikmək cəhdi bütün bəşəriyyəti
birləşdirən vahid dilin itirilməsi ilə nəticələndi. Bütün xalqlar və
tayfalar özlərinə məxsus olan ruha və bələdçi mələklərə bağlı
oldular, onlar yüksək allahları nəzərdən qaçırdılar. Bu yüksək
allahlardan yuxarıda və uzaqda isə böyük kosmos zəkası dururdu,
oradan kainatın bütün müxtəlif hissələrinə bir tale verirdi.
Ziqquratlar maddi mənalarda ölçməyin səhv cəhdini təmsil edirdi.
Babil qülləsini Ovçu Nimrod tikdirmişdi. Bibliyanın “Başlanğıc”
kitabı Nimrodu yer üzünün ilk hökmdarı adlandırır. Arxeoloqlar
müəyyən etmişlər ki, Nimrod Enmer-kar adlı tarixi şəxsiyyətdir,
ona da Ovçu Enmer deyirdilər. O, Urukun ilk çarı olmaqla,
qonşuluqdakı Aratta çarına məktub göndərib, ondan təzminat
pulu tələb etmişdi. Qədim yəhudi ənənəsində Abrahamın hökmən
doğulacağı barədəki peyğəmbərlik, Nimrodu körpələr kütləsinin
qırmağa sövq etdi.
Bununla o, körpə uşaqların qurban verilməsi qaydasını yaratdı,
onların bədənləri böyük tikililərin bünövrəsində basdırılırdı.
Abraham. Yunan sivilizasiyası
Dostları ilə paylaş: |