Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 34 
 
deyildi.  Maddi  dünyanın  dərk  edilməsi  ruhi  qaydada  aydın  və 
canlı xarakter daşıyırdı. 
Qədim  keçmişin  müdrik  adamları  ölümün  fikrin  oyanması  üçün 
necə  vacib  olduğunu  başa  düşürdülər  və  ona  görə  də  onlar  dərk 
edirdilər  ki,  tarixi  proseslərdə  bu  qüvvələr  necə  də  bir  yerdə 
toxunulmuşlar. 
Bu  gün  biz  bilirik  ki,  uzaqdakı  ulduza  baxanda,  bundan  nə 
qədərsə  əvvəl  baş  vermiş  nəyisə  görürük,  çünki  aradakı  vaxt, 
ulduzdan  çıxan  işığın  yer  üzərinə  gəlib  çatması  üçün  lazım  idi. 
Qədim insanlar digər bir həqiqəti bilirdilər ki, onlar öz iradələrini 
seyr  edəndə,  həmçinin  hələ  özləri  doğulmamışdan  xeyli  əvvəl 
formalaşmış  nəyəsə  baxırdılar.  Onlar  bilirdilər  ki,  məhəbbəti 
yaşadıqda  həmçinin  gələcək  minillik  üçün  kosmosa  təsir 
göstərəcəklər. 
Biz  məhəbbəti  yaşadıqda  böyük  kosmik  qüvvələrlə  qarşılıqlı 
fəaliyyətlərdə oluruq. Şair Rilke bu həyati hadisəni təsvir edərkən 
yazırdı  ki,  “iki  adam  gecə  vaxtı  bir  yerə  gələndə  gələcəyi 
haraylayırlar”. 
Xristian mifologiyasında eyni şəxsiyyət, eyni ruhi impuls Mariya 
Maqdalinanın obrazında yenidən meydana çıxır. Biz ilkin Günaha 
batma  tarixinin  arxasınca  yollanırıq.  Görünür  ki,  Günaha  batma 
insan  ruhunun  maddi  dünyadan  əvvəl  mövcudluğa  düşməsi 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 35 
 
deyildir,  Günaha  batmaqda  insan  bədənləri  də  maddi  dünya 
bərkidikcə  bərkə  çevrilir.  Biz  Günaha  batma  dünyasında 
yaşayırıq. Xristian ənənəsində bəzən “Sofiya” adlanan müdrikliyə 
biz, yalnız qaranlıqdan və yerin şeytan zonalarından keçməklə və 
həmçinin özümüzə səyahət etdikdə nail oluruq. Qədim dövrlərdə 
İsida  yunan  müdriklik  ilahəsi  Afina  kimi  tanınırdı.  Afinanın  isə 
Pallada adlı tutqun dərili ögey bacısı vardı və onu hamıdan artıq 
sevirdi.  Bir  dəfə  onlar  Anatoliya  düzənliklərində  oynayanda 
Afinanın  diqqəti  yayındı,  bacısından  uzaqlaşdıqda  çox  qorxdu. 
Həmin  vaxtdan  o,  özünü  Afina-  Pallada  adlandırdı,  bacısının 
xatirəsini əbədiləşdirmək üçün qara ağacdan heykəlini yondu. Bu 
heykəl  Palladium  adlanır,  Anatoliya  xalqı  ilahənin  öz  əli  ilə 
yonulmuş  bu  heykəli  öz  paytaxtlarında  saxlayırdı.  Troya  isə 
dünyanın ən böyük şəhəri idi. 
Yunanlar  troyalıların  bildiklərini  bilmək  istəyirdilər.  Onlar 
troyalılara  qalib  gəldikdə,  dünya  sivilizasiyasında  rəhbərlik  rolu 
onlara keçdi. Sonralar bu, bütün şərəfi ilə Romadan aşağıda dəfn 
edildi,  o  vaxta  qədər  ki,  onda  imperator  Konstantın  paytaxtı 
Konstantinopola  keçirdi.  Bu  şəhər  dünyanın  spiritualizminin 
mərkəzinə  çevrildi.  Böyük  qüvvələr,  frimasonlar  da  bu  regiona 
nəzarət imkanını axtardılar. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 36 
 
İnsanların  digər  varlıqlarla  tam  ölçüdə  müharibəsi  gedirdi.  Bu 
varlıqlar  əvvəlki  epoxlardan  olan  mübarizlər  idi.  Neolit 
dövründəki  çaxmaq  daşı  oğurlayanlar  tayfası  olan  lapiflər  və 
kentavrlar  (qədim  yunan  mifologiyasında  yarı  adam-yarı  at) 
arasındakı  müharibə  Parfeonun  frizlərində  təsvir  olunmuşdur. 
Kentavrlar  lapiflərin  başçısının  toyuna  dəvət  edilmişdi,  lakin 
burada lapif qadınların ağ, tüksüz bədənini görəndə cuşa gəlməyə 
başladılar.  Onlar  gəlini  yerlə  sürüyüb,  özünü,  həmçinin 
rəfiqələrini  və  paj  oğlan  uşaqlarını  zorladılar.  Bunun  arxasınca 
gedən  döyüşdə  Lapif  çarı  öldürüldü  və  bundan  nəsillər  boy 
davam edən düşmənçilik başlandı. 
Sümüklər yoğunlaşdıqca, heyvan dünyası öz çəkisini hiss etməyə 
başladı.  Heyvanlar  yaşamaq  üçün  mübarizə  aparmalı  idilər. 
Bəşəriyyət  tənəzzülə  uğramaqda  davam  edirdi,  bunu  da  təbiət 
edirdi. Heyvanların dişləri və caynaqları qırmızı rəng alırdı. Şirlər 
və  canavarlar  insanlara  hücum  edirdilər.  Bitkilər  tikan 
böyüdürdülər ki, adamların bədənlərini cızsın, ona görə də meyvə 
yığmaq çətinləşirdi və zəhərli bitkilər çoxalırdı. 
Tarix  göstərir  ki,  insanlar  digər  şüur  formalarına  malik  olan 
adamları xoşlamırdılar, buna görə də onlar tolerantlığa çətinliklə 
öyrəşirdilər.  Biz  bunu  müqayisə  etdikdə,  yalnız  avropalıların 
attseklərə  münasibəti,  Avstraliyadakı  aborigenlərin  az  qala 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 37 
 
genosidə məruz qalması və ya naytsistlərin qaraçıları yer üzündən 
bütünlüklə  silmək  cəhdi  barədə  düşünməyə  ehtiyac  duyuruq. 
Yəhudilərin  hələ  Moisey  zamanından  çox  hallarda  şüurun  yeni 
formaya salınması ilə üz-üzə dayandığını görə bilərik. 
 
 
 
İnsanlar  bu  vaxt  səhv  etməkdən,  nəyisə  seçməkdən  və  onunla 
əylənməkdən  xali  deyildilər.  Bu  artıq  belə  bir  hadisə  deyildi  ki, 
insanlar  öz  bütün  ruhi  qidalanmasını  Ana  Yerin  südlü,  şirə  ilə 
dolu  olan  döşlərindən  alsın.  Təbii  hüquq  və  əxlaqi  hüquq  artıq 
heç  də  eyni  şey  deyildi.  Adamlar  yaşamaq  üçün  mübarizə 
aparırdılar və özlərini çox vaxt dözümlüyünün hədlərində uzanan 
kimi görürdülər. Onlar kəşf etdilər ki, irəli aparan yol daim ölüm 
təhlükəsi  törədə  bilərdi,  lakin  əgər  bu  yolu  tutmasalar  da, 
istənilən halda onlar öləcəkdilər. Bu vaxtdan onlar riskə getməli 
oldular.  Bu  risk  nəyisə  qiymətləndirməkdən  ibarət  idi.  Uzaqda 
müəyyən nöqtə var idi, heç bir geri dönmə imkanı yox idi. Onlar 
kəşf  etdilər  ki,  bu  nöqtəyə  çatmalıdırlar.  Dünya  qaranlığa 
büründü, paradoks məkanına çevrildi, burada əksliklər görüşürdü 
və bu insan üçün ağrılı idi, dünya isə qəhrəmanlığa çağırırdı. 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə