Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   2   3   4   5   6   7   8   9   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 22 
 
iradə gücü barədə susmağa üstünlük verir. Ancaq qədim insanlar 
üçün  yolu  azma,  illyüziya,  təxəyyül  və  iradə  Kainatın  ən  böyük 
qüvvələri  arasında  idi,  bizim  öz  ağlımız  kimi,  üç  ölçülü 
məkandan  kənarda  yaşayırdı.  Onlar  üçün  dünyanın  yaranması 
tarixi, bu şeylərin necə olması barədəki haqq-hesabın mərkəzində 
dayanırdı.  Fridrik  Nitsşe  deyirdi:  “Əgər  sən  öz  daxilində  xaosa 
malik  deyilsənsə,  sən  rəqs  edən  ulduzun  doğulmasına  nail  ola 
bilməzsən”. İnsanlar heç vaxt sərbəst yaradıcı olmağa çevrilməyə
igid  və  ya sevməyə qadir ola bilməyəcəkdir, əgər ki,  onlar səhv 
etməyə,  cisimləri  olduğundan  fərqli  kimi  görməyə,  onların 
göründüyündən fərqli olmağa inanmağa qadir ola bilməyəcəklər. 
Biz çox vaxt istədiyimiz kimi olana inanırıq. İnsan təbiəti eyni ilə 
digər  qüvvə  kimi  formalaşmışdır,  bəşər  övladı  düşünür  ki,  mən 
özümün  heyvani  istəklərimə  müqavimət  göstərməliyəm.  Əlbəttə 
ki,  bu,  mənim  adi  heyvana  çevrilməyimi  dayandırır, 
qabiliyyətlərim sırasından fikir və düşüncə bacarığımı üzə çıxarır. 
Venera ənənəvi olaraq əlində güzgü tutan qaydada təsvir olunur, 
bu heç də indiki  dövrdə güman edildiyi  kimi  əbəs  yerə deyildir. 
Güzgü  arzunu  müəyyən  etmək  üçün  əks  etmə  gücünün  simvolu 
idi.  Əks  etmə  allahı  Göydə  böyük  ifadə  allahı  olmaqla,  Ay  idi. 
Bütün qədim mədəniyyətlərdə Ay təkcə məhsuldarlığı deyil, həm 
də  fikiri  nizamlayırdı.  Faktiki  olaraq  özünü  həsr  etmiş  keşişlər 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 23 
 
inanırdılar  ki,  lazımi  şərait  yaradılması  qaydasında  insan  fikiri 
mümkün  olacaqdır,  Kosmos  özünü  xüsusi  qaydada  düzəltməli 
olacaqdır.  İnsanın  əks  etməsinin,  düşüncəsinin  mümkün  olması 
üçün  Günəş  və  Ay  göydə  özlərini  qaydaya  salmalıdırlar  ki,  Ay 
Günəşin  işığını  əks  etdirməklə  aşağı,  Yerə  göndərsin.  Onlar 
həmçinin inanırdılar ki, Göydə bu qaydaya salınma insan başının 
içərisindəki  kiçik  tərəzidə  də  təkrar  qaydada  baş  verməlidir.  Ay 
allahı  qədim  yəhudilərdə  Yehovaya  (rus  dilində  Yaxveyə), 
müsəlmanlar  üçün  isə  Allaha,  ən  böyük  allaha  çevrildi.  Biz 
gördük  ki,  dünyanın  yaranması  dramasındakı  üçüncü  böyük 
səhnədə  Ay  allahı  böyük  qələbə  çaldı.  Beləliklə,  Ay  erası 
başlandı.  Kosmosun  ilk  üç  epoxası  –  mineral,  bitki  və  heyvan 
eraları  –  Saturn  günü,  Günəş  günü  və  Ay  günü,  həftənin  ilk  üç 
gününün (şənbə, bazar, bazar ertəsinin) adlarında xatırlanır, bunu 
biz  ingilis  dilindəki  gün  adlarında  da  müşahidə  edirik.  Həftənin 
bu  günlərində  həmin  göy  cisimlərinin  üçü  də  təkcə  özlərinə 
məxsus  səbəbə  görə  xüsusi  qaydada  olduqlarından,  sonralar  bu 
günlər  belə  adlanmışlar.  Bibliyada  “Allahın  oğlanları”  ifadəsi 
mələkləri təqdim etmək üçün işlənir, onlar göylərdən aşağı düşən 
qasidlər  idi.  Mələklər  aşağı  enməklə  maddi  dünyada  da  iştirak 
edirdilər.  “İnoks  kitabı”nda  qadınları  sevən  mələklər  barədə 
söhbət  gedir,  qeyd  edilir  ki,  adamların  uşaqları  çoxaldıqda, 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 24 
 
onların  içərisində  gözəl,  göz  oxşayan  qızlar  da  meydana  gəldi. 
Göyün uşaqları olan mələklər onları gördükdə ehtirasa gəldilər və 
bir-birlərinə dedilər ki, “Gəlin – qoy adamların uşaqları arasından 
özümüzə  arvadlar  seçək  və  onlar  bizə  uşaq  doğsunlar”.  Onların 
hamısı özlərinə arvad götürdü və onlar bu qızları lətafətə və valeh 
olmağa  öyrətdilər  və  hamilə  etdilər.  Yer  üzərində  onlardan  olan 
övladlara  bənzəyən  uşaqlar  əmələ  gəldi.  Baxmayaraq  ki,  onlar 
ruhi  varlıq  olmaqla  əbədi  həyat  yaşayırdlar,  lakin  özlərini 
qadınların  qanı  ilə  pozdular,  bədən  qanı,  həmçinin  öləcək  və 
məhv olacaq varlıqların qanını daşıyan uşaqları həyata gətirdilər. 
Onlar “göydən düşən mələklər” idi. Bütün ənənələrə görə Günəş 
sisteminin böyük allahlarının sayı  yeddidir. Biz yenidən görürük 
ki, Bibliya hekayətlərində də,  yunan və Roma mifologiyalarında 
olduğu 
kimi 
eyni 
astronomik 
allahların 
əhvalatları 
kodlaşdırılmışdır.  İnsan  qadınlarını  yoldan  çıxaran  mələklər  isə 
Olimp  allahlarından  başqa  bir  şey  deyildi.  Qədim  yunan 
mifologiyasına görə körpə Yupiter (bu Roma mifologiyasına görə 
yunanlardakı  Zevsin  adıdır)  atası  Saturndan  (Kronosdan) 
gizlədildi.  Ana  Yer  Yupiteri  Krit  adasında,  yeraltı  mağarada 
saxladı. O bilirdi ki, Yupiterin doğulması ilə Saturnun ağalığının 
sonu  gələcəkdir.  Saturn  həm  də  öz  oğlanları  və  qızları  olan 
titanlara  arxalanırdı.  Onlar  yeni  həyatı  udmaq  və  “Ölüm 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 25 
 
kainatı”nı  yaratmaq  istəyirdilər.  Titanlar  daim  Yupiterin 
düşmənləri  olmalı  idilər.  Onlar  dustaq  edildikdə,  Yupiter  Olimp 
dağının  qeyd-şərtsiz  hökmdarına  çevrildi.  O,  allahların  çarı  və 
yeni  eranın  allahı  idi.  O,  gözəl  saçlarını  tərpətməklə  bütöv  yeri 
silkələyirdi. O, yeganə elə güclü allah idi ki, yerə ildırım göndərə 
bilirdi.  Olimp  allahları  Yupiter,  Apollon,  Mars,  Merkuri,  Diana, 
Afina  və  digərləri  Saturnun  qoyduğu  məhdudiyyətlərə  qarşı 
qiyam  qaldırdılar.  Olimplilər möcüzəli işlər  gördülər və dəhşətli 
monstrları  məğlub  etdilər.  Yupiter  vurulduğu  qadını  ayıya 
çevirdiyi  kimi,  digər  İo  adlı  qızı  inəyə  çevirmişdi.  O,  canavara 
çevirdiyi Likaonu kannibalizminə görə cəzalandırmışdı. Appolon 
şəhvət  bəslədiyi  gənci  çiçəyə  metamorfoza  etdi,  yaxınlıq  etdiyi 
Dafnanı  dəfnə koluna çevirdi. Digər bir Saturndan sonra Günəş, 
Venera, Ay və Yupiter yer üzərindəki həyatın inkişafını mümkün 
edən  əsaslı şəraitləri  yaratmaq işində birləşdilər.  Qədim insanlar 
üçün təbiət qüvvələri qış ərzində yatırdı və baharda – yeni təsirini 
həyata  keçirməklə  yenidən  oyanırdı.  Onlar  allah  kimi  təkamül 
impulsuna  inanırdılar.  Əgər  yer  üstündəki  primitiv  həyat  –  bu 
həyat  labüd  olaraq  bəşər  həyatına  inkişaf  edəcəkdi,  –  balığa 
bənzər primitiv formanı aldı. Misirdə bu möcüzəli hadisə heyvan 
həyatının  doğulması,  Horun  anadan  olması  kimi  məlum  idi  və 
onun  ilkin  formaları  Yupiter  kimi  yarıadam,  yarıbalıq  idi. 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə