Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   2   3   4   5   6   7   8   9   10   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 26 
 
Yunanlar  və  misirlilər,  yunanlar  və  yəhudilər  kimi  müxtəlif 
mədəniyyət paltarlarında olan eyni  allaha sitayiş  edirdilər. Fənər 
başlı  adamlar  sonralar  tək  buynuz  at  kimi  ideallaşdırıldı. 
Təkbuynuzlu  barədəki  kollektiv  yaddaş  əlbəttə  ki,  ov  edilən 
varlıq  barədə  idi.  İnsanlar  Ana  Yerin  dizləri  üstündə  özlərinə 
sığınacaq  tapmalı  idilər,  lakin  dünya  təhlükəli  məkana  çevrildi. 
Protoinsanlar  bütünlüklə  yer  varlıqlarına  çevrilən  kimi,  həm  də 
insanların  əlaqə  saxlaması  üçün  yeni  vasitələrin  yaradılması 
zərurəti  yarandı.  Bu  Merkurinin  təsirinin  nəticəsi  idi  ki,  döş 
qəfəsi inkişaf etdi. Merkuri həmçinin əyilən və yararlı olan bədən 
üzvlərini  qaydaya  qoydu,  bu  insanların  birinin  digərinə  tərəf 
hərəkət  etməsi və birlikdə işləməsi üçün daha  yaxşı idi. Əlbəttə, 
o, qasid idi və allahları yazılı qaydada təsvir edirdi. O, həmçinin 
aldatmanın  və  oğurluğun  allahı  idi.  Qədim  insanlar  reallığı, 
bəşəriyyətin  və  dünyanın  təkamülünün  tarixini  bürclərin 
ardıcıllığında görürdülər, bu, kollektiv qaydada xatırlanır və başa 
düşülürdü.  Onlar  üçün  dünyanın  tarixi  ulduzlarda  yazılmışdı. 
XIX  əsrdə  hinduizmin  müqəddəs  mətnləri  ilk  dəfə  Avropa 
dillərinə  tərcümə  edildikdə,  bir  çox  ezoterik  biliklərə  əgər 
əvvəllər ehtiyatla nəzarət olunurdusa, bu vaxt onlar ictimai şüura 
axmağa başladı. Bu ideyalara aludəçilik Kabalaya və digər Qərb 
ənənələrinə marağın təzələnməsinə aparıb çıxardı və spiritualizm 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 27 
 
maniyasının  alovlanmasına  kömək  etdi.  Həmin  dövrün  böyük 
intellektuallarından  çoxu  spiritual  fenomenin  araşdırılımasında 
elmi  metodologiyanın  tətbiq  edilməsinə  səy  göstərməyə  maraqlı 
oldular.  Alimlərin  daxil  olduğu  çox  sayda  aparıcı  intellektuallar 
inanırdılar ki, ezoterik fəlsəfədə nəsə vardır və elmlə fövqəltəbii 
hökmən bir yerdə olacaqdır. Növlərin təkamülünün gizli tarixi də 
hətta  elmin  nəzərdə  tutduğu  proqress  deyildi.  Gizli  doktrinaya 
müvafiq  olaraq  heyvanlar  inkişaf  edib,  bu  gün  müşahidə 
etdiyimiz  formalara  keçirlər,  onlar  ulduzların  və  planetlərin, 
məsələn,  Şir  bürcü  tərəfindən  şirlərin  və  ya  Taurus  bürcü 
tərəfindən  öküzlərin  təsirinə  məruz  qalmış  olurlar.  Kosmik  plan 
belə  idi  ki,  dünyanın  bioloji  formalarının  hamısı  tədricən  bütün 
bəşəriyyətlə  birləşəcəkdir,  bunun  da  niyyəti  bütün  yaranmanın 
tacı  olmaqdır.  Gizli  ənənəyə  görə  eyni  allahlar,  eyni  yaşayan 
varlıqlar  sonralar  klassik  yunan  mifologiyasında  daha  inkişaf 
etmiş  formada  xatırlanırlar.  Qədim  mətnlərdə  bu  era  həmçinin 
nəhənglərə  böyük  təsir  göstərən  kimi  təsvir  edilir.  Böyük 
Aleksandr  dövründən  adamlar,  uzunboylu  adamların  ölçülərinə 
şübhə  etmək  səviyyəsinə  yüksəldilər  və  onlar  ikiqat  artıq  yaşa 
malik  olmaqla  ömür  sürdülər.  Gizli  ənənədə  Əfqanıstanda  bu 
yaxınlarda taliblərin partlatdıqları nəhəng Bamyan heykəlləri heç 
də  Buddanın  nəhəng  abidəsi  deyildi,  müxtəlif  hündürlükdəki 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 28 
 
nəhənglərin  üç  həyat  ölçülü  heykəlləri  idi.  İlanlar,  hörümçəklər, 
böcəklər və parazit varlıqlar Ayın Qaranlıq tərəfinin qəzəbli təsiri 
altında  formalaşmışdı.  Sonra  ötəri  eybəcərlər  –  bir  ayaqlı 
adamlar,  yarasa-adamlar, həşərat – adamlar və quyruqlu adamlar 
gəlirdi.  Qədim  Misir  tarixçisi  Maneto  (b.e.III  əsrində) 
Mühafizələrin  törəmələrinin  ənənələri  barədə  məlumat  verərkən 
bildirir  ki,  onlar  iki  qanadlı  bəşər  məxluqunu,  həmçinin  dörd 
qanadlı və iki sifətli digərlərini, bir bədəni və iki başı olan insan 
məxluqlarını,  keçi  budları  və  başında  buynuzları  olan  ilan 
varlıqlarını  həyata  gətirirdilər.  Burada  həmçinin  adam  başı  olan 
öküzlər  və  dörd  başlı  itlər  var  idi,  axırıncıların  quyruğu  onların 
kürəyindən  balıq  quyruğu  kimi  uzanırdı  və  əjdahaya  bənzər 
varlıqlar  kimi,  bütün  növlərdən  olan  digər  monstrlar  da  var  idi. 
Fantastik  ədəbiyyat  onları  həmin  dövrün  kollektiv  xatirəsi  kimi 
təqdim  edir.  O  vaxtlar  insanlar  yer  üzərində  nəhənglərlə, 
əjdahalarla,  su  pəriləri  ilə,  kentavrlarla,  təkbuynuzlularla, 
favnlarla,  satirlərlə  birlikdə  yaşayırdılar.  Qozbellərin,  nimfaların 
və driadların və digər aşağı  ruhi varlıqların orduları  allahlara və 
insanlara  xidmət  edirdilər,  onlarla  birlikdə  vuruşur  və  bəzən 
onları  sevməyə  başlayırdılar.  Gizli  tarixdə  insanlardan  əvvəlki 
inkarnasiya edən axırıncı məxluqlar insanabənzər meymunlar idi. 
Buna  baxmayaraq,  gizli  tarixdə  insanların  meymundan  əmələ 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 29 
 
gəlməsinin  deyilməsi  düzgün  hesab  edilmir.  İnsanabənzər 
meymunların 
bəşəriyyətin 
degenerasiyasını 
– 
nəslinin 
pozulmasını təmsil etdiyi daha çox güman edilir. 
 
Allahlar, yarımallahlar və qəhrəmanlar 
Olimp  miflərinin  təsvir  etdiyi  dövrdə  allahlar  insanlar  arasında 
gəzirdi.  Lakin  axırıncı  allahın  yer  üzərində  hökmran  olmasının 
tarixi  yunan  ənənəsindən  fərqli  olaraq,  bütöv  Misir  versiyasında 
verilir.  Misirlilər  şübhə  etmədən  inanırdılar  ki,  özlərinə  məxsus 
olan  daha  mühüm  allahlar  nə  vaxtsa  məhz  onların  arasında 
gəzmişdir,  onları  döyüşə  aparmaqla  yanaşı,  həm  də  müdrikliklə 
və  yaxşı  idarə  etmişdir.  Herodot  Osirisin  deyilənlərə  görə  dəfn 
edildiyi  bir  kiçik  kilsəyə  getməsini  təsvir  edir.  Hərbi  yürüşdən 
qayıdarkən  Osirisi  kütlə  təbrik  alqışları  ilə  qarşılayırmış,  onun 
hökmranlığı  isə  qızıl  era  kimi  xatırlanırdı.  Onun  adı  törətmə 
qabiliyyəti, yaratma xüsusiyyəti ilə bağlıdır. 
Osiris ölməz idi və Set öz arvadının namusuna toxunduğuna görə 
ondan qisas almaq istəsə də, onu öldürə bilməyəcəyini də bilirdi. 
Yeganə çıxış yolu, yaxasını ondan qurtarmaq idi. Lakin Setin özü 
də  sehrli  qüvvəyə  malik  idi.  Özü  və  onun  şər  kohortası  (ümum 
ideyalarla,  məqsədlərlə  birləşmiş  insan  qrupu)  ay  işığında  ov 
edəndə,  Set  öz  görməsində  qəflətən  İsidanın  Osirisi  beşikdə 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə