Ağayar Şükürov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix17.11.2017
ölçüsü2,95 Kb.
#10700
1   2   3   4   5   6   7   8   9   ...   34

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 18 
 
nazik  enerjilərlə  və  həmçinin  bu  ağacdakı  “çiçəklərlə” 
maraqlanır.  İnsan  bədəninin  böyük  mərkəzi,  işıq  dalğaları  və 
Günəşin  buraxdığı  hərarətlə  qidalanır.  İnsan  bədənində  bitki 
elementi  barədəki  biliklər  indiyədək  qalır.  Çin  təbabətində  bu 
bitki  həyatı  qüvvəsinin  enerji  axını  “chi”  adlanır,  bədəni 
canlandırmaq  kimi  başa  düşülür  və  həmin  zərif  enerji  şəbəkəsi 
mühasirəyə  alındıqda,  qapandıqda  xəstəlik  meydana  gəlir.  Bu 
enerjinin  axını  müasir  materialist  elm  tərəfindən  müəyyən 
edilməmişdir.  Lakin  bu  heç  də  həmin  təbabəti  daha  az  səmərəli 
etmir.  Bunu  çox  nəsillərdən  ibarət  olan  xəstələr  öz  fərdi 
təcrübələrində yoxlamışlar və lazımınca qiymətləndirmişlər. Əgər 
meditasiya (gərgin düşünmə) edən Buddanın heykəlini seyr etsək, 
biz  öz  daxilinə  nüfuz  edən  adamı  görərik,  meditasiyanın,  onun 
zəka və ruh cazibəsinin mərkəzi isə heykəlin belindən aşağıdadır. 
Çünki  o  beynin  sərt,  ötəri  mentallığından  geri  çəkilmişdir  və 
özünün  daxilindəki  mərkəzə  gömülmüşdür,  bəzən  onu  “hara” 
adlandırırlar  və  o  bütün  həyatla  əlaqədardır.  Əgər  dünyanın 
yaranması 
prosesinə 
dönsək, 
“Başlanğıc” 
kitabında 
kodlaşdırıldığı  kimi  Adəmin  bədəni  əvvəlcə  çox  yumşaq  və 
amorf qaydada idi, onun dərisi zərif olmaqla sonradan bərkiməyə 
başladı.  Sonralar  sümüyə  çevrilən  maddə  isə  mum  kimi  idi. 
Günəşdən  hərarət  alaraq  onun  yaşıl  bədən  üzvləri  həmçinin 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 19 
 
çəhrayı  çalar  olmağa  başladı.  Müəllif  Həvvanın  meydana 
gəlməsində  də  Bibliyanın  irəli  sürdüyü  mülahizələri  qəbul 
etməyərək,  bu  törəmənin  başqa  qaydada  baş  verdiyini  göstərir. 
Adəm  möhkəmləndikcə  həmçinin  ikiyə  bölündü,  onun 
bədənindən Həvvanın törəməsi də bitkiyə bənzər bir əmələ gəlmə 
metodu  idi.  Sirli  məktəblərdə  dünyanın  yaranması  yenidən  baş 
verdi,  bu  drama  üç  səhnədən  ibarət  olmuşdu.  Birinci  səhnə 
Saturnun  Ana  İlahəni  əzməsi  kimi  təsvir  edilir.  Bu  Saturn  erası 
adlanır.  İkinci  səhnə  Günəşin  doğulması  və  onun  Ana  Yeri 
Mühafizə etməsindən ibarət idi. Bu çiçək adamının Cənnəti idi və 
Günəş  erası  kimi  xatırlanır.  Üçüncü  səhnədə  Yer  və  Günəş 
aralanır,  Yer  soyuq  və  bərk  olur.  Bu  dövrdəki  mənzərədə  varlıq 
Sirrli məktəbin təxəyyülündə nəhayətsiz uzunluqda olan ilan kimi 
təqdim  olunur.  O  milyon  mil  uzunluqda  olmaqla  kosmosun 
içərisində  öz  yolunu  toxuyur  və  bu  ilan  gözəlliyin  bir  növünə 
çevrilir. “Ezekiel” kitabının 28.13. cümləsində deyilir ki, “hər bir 
qiymətli daş sənin üstünü örtmüşdü”. Ağacın ətrafına dolaşan ilan 
əhvalatı  özündə  Yerdəki  bitki  həyatından  heyvan  həyatına 
keçilməsini  açıq  güman  edilən  təxəyyülündən  xəbər  verir.  Bitki 
həyatı doğulmalı olacaq heyvan həyatı üçün beşik rolunu oynadı. 
Bu,  Günaha  batma  adlanan  tarixin  (Həvva  və  Adəmin  günaha 
batması)  mühüm  epizodunun  başlanğıcı  idi.  Bitkilər  həmçinin 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 20 
 
partenogenez  adlanan  metodla  da  çoxalıb  artırlar.  Bu  cinsi 
çoxalma  formasıdır.  Yumurtalıq  mayalanmadan  inkişaf  edir.  Bu 
çox  sayda  onurğasız  heyvanlara,  həmçinin  xeyli  toxumlu  və 
sporlu  bitkilərə  xas  olan  törəmə  xüsusiyyətidir.  Bitkinin  bir 
hissəsi düşür və yeni bitkiyə çevrilir. Yeni bitki köhnənin davamı 
kimi qəbul olunur, deməli ölmür. Heyvan dünyasının təkamülü və 
xarakterik  törəmə metodu tam fərqli olmaqla, onu ölümə aparır. 
Necə  ki,  aclıq  və  arzu,  həmçinin  qeyri-məmnunluğun  özü  də 
pozulma kimi, kədər və qorxu kimi hiss olunur.  
 
Həvvanı şirnikləndirən ilan olmuşdursa, bu ilan nədir ki, dünyanı 
arzu ilə qürrələndirdi, cuşə gətirdi. Çox sayda  adam  güman edir 
ki,  xristianlıq  yalnız  bir  Şeytanın  –  başqa  sözlə  İblis  və  ya 
Lutsifer  eyni  mahiyyətə  malikdir,  –  mövcudluğuna  razılıq  verir. 
İblis – Qaranlığın Sahibi materializmin nümayəndəsidir, yunan və 
Roma  mifologiyasında  Saturn  planeti  ilə  eyniləşdirilir.  Lutsifer- 
ilan  şirnikləndirməkə,  bəşəriyyəti  heyvan  arzusu  ilə  coşdururdu. 
Bibliyada  İblis  və  Lütsifer  eyni  varlıqlar  deyillər,  “İsayya” 
kitabında yazılır ki, “Ey Lutsifer, sübhün oğlu, sən göydən necə 
düşdün”.  Dan  ulduzu  isə,  əlbəttə  ki,  Venera  idi.  Ona  görə  də 
Bibliya  Lutsiferi  Venera  planeti  kimi  təqdim  edir.  Lutsiferin  və 
Veneranın  (qədim  yunan  mifologiyasında  Afrodita)  hər  ikisi 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 21 
 
heyvani arzu ilə bağlı idi. Alma hər ikisini xatırladan meyvə idi. 
Lutsifer  də  Həvvanı  alma  ilə  şirnikləndirdi,  Paris  isə  Veneranı 
alma  ilə  dəstəkləməklə,  Yelenanın  qaçırılmasına  və  qədim 
dünyada  Böyük  Müharibənin  (Troya  müharibəsinin)  baş 
verməsinə  yol  açdı.  Lutsifer  və  Venera  həmçinin  iki  mənalı 
şəxsiyyətlərdir. Lutsifer şərdir, ancaq zəruri olan şərdir. Lutsiferin 
müdaxiləsi  olmasaydı,  protobəşəriyyət  (birinci,  ilkin  bəşəriyyət) 
həyatın vegetativ (bitki) formasından uzağa inkişaf edə bilməzdi. 
Lutsiferin  tarixdəki  müdaxiləsi  nəticəsində  insanlar  canlandı. 
Belə  bir  düşüncədə,  biz  planetin  səthi  ilə  hərəkət  etməyə  qadir 
olduq, həm də başqa bir düşüncədə isə, biz arzu əsasında hərəkət 
etdik.  Heyvan  özü  haqqında  şüurlu  qaydada  agah  olmaya 
yiyələndi, belə bir xüsusiyyət isə bitkilərə məxsus deyildir. Belə 
deməyə əsas var ki, Adəm və Həvva “özlərinin çılpaq olduqlarını 
bildilər”  və  bu  o  mənanı  verir  ki,  onlar  bədənə  malik 
olmalarından  agah  olanlara  çevrildilər.  Bir  məsələni  də  qeyd 
etmək  lazımdır  ki,  bizə  qədim  dünyadan  Veneranın  çox  sayda 
gözəl  təmsilçiləri  gəlib  çatdı,  lakin  bunların  arasında  dəhşətli 
olanlar da var idi. Müqayisə olunmaz bir gözəlliyə malik olan bir 
qadın  barədəki  təxəyüllün  arxasında  həm  də  dəhşətli  ilan  qadın 
gizlənir. Müasir elm, yolu azmanın dünyaya necə gəlib çıxmasına 
bənzər  suallara  laqeydliklə  yanaşır.  Və  yaxud,  təxəyyül  və  ya 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə