Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə8/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 
25 
yerlərini  (bir-birinə  olan  nisbətlərini)  dəyişdirirlər.  Bu  növ  əzələ 
işinə  dinamik  iş  və  bu  işi  görən  əzələyə  dinamik  iş  görən  əzələ 
deyilir. 
Digər  qrup  əzələlər  yığılarkən  hərəkət  törədirlər.  Əldə 
etdikləri qüvvə müqavimətə bərabər gəlir; onlar orqanizmin ayrı-
ayrı  hissələrini  müəyyən  vəziyyətdə  saxlayırlar,  onlar  fiksasiya 
edirlər; bu növ əzələ işinə statik iş və bunu ifa edən əzələyə statik 
iş görən əzələ deyilir. 
Dinamik  iş  görən  əzələlər  vəzifə  ilə  əlaqədar  olaraq  quruluş 
cəhətcə  statik  iş  görən  əzələlərdən  ayrılırlar.  Dinamik  iş  görən 
əzələlərdə,  əzələvi  hissə  nisbətən  çox  inkişaf  edir.  Vətər  hissəsi 
hesabına  böyüyür,  əzələ  lifləri  uzun  olur,  bunun  nəticəsində 
törədiyi hərəkət qövsü böyük olur. 
Statik  iş  görən  əzələlərdə  birləşdirici  toxuma  elementləri 
yüksək  dərəcədə  inkişaf  edir,  vətərləri  uzun,  əzələ  qarıncığı  qısa 
və  bağlanan  sahəsi  böyük  olur.  Əzələ  uzun  müddət  yorulmadan 
gərgin halda qala bilir. 
Bu əzələlərin nəinki vəzifə və quruluşlarında fərq vardır, hətta 
damarlarının  şaxələnmə  tipləri  də  başqa  başqadır.  Dinamik 
əzələlərdə  damarlar  magistiral  tip  üsulu  ilə,  statik  əzələlərdə  isə 
səpkin tip üsulu ilə şaxələnir. 
İnsanda bir çox əzələlər qarışıq tipə aiddirlər, yəni onlar həm 
dinamik,  həm  statik  iş  görmə  qabiliyyətinə  malikdirlər.  Məsələn 
böyük  sarğı  əzələsi;  bunun  gördüyü  statik  iş  ayaq  üstə  durarkən 
çanağı  saxlamaqdan  ibarətdir,  dinamik  iş  isə  insan  tullanarkən 
ifadə olunur. 
 
Əzələnin forması, çəkisi, qidalanması, sinirlənməsi və işi. 
Əzələlərin  forması    və  bir-birinə  olan  nisbətləri  çox 
müxtəlifdir. Adətən uzun, enli və qısa əzələlər aid edilir. 
Uzun  əzələlər  əksərən  ətrafda  təsadüf  edilir  və  çox  vaxt  iyə 
bənzəyir. 
Enli  əzələlərə  gövdədə,  məsələn,  döşdə,  qarında  və  arxanın 
səthi qatlarında təsadüf edilir. 


 
26 
Uzun  əzələlərlə  enli  əzələlərin  vəzifə  cəhətcə  fərqi  bundadır 
ki,  uzun  əzələlər  bütünlüklə  yığıldığı  halda,  enli  əzələlər 
bütünlüklə  və  həmdə  hissə-hissə  yığıla  bilir.  Buna  görə  enli 
əzələlər çox müxtəlif hərəkət törətməyə qabildirlər. 
Qısa  əzələlərə  arxanın  dərin  qatlarında  fəqərələr  arasında 
təsadüf edilir. Bunların uzunluğu enindən bir o qədər artıq olunur. 
Yuxarıda göstərilən əsas formalardan başqa  əzələ liflərinin vətər 
liflərinə  olan  nisbəti  cəhətcə  bir  neçə  başqa  forma  əzələlər  aid 
edilir. 
1)  iyə  bənzər  əzələ  -  uzun  əzələlərdən  olub  qarıncığı  iyə 
bənzəyir  və  əzələ  lifləri  qarıncıq  boyu  bir-birinə  paralel  sürətdə 
düzülmüş olurlar; məsələn, biləyi bükən mil əzələ 
2)  Birlələkli  əzələlərin  əzələ  lifləri  bir-birinə  paralel 
düzülərək  vətərin  yalnız  bir  kənarına  bağlanırlar;  məsələn, 
yarımzarlı əzələ, barmaqları bükən üzün əzələ 
3)  İkilələkli  əzələ  -  vətər  ortada  olur  və  əzələ  lifləri  paralel 
düzülərək  hər  iki  tərəfdən  vətərə  yaxınlaşır.  Məsələn,  dalqamış 
əzələsi 
4)  Yelpicəbənzər  əzələ-lifləri  şüalar  kimi  müxtəlif  nöqtədən 
başalyıb, əzələnin digər ucunda bir yerə toplaşaraq uzun bir vətər 
əmələ gətirirlər. Məsələn, gicgah əzələsi. 
Yuxarıda göstərilən sadə formalı əzələlərdən başqa mürəkkəb 
formalı əzələlərə də təsadüf edilir. 
5) İki, üç və dörd başlı əzələlər – bu əzələlərin başları skiletin 
ayrı-ayrı hissələrindən və ya bir sümüyün müxtəlif nöqtələrindən 
başlayır.  Sonra  bir  yerə  toplaşıb  bir  vətər  vasitəsi  ilə  müəyyən 
nöqtəyə  bağlanır.  Məsələn  bazunun  iki  başlı  əzələsi,  baldırın  üç 
başlı əzələsi və budun död başlı əzələsi. 
6) Çox dəstəli əzələlər – bu zaman əzələ bir ümumi qarıncığa 
malik  olub  bağlanan  ucunda  bir  neçə  vətərə  keçir  və  bunların 
vasitəsi ilə müxtəlif nöqtələrə bağlanır. Məsələn, barmaqları açan 
ümumi əzələ. 
7) İkiqarıncıqlı əzələ - ikiqarıncığa malik olur, belə ki, bunlar 
bir-biri ilə ara vətər vasitəsi ilə birləşir. 


 
27 
8)  Bəzi  əzələlərin  qarıncığları  vətər  atmaları  –  adlanan  ara 
vətərlər  vasitəsi  ilə  bir  neçə  hissəyə  bölünür.  Bu  atmalar  qısa 
vətər liflərindən təşkil olaraq  əzələnin istinad səthini çoxaldırlar, 
beləliklə,  əzələnin  qüvvəsini  artırırlar.  Misal  olaraq  qarının  düz 
əzələsini göstərmək olar. 
9)  Dairəvi  əzələ  -  yaxud  büzücü  əzələ.  Təbii  dəliklərin  (göz 
yuvalarının,  ağız  və  anus  dəliklərinin  ətrafını  əhatə  edir.  Lifləri 
dairə şəklində olub, vətərlərə malik deyildir. 
Vətərlərin  formasıda  müxtəlif  olur.  Uzun  əzələlərin  vətərləri 
az-çox uzun və formaca silindirə bənzəyirlər. 
Enli əzələlərin vətərləri nazik və kafi dərəcədə möhkəm səhfə 
şəklində  olub  aponevroz  adlanırlar.  Qısa  əzələlərin  vətərləri  isə 
olduqca qısa olur. 
Əzələlərin  innervasiyası  (qidalanması)  əzələlərdə  gedən 
maddələr  mübadiləsi  sürətli  olmalıdır.  Odur  ki,  bunlar  qan 
damarları  ilə  zəngin  təchiz  olunurlar  (qidalanırlar),  çox  hallarda 
hər  bir  əzələ  neçə  arterial  şaxə  ilə  qidalanırlar,  bunlar  əzələyə 
müxtəlif bucaq altında içəri səth tərəfdən daxil olurlar. 
Əzələnin  vətər  hissəsi  əzələvi  hissəyə  nisbətən  zəif 
qidalanmış olur. 
Əzələ  və  vətərlərdə  linfa  damarları  azdır  və  bunlar  qan 
damarları ilə birlikdə gedirlər. 
Skelet  əzələləri  iki  növ  somatik  və  vegetativ  sinirlərlə  təchiz 
olunur (inervasiya edilir). 
Əzələni təchiz edən somatik sinirlərdə iki növ; hərəki və hissi 
olur.  Bu  sinirlərin  hamısını  adətən,  əzələyə  içəri  səth  tərəfdən 
daxil olurlar. 
Sinir  liflərinin  əzələyə  daxil  olan  yeri,  adətən  əzələ  lifinin 
ortası  yaxınlığında  olur.  Əzələ  liflərinin  uzunluğu  3,5  sm  artıq 
deyildir.  Eyni  liflərə  malikdirsə  o,  zaman  əzələyə  bir  sinir  daxil 
olacaqdır.  Əgər  əzələ  uzun  isə  məsələn  (dərzi  əzələsi  və  lifləri 
əzələnin bütün boyu uzunu getmirsə, o zaman həmən əzələyə bir 
neçə sinir daxil olacaqdır. 
Müxtəlif əzələlərdə şaxələnən sinir liflərinin miqdarı əzələnin 
vəzifəsi ilə düz mütanasibdir. Lesqaftın tədqiqatına görə nə qədər 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə