Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə7/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   2   3   4   5   6   7   8   9   10   ...   30

 
22 
qabiliyəti  kimi  xarakterizə  olunur.  Ağırlıqqadırmada  maksimal, 
nisbi  partlayış,  mütləq  sürət,  elastiklik,  dözümlülük,  statik  və 
dinamik qüvvə anlayışı vardır. 
Qüvvənin 
inkişaf  və  təzahürünü  şərtləndirən  əsas 
xüsusiyyətlər aşağıdakılardır: 
1)  Əzələ  fəaliyyətini  nizamlayan  fikir  impulslarının  gücü  və 
tezliyi; 
2) Əzələnin reaktivliyi və elastiklik xüsusiyyəti
3) Əzələnin en kəsiyi
4)əzələ liflərinin xüsusiyyəti; 
5) icra olunan hərəkərlərin və icra rejiminin səmərəliyi. 
Qüvvəni tərbiyə etmək üçün əsas 4 metoddan istifadə edilir: 
1) Maksimal səylər metodu
2) Dinamik səylər metodu
3) Təkrar səylər metodu
4) İzametrik səylər metodu. 
Maksimal  səylər  metodu  ilə  qüvvəni  inkişaf  etdirmək  üçün 
idmançının  ən  yüksək  nəticəsinin  90-95%  ilə,  yəni  yuxarı 
zonalarda  hərəkəti  bir-iki  dəfə,  3-4  yaxınlaşma  etməklə  icra 
edilir. Bu metodla mütləq qüvvə inkişaf etdirilir. 
Dinamik  səylər  metodu  ilə  qüvvəni  inkişaf  etdirmək  üçün, 
idmançının  ən  yüksək  nəticəsinin  20-30%  ilə  hərəkəti  maksimal 
sürətlə  10-12  dəfə  icra  etməklə  3-4  yanaşma  yerinə  yetirilir.  Bu 
zaman sürət-qüvvə inkişaf etdirilir. 
Təkrar  səylər  metodun  köməyi  ilə  qüvvəni  inkişaf  etdirmək 
üçün idmançının ən yüksək nəticəsinin 40-50% hərəkəti yorulana 
qədər icra etməklə yanaşmaların sayı isə 3-4 dəfə olmalıdır. 
Bu zaman idmançı qüvvə və dözümlülüyü inkişaf etdirir. 
İzometrik səylər metodu köməyi ilə qüvvəni inkişaf etdirmək 
üçün  bir  qrup  əzələni  6-8  saniyə  müddətində  gərginləşdirməklə, 
4-5  yanaşmadan  istifadə etmək  lazımdır.  Bu  zaman  statik  qüvvə 
inkişaf  etdirilir.  Misal  üçün  idmançı  Şveçiya  gimnastika 
divarından sallanmış vəziyyətdə qıclarını 90
0
-li bucaq saxlamaqla 
qarın əzələlərini 8-10 saniyə müddətində 5 kq ağırlığı saxlayırsa 
bir  müddətdən  sonra isə  idmançı  qeyd  olunan  statik  vəziyəti  12-


 
23 
14 saniyədən çox gərginləşmiş vəziyyətdə saxlamağı bacarırsa bu 
iş statik qüvvənin artmasını göstərir. 
Təkrar  səylər  metodunun  köməyi  ilə  qüvvənin  inkişaf 
etdirmək üçün idmançının rekord nəticəsinin 40-50% ilə hərəkəti 
yorulana  qədər  icra etməklə,  4-5  yanaşma  ilə  yerinə  yetirilir.  Bu 
hərəkətdə qüvvə-dözümlüyü inkişaf etdirir. 
Əgər idmançının rekord nəticəsi 60 kq olsa, onda idmançı 25-
30 kq çəki ilə ağırlığı baş üzərinə qaldırmaqla 3-4 yaxınlaşma ilə 
yerinə yetirir. Müəyyən bir zamandan sonra idmançı hərəkətlərin 
sayı  artdıqca,  qaldırılan  yükün  tonnajının  çoxalması  qüvvə-
dözümlülüyün artmasının göstəricisidir. 
Əzələ  sistemi  bəhsi  hərəkət  aparatının  aktiv  hissəsini  təşkil 
edir. Əzələnin yığılması sinir lifləri ilə nəql olunan impulusundan 
asılıdır. Hər bir əzələ hüceyrəsi müəyyən sinir lifi ilə rabitədədir. 
Əzələ toxuması 3 növdür: 
1) Saya əzələ toxuması 
2) Eninəzolaqlı (somatik) əzələ toxuması 
3) Ürək əzələ toxuması 
Saya  əzələ  toxuması  zəif  inkişaf  etmiş  toxumadır, 
onurğalılarda  yalnız  damarların  daxil  üzvlərin  divarlarında 
təsadüf edilir. 
Saya  əzələ  toxuması  qeyri-iradidir.  Yığılması  sinir  liflərinin 
impulsunun  (oyanmasının)  refleks  yolu  ilə  həmin  əzələyə 
verilməsi nəticəsində olur, lifləri çox qısa (22-50 mikrom) olur. 
Eninəzolaqlı  əzələ  toxuması  iradi  olub,  yığılması  sinir 
impulsunun  iradi  olaraq  meydana  çıxması  ilə  və  ya  refleks  yolu 
ilə olur. 
Boyun  lifləri  uzun  (16.0  sm-dək)  olur.  Eninəzolaqlı  əzələlər 
sürətlə hərəkət edən və qüvvə tələb olunan yerlərdə təsadüf edilir. 
Bunların  yığılması  nəticəsində  orqanizm  və  onun  ayrı-ayrı 
hissələri (baş, gövdə, ətraf) yerini dəyişərək hərəkət edilir. 
Əzələ müəyyən formaya, həcmə və vəzifəyə malik üzv olub, 
boş birləşdirici toxuma vasitəsi ilə birləşmiş bir çox eninəzolaqlı 
əzələ  liflərindən  təşkil  olunmuşdur.  Daxilində  qan  və  limfa 


 
24 
damarları  və  sinir  lifləri  vardır  və  ucları  vətər  –  adlanan 
törəmələrə keçir. 
Əzələnin  qalınlığı  əzələ  dəstələrinin  miqdarından  asılıdır. 
Bəzi  əzələlərin  əzələ  dəstələri  o,  qədər  qalın  olur  ki,  onları  adi 
gözlə görmək belə mümkün olur. Məsələn Böyük sarğı və deltaya 
bənzər əzələlər. 
Hər əzələdə iştirak edən əzələ liflərinin miqdarı  yüz minlərlə 
hesab olunur. 
Əzələ  lifləri  yığılma  qabiliyyəti  ilə  bərabər  elastiklik 
xassəsinədə  malikdir;  onlar  asanlıqla  gərginləşdikdən  sonra  ilk 
ölçülərinə  qayıda  bilirlər.  Əzələ  liflərinin  bu  xüsusiyyətinin  çox 
böyük  mexaniki  əhəmiyyəti  vardır.  Əzələ  elastiklik  xassəsinə 
malik olduğu üçün oynaq hansı vəziyyətdə olursa olsun o, gərgin 
halda  olur,  beləliklə  oynağın  fiksasiyasına  kömək  edir  və  eyni 
zamanda  onu  hərəkətə  gətirir.  Əzələ  elastikliyi  fiziki  xassəyə 
malik olduğu üçün meyitdə  də davam edir. Əzələ kəsilərkən bir-
birindən uzaqlaşır. 
Məlum  olduğu  üzrə  əzələ  yığılma  qabiliyyətinə  malikdir. 
Yığılma prosesi isə qıcıqlanmaya qarşı bir reaksiyadır. Beləliklə, 
əzələ  qıcıqlanarkən  yığılır,  onun  qarıncığı  (cismi)  qısalır  və 
qalınlaşır.  Bu  işin  nəticəsində  əzələnin  bağlanan  ucu  başlanan 
ucuna yaxınlaşır. Orqanizmin müəyyən hissəsi yerini dəyişir yəni 
hərəkət meydana çıxır. 
Əzələlərin fəaliyyəti üç halda ola bilər: 
 
1) Yığılmış hal 
 
2) Boşalmış hal 
 
3) Dartılmış hal 
Əzələ yığılmış halda olarkən başlanan və bağlanan uclar bir-
birinə yaxın olurlar. 
Əzələ  boşalmış  halda  olanda  başlanan  və  bağlanan  uclar 
yığılmış hala nisbətən uzaq olurlar. 
Əzələ dartılmış halda olarkən başlanan və bağlanan uclar bir-
birindən uzaq olurlar. 
Məlum  olduğu  üzrə  əksər  əzələlər  yığılarkən  nəticədə 
müəyyən  hərəkət  törədirlər,  orqanizmin  ayrı-ayrı  hisssələrinin 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə