22
qabiliyəti kimi xarakterizə olunur. Ağırlıqqadırmada maksimal,
nisbi partlayış, mütləq sürət, elastiklik, dözümlülük, statik və
dinamik qüvvə anlayışı vardır.
Qüvvənin
inkişaf və təzahürünü şərtləndirən əsas
xüsusiyyətlər aşağıdakılardır:
1) Əzələ fəaliyyətini nizamlayan fikir impulslarının gücü və
tezliyi;
2) Əzələnin reaktivliyi və elastiklik
xüsusiyyəti;
3)
Əzələnin en kəsiyi;
4)əzələ liflərinin xüsusiyyəti;
5) icra olunan hərəkərlərin və icra rejiminin səmərəliyi.
Qüvvəni tərbiyə etmək üçün əsas 4 metoddan istifadə edilir:
1)
Maksimal səylər metodu;
2)
Dinamik səylər metodu;
3)
Təkrar səylər metodu;
4) İzametrik səylər metodu.
Maksimal səylər metodu ilə qüvvəni inkişaf etdirmək üçün
idmançının ən yüksək nəticəsinin 90-95% ilə, yəni yuxarı
zonalarda hərəkəti bir-iki dəfə, 3-4 yaxınlaşma etməklə icra
edilir. Bu metodla mütləq qüvvə inkişaf etdirilir.
Dinamik səylər metodu ilə qüvvəni inkişaf etdirmək üçün,
idmançının ən yüksək nəticəsinin 20-30% ilə hərəkəti maksimal
sürətlə 10-12 dəfə icra etməklə 3-4 yanaşma yerinə yetirilir. Bu
zaman sürət-qüvvə inkişaf etdirilir.
Təkrar səylər metodun köməyi ilə qüvvəni inkişaf etdirmək
üçün idmançının ən yüksək nəticəsinin 40-50% hərəkəti yorulana
qədər icra etməklə yanaşmaların sayı isə 3-4 dəfə olmalıdır.
Bu zaman idmançı qüvvə və dözümlülüyü inkişaf etdirir.
İzometrik səylər metodu köməyi ilə qüvvəni inkişaf etdirmək
üçün bir qrup əzələni 6-8 saniyə müddətində gərginləşdirməklə,
4-5 yanaşmadan istifadə etmək lazımdır. Bu zaman statik qüvvə
inkişaf etdirilir. Misal üçün idmançı Şveçiya gimnastika
divarından sallanmış vəziyyətdə qıclarını 90
0
-li bucaq saxlamaqla
qarın əzələlərini 8-10 saniyə müddətində 5 kq ağırlığı saxlayırsa
bir müddətdən sonra isə idmançı qeyd olunan statik vəziyəti 12-