Akademik Yazi Üzr? B?l?dçi


İstinad etmə və sitat gətirmə6



Yüklə 407,02 Kb.
səhifə15/47
tarix28.11.2023
ölçüsü407,02 Kb.
#138579
növüXülasə
1   ...   11   12   13   14   15   16   17   18   ...   47
C fakepathAkademik yazi muh. Alava vasaitlar

İstinad etmə və sitat gətirmə6




Akademik mənbələri müəyyənlə dirmə


Akademik yazıda istifadə edəcəyiniz məlumat mənbələri, bir qayda olaraq, etibarlı mənbələr olmalıdır. Akademik mühitdə etibarlı mənbə dedikdə, adətən, nəşr edilmiş material başa düşülür. Bu material aşağıdakı formada ola bilər:



  • Kitablar




  • Jurnal məqalələri




Bu növ məlumatların faydası ondan ibarətdir ki, onlar sizi nəzəri ideyalar, mühüm qiymətləndirmələr, tədqiqat tapıntıları və elmi rəylər formasında ola biləcək yanaşmalarla, əsaslarla təmin edir. Eyni zamanda, bu elmi məlumatlar sizin qeyd etdiyiniz məqamları əsaslandırmağa kömək edir. Bəzən bu mənbələr iki kateqoriya üzrə qruplaşdırılır: birinci və ikinci dərəcəli mənbələr




Birinci dərəcəli (ilkin) mənbələrə tarixi sənədlər (məsələn, tarixə aid sənədlər, müsahibələrdən alınan məlumatlar), təcrübələrdən əldə edilən və emal edilməmiş məlumatlar və yaxud demoqrafik siyahılar kimi ictimaiyyətə açıq olan məlumatlar şamil edilir. İkinci dərəcəli mənbələr isə birinci mənbə məlumatlarına əsaslanır və onlar elmi jurnal məqaləsi və ya redaktə edilmiş kitabda bir bölmə formasında ictimaiyyətin istifadəsi üçün hazırlanır.

Birbaşa tədqiqat işinə cəlb edilmişsinizsə, birinci dərəcəli mənbələrdən, cəlb edilməmişsinizsə, deməli, ikinci dərəcəli mənbələrdən istifadə etmiş olacaqsınız.


Eyni zamanda, ikinci dərəcəli mənbələr ikinci dərəcəli sitatgətirmədən fərqlənir. İkinci dərəcəli sitatgətirmə ilkin mənbədən deyil, bir başqa mənbədən gətirilən sitata istinad etdikdə baş verir.


Aşağıdakı məlumat və dəlillər akademik mənbələr deyil:





    • Şəxsi fikirləriniz

    • Dostlar və ya qohumlarla bir mövzu üzrə aparılan müzakirənin nəticələri

    • Məşhur bir insanın düşüncələri

    • Məşhur gündəlik həyat jurnallarından məqalələr

    • Qəzetlərdəki köşə yazarlarının rəyləri (qəzet məqalələrindən fərqli olaraq)

6Bu bölmə Bowker, N. (2007).Academic Writing: A Guide to Tertiary Level Writing-dən götürülmüşdür.
Əlbəttə ki, elmi yazı işinizində bu materiallara əsaslana bilərsiniz, lakin xüsusi bir tələb olmadığı halda, onlardan əsaslı mənbələr kimi istifadə etməyin. Müvafiq akademik mənbələri müəyyənləşdirdikdən sonra növbəti mərhələ yazınızda bu mənbələrdən istifadə etməkdən ibarətdir.



Yüklə 407,02 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə