Akademik Yazi Üzr? B?l?dçi



Yüklə 407,02 Kb.
səhifə14/47
tarix28.11.2023
ölçüsü407,02 Kb.
#138579
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   ...   47
C fakepathAkademik yazi muh. Alava vasaitlar

Metodologiya


Metodologiyanız barədə yazarkən aşağıdakılara riayət etmək lazımdır:





  • Tədqiqat işinizi araşdırarkən və inkişaf etdirərkən hansı metodlardan istifadə etməyi planlaşdırdığınızı izah edin.

  • Təsviri yazı yanaşmasından istifadə edin. Məlumatı əldə etmək üçün hansı tədqiqat metodlarından istifadə etdiyiniz barədə söhbət açmağınız önəmlidir.

  • Sorğu kağızlarını, müsahibə stenoqramalarını və digər məlumatları bura daxil etməyin. Onları tədqiqat işinizin əlavəsinə daxil edəcəksiniz.

Nəticə


İstənilən yazı formasında nəticə mühüm hissədir. Çox vaxt qısaca nəticəyə baxmaqla, hər hansı yazı haqda yaxşı təsəvvür əldə etmək olar. Bununla belə,


nəticə yazmaq kifayət qədər çətin işdir, çünki söyləməyə maraqlı və ya faydalı bir söz tapmaq çox zaman müşkül olur. Nəticə cəlbedici və maraqlı olmalıdır. Nəticə akademik yazıların, adətən, iki funksiya daşıyan daha qısaldılmış variantlarıdır. Birinci funksiya - yazıda əhatə olunan əsas məqamları yekunlaşdırmaq və bir yerə toplamaq. Buna həm də “geriyə baxma” deyirlər; ikinci funksiya isə əsas hissədə qoyulan məsələ ilə bağlı son şərhləri və mühakimələri verməkdir. Son şərhlərə elmi işi təkmilləşdirmək üçün təkliflər etmək və gələcək istiqamətlərə fokuslanmaq daxil edilə bilər.

Elmi yazı işi və tədqiqat işlərində nəticə, adətən, daha mürəkkəb olur və buraya tapıntıların əhəmiyyəti və gələcək iş üçün tövsiyyələr daxildir. Elmi işin və ümumi nəticələrin müzakirə bölməsində əhatə olunduğu tədqiqat məqalələrində nəticənin olması istəyə bağlıdır. Bununla belə, dissertasiya kimi elmi işlərdə nəticənin olması gözləniləndir.




Nəticənin ənənəvi“elementləri” nələrdir?


Mətnin əsas hissəsinin xülasəsi.


Əsas hissəyə əsaslanaraq çıxarılan deduksiya.


Müzakirə edilən məsələlər üzrə sizin şəxsi mühakimələriniz. İşin məhdudiyyətləri barədə açıqlama.


Müzakirə edilən məsələlərin gələcək perspektivləri barədə şərh. Gələcək araşdırmalar üçün çıxarılan nəticələr.
Nəticənizi daha yaxşı yazmaq üçün sizə cümlələr təqdim etmişik. (Əlavə 2)

Yüklə 407,02 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə