Akademik Yazi Üzr? B?l?dçi



Yüklə 407,02 Kb.
səhifə13/47
tarix28.11.2023
ölçüsü407,02 Kb.
#138579
növüXülasə
1   ...   9   10   11   12   13   14   15   16   ...   47
C fakepathAkademik yazi muh. Alava vasaitlar

Axıcı ıq


Yaxşı paraqrafın başqa bir elementi axıcılıqdır (latınca coherence). “Cohere”sözü latın sözü olub "tutarlı olmaq" deməkdir. Yazıda axıcılıq üçün cümlələr bir-birilə əlaqəli olmalıdır; bu, o deməkdir ki, bir cümlədən digərinə keçid məntiqi və axıcı olmalıdır.Heç bir ani keçidlərə yol verilməməlidir.Hər bir cümlə növbəti cümləyə doğru rahatca axmalıdır.


Axıcılığı təmin etməyin dörd yolu vardır:





      1. Əsas isimləri təkrar edin.

      2. Ardıcıl olaraq əvəzliklərdən istifadə edin.

      3. İdeyaları əlaqələndirmək üçün keçid siqnallarından istifadə edin.

      4. İdeyalarınızı məntiqi ardıcıllıqda düzün.

Axıcılığı təmin etməyin ən asan yolu paraqrafınızda əsas isimlərdən vaxtaşırı istifadə etməyinizdir. Əvəzliklərdən istifadə edərkən, əmin olun ki, paraqrafınızda eyni şəxs və kəmiyyəti (tək, cəm) işlədirsiniz. Siz-dən o-ya (şəxsin dəyişdirilməsi) və ya o-dan onlar-a (kəmiyyətin dəyişdirilməsi) keçməyin.




Keçid siqna arı


Keçid siqnalları, məsələn, birincisi, nəhayət, nəticədə kimi ifadələr və ya bununla belə, digər tərəfdən, nəticəsi olaraq kimi söz birləşmələridirlər. Digər söz növləri - məsələn, subordinatorlar - asılı sözlər (andə-əndə, baxmayaraq ki) və koordinatorlar – bağlayıcı sözlər (və, lakin) keçid siqnalları hesab olunurlar.


Keçid siqnalları yol hərəkəti işarələri kimidir; onlar sizə nə zaman irəli gedəcəyinizi, dönəcəyinizi, sürəti azaldacağınızı və dayanacağınızı deyir. Başqa


sözlə desək, onlar sizin oxucunuza oxşar ideya (eynilə, və, üstəlik), zidd fikir (digər tərəfdən, lakin, əksinə olaraq), nümunə (məsələn, misal üçün), nəticə (buna görə də, nəticə olaraq) söylədiyinizi çatdırır.

Keçid siqnalları paraqrafa axıcılıq verir, çünki onlar sizin oxucunuzu bir ideyadan digərinə yönəldir.


Keçid siqnallarını işlətməkdən və əsas isim və əvəzlikləri təkrarlamaqdan əlavə, axıcılığı əldə etmənin dördüncü yolu cümlələrinizi müəyyən məntiqi ardıcıllıqla düzməkdir.


Hansısa bir məntiqi ardıcıllığı digərindən üstün tutmanız, əlbəttə ki, mövzunuzdan və məqsədinizdən asılı olacaq. Siz hətta bir paraqraf daxilində iki və daha çox müxtəlif məntiqi ardıcıllıqları birləşdirə bilərsiniz. Bu zaman unutmaq olmaz ki, ideyalarınızı Azərbaycan dilinin yazı üslubuna öyrəşmiş oxucuya uyğun olacaq müəyyən bir məntiqi ardıcıllıqda qurmalısınız.


Məntiqi ardıcıllığın bəzi ümumi növləri xronoloji ardıcıllıq, ideyaların məntiqi bölgüsü müqayisə/qarşılaşdırmadır.





  • Xronoloji ardıcıllıq zamana əsaslanır – bir prosesdə hadisələrin və ya addımların ardıcıllığı vacibdir.




  • İdeyaların məntiqi bölgüsündə, bir mövzu hissələrə bölünür və hər bir hissə ayrı-ayrılıqda müzakirə olunur.




  • Müqayisə/qarşılaşdırma - paraqrafda iki və daha çox obyekt arasındakı oxşarlıqlar və yaxud fərqlər müzakirə olunur.




Yüklə 407,02 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə