Akademik Yazi Üzr? B?l?dçi


Cümlənin quru u və formasını dəyi mək



Yüklə 407,02 Kb.
səhifə22/47
tarix28.11.2023
ölçüsü407,02 Kb.
#138579
növüXülasə
1   ...   18   19   20   21   22   23   24   25   ...   47
C fakepathAkademik yazi muh. Alava vasaitlar

Cümlənin quru u və formasını dəyi mək


Akademik söz bazanızı möhkəmləndirməkdən savayı, müəllifin versiyası ilə sizin versiyanız arasında fərq yaratmağın digər yolu isə məlumatı təqdim etmə strukturunu dəyişmək ola bilər.


Aşağıdakı strategiyalar cümlə strukturlarını dəyişməyin müxtəlif metodlarını müəyyənləşdirir.



  1. Müəllifə istinad edərək, məlumatı yenidən ifadə edin. Misal: Əliyarlı (1992) vurğulayır ki...

Əliyarlıya görə (1992); Əliyarlının da vurğuladığı kimi (1992).



  1. Cümlənin əvvəlində, ortasında və ya sonunda müəllifi göstərin. Nümunə: İsmayıllının (1990) müəyyənləşdirdiyi kimi, sosial dinamikaya bunlar daxildir; Sosial dinamikaya İsmayıllının (1990) müəyyənləşdirdiyi kimi, ... daxildir; Sosial dinamikaya bunlar daxildir: ... (İsmayıllı, 1990).




  1. Aşağıdakı cümləyə başlamaq üçün istifadə edilən ifadələrlə ideyanı yenidən formalaşdırmağa çalışın:

Bu konsepsiya … haqqındadır.


Bu ideya … mövzusunda qurulmuşdur.
Bu mövzu … fokuslanmışdır, işıqlandırmışdır. Bu, o deməkdir ki…
Bu, ondan ibarətdir ki Bu, onu ehtiva edir ki… Bu fikirdəki ana xətt..
Bu fikri vurğulayan əsas məqam… Bu, … xidmət edir.
Bu, … fəaliyyətinə xidmət edir.

  1. Hadisələrin və ya bəndlərin ardıcıllığını, sırasını dəyişin.




  1. İdeyaları fərqli yollarla demək üçün tezarusun – sinonimlərin köməyindən istifadə edə bilərsiniz.




  1. Cümləyə başlamaq, eləcə də, eyni bir cümlə daxilində fərqli fikirləri bir- birilə əlaqələndirmək üçün müxtəlif bağlayıcı sözlər və frazalardan istifadə edin. Aşağıdakı nümunələrə nəzər salın.




Spesifiklik




Xüsusilə

Əlaqədar olaraq

Baxımından

Özəlliklə

... gəldikdə isə

Məsələsində isə

Daha dəqiq desək







Yüklə 407,02 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə