Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə46/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   42   43   44   45   46   47   48   49   ...   75

çıxarılanların günahı da ancaq türk olmalarıdır. Ziyalılarımız, sərhəd boyu
yaşayanlarımız, din xa​dimləri, milli hökuməti quranlar, onların övladları... Kim
bunların hamısını düşmən saya bilər? Onların hamısı bəraət alıb, həm də indi yox,
illər öncə!
– Varmı bəraət kağızın?
– Nə kağız, xanım, sürülən babam olub, bəraəti də o alıb. Mən normal Sovet
vətəndaşıyam! Sizin kimi! Heç bir fərqimiz yoxdur!
Bu sözlə elə bil qadına od qoydu:
– Necə yəni mənim kimi, bəlkə mənə bir dərs də de​yəsən?
Qadın donquldana-donquldana onun sənədlərini götürdü, ancaq qabiliyyət
imtahanında yolu kəsildi. Nə özü ilə gətirdiyi şəkillərə, nə yoxlama zamanı
çəkdiyi natürmorta ciddi yanaşıldı.
Geriyə qayıda bilməzdi, yaxşı ki, rəssamlığın qabiliyyət imtahanı iyun ayının
ortalarında, başqa ali məktəblərin imtahanlarından xeyli əvvəl olmuşdu.
Sənədlərini götürüb tərəddüd edə-edə Bakı Dövlət Universitetinə verdi və heç bir
çətinlik çəkmədən tarix fakültəsinə qəbul olundu.
Düzünə qalanda, daha ali məktəbə girib-gir​mə​məyi vecinə deyildi, öz yerini
tapmışdı, ana dilində danışan nəhəng bir şəhər, küçələrində boş-boşuna veyillənsə
belə, gözündə ən böyük məktəb idi. Universitetin qarşısında, Akademiya bağında
səhərdən-axşama mübahisə edən gənclər onun gözləntisinin üstündə idi.
Qazaxıstan çöllərində də türklərin arasında yaşamışdı, di gəl, orda bir məhkumluq
xofu vardı. Bu heç bir var-dovlətlə, xoş yaşayışla, toy-düyünlə, yeyib-içməklə
unudulan ovqat deyil.
Öz uzaq qəsəbələrini Bakının azadlığı ilə tutuşduranda çaşıb qalırdı; sevinsin,
kədərlənsin, neylə​sin? Əlbəttə, daha çox sevinir, həm də lap ürəkdən sevinir, eyni
zamanda, içini qüssə bürüyür; səbəbi sadədir, sabahdan-axşama deyib-gülən,
işləyən, im​​tahan verən, mübahisələrdən yorulmayan, dünyanın o başındakı bir
futbol yarışını yarım gün dartışmağa hazır olan, tanınan müğənnilərin nə yeyib-
içdiklərinə, nə geydiklərinə qədər bütün həyat təfərrüatlarını bilən tay-tuşlarının o
sürgün həyatı, daha doğrusu, orda gözüyolda yaşayan, uzaqdan-uzağa vətənlə nəfəs
alan on minlərlə insan haqqında heç bir bilgisi yoxdur. Hamı bir-biri ilə
maraqlanır: hansı fakültəyə girmək istəyirsən, hansı məktəbi bitirmisən? Onun
Qazaxıstandan gəlməsinə təəccüblənirlər: “Orta məktəbi orda bitirmisən?”,
“Qohumlarınız var orda?”, “Azərbaycanlı çoxdur?”
Bəli, gənclər orda öz soylarından olan insanların varlığını bilmirlər. Bunu
bilmirlərsə, onların talelərini, nə çəkdiklərini, öz həyatlarını ölümün cəngindən
alıb davam etdirdiklərini hardan biləcəklər?


Sözün açığını desək, Bakıya düşəndən sonra babasının vəsiy​yətini də, kökünün
bağlı olduğu yerləri də, qonşuların verdiyi sifarişləri də unutmuşdu, imtahanları
verib qurtaranadək bu barə​də düşünmək istəmirdi, bu qayğıları sonrakı günlərə
saxlamışdı.
İmtahan verən kimi teleqram vurub atasını muştuluqladı. Əsas Azərbaycanda
oxumaqdır, sonra qalan işlərlə məşğul olmağa gen-bol vaxt olacaq.
İstər-istəməz, tanış adlara, tanış sözlərə daha həs​​sas yanaşmalı olursan.
Ətrafdakıların “hansı rayondansan” sual-cavabında bir sözə diksindi. Cavab
verən gənc deyəsən yanındakı dostlarının da əvəzinə Muradın böyüklərinin
doğulub-yaşadığı rayonun adını çəkmişdi. “Bizim də əslimiz ordandır”, – deyə
söhbətə qarışmışdı. “Bəs “Qazaxıstandan gəlmişəm!” deyirdin?” Şahin adlı oğlan
sual dolu baxışlarını ona zillədi. “Nə olsun? Qazaxıstanda doğulmuşam, ancaq
babam sizin yerdəndir! Ordan gedib, daha doğrusu, ordan yola salıblar”, – dedi.
Şahin ayıq oğlandı, söhbətin kimlərdən getdiyini anladı. “Belə de! Bəlkə də elə
bizim kənddən sürülənlərdənsiniz? Bizimkiləri də didərgin salıblar; indi-indi tək-
tək qayıdanlar var”.
“İcazə verillər?”
“Hə, daha maneçilik yoxdur, ancaq qayıdan azdır”.
Hələ heç universitetə girməmiş yerliləri ilə tanış olması da Allahın işiydi. Bir
neçə gün sonra yeni tanışları onu oteldən çıxarıb öz yanlarına, kirayə qaldıqları
mənzilə apardılar. Tibb Universitetinin arxasında Samsun adlı bir erməninin
həyətinə. Geniş bir otaqdır, qabağında balaca mətbəxi var. Həyətin ortasında su
gecə-gündüz açıqdır, şırhaşırla axır və Muradı təəccübləndirir. Bu ev sahibi demir
ki, su heyifdir. Hamam, ayaqyolu ümumidir, ancaq onsuz da bura gecədən-gecəyə,
yatmağa gəlirlər. Ayın axırında bəlli oldu ki, Şahin jurnalistikaya, o biri iki dostu
hüquq fakültəsinə giriblər, ancaq söz yox, hamıdan çox onun qəbul olunmasına
sevinirlər.
Elə həmin günlərdə birdən Şahin gülə-gülə onu qucaqladı:
– Dost, atam sizin nəsli yaxşı tanıyırmış, hətta evinizin yerini də xatırlayır, çox
təkid edir ki, rayona gedəndə səni də özümlə aparım.
Murada bundan böyük bəxşeyiş ola bilməzdi, ancaq öncə qonşularının ismarıcını
yerinə yetirməli, sonra Qazaxıstana gedib pasport, qeydiyyat işlərini sahmana
salmalı və bu dəfə uzun müddətə, bəlkə də həmişəlik Vətənə gəlməli idi.
***
Ata-anasının yanına böyük həyəcanla qayıtdı. Tilsim qırılmışdı. Kəndin ali
təhsilliləri çox olsa da, Muradın Bakıda oxuyacağı ayrı bir əhvalatdı, Vətənlə


araya yeni körpü salınırdı. Əlican kişi ondan heç nə soruşmadı, oğlu imtahandan
çıxan kimi Qazaxıstana gəlib, köhnə yurdlarına getsəydi, özü deyərdi. Beləcə ikisi
üçün də son dərəcə maraqlı olan və sanki ailələrinin taleyinə yeni bir qapı açacaq
mövzuya toxunmadılar. Murad hazırlaşıb avqustun axırlarında, artıq tələbə kimi,
Bakıya qayıtdı.
Dərslər ağır, müəllimlər əzazil, bircə dərs də buraxa bilməzsən. “Birinci kursda
bünövrə yaxşı qoyulmadısa, sonrakı kurslara gəlməsəz də olar, nə qədər oxusaz
da, heç nə anlamayacaqsız” – deyə onları qorxudurlar. Rus bölməsində oxusa da,
müəl​limlərin çoxu azərbaycanlıdır və Qazaxıstandan gəldiyini biləndə
münasibətlər dəyişilirdi. Bu qayğıkeşliyin hansı köklərlə, hansı duyğularla bağlı
olduğunu dərk edəndə Murad kövrəlirdi. Tək-tək kənar müəllimlər də vardı,
azərbaycanlı soyadı eşidəndə elə bilirdin kimsə onun atasını söyür, əlbəttə, bunu
hiss edən və hətta dekanlığa şikayət etmək istəyən tələbələr də vardı. Murad
onları sakitləşdirirdi: “Müəllimlərimiz haqlıdır, demək istəyirlər ki, Azər​baycan
bölməsi ola-ola sizin burda nə işiniz var? Mənə baxmayın, qürbətdə başqa imkan
yox idi, amma sizi və valideynlərinizi anlaya bilmirəm. Öz mək​təblərimizdə niyə
oxutdurmayıblar sizi?”
Söz yox ki, onun bu atmacalarına fikir vermirdilər, versələr də nəyi dəyişəcəklər?
O illərdə dil məsələsi ali məktəb tələbələrinin əsas müzakirə və hətta millətin
ölüm-dirim məsələsi qədər zəruri sayılan mövzulardandı. Bəzi ali mək​təblərin rus
bölmələrində oxuyan erməni, rus tələ​bələrin həyasızlığı haqqında söhbətlər tələbə
auditoriyasına alov kimi düşürdü: “Bəy dediyin nədir, bəyənmədiyin nə? Mənim
ölkəmdə yaşayıb mil​lətimə, dilimə, tariximə üstdən aşağı baxmaq haqqını – haqq
yox, şərəfsizliyini – kim verib sizə? Gəmidə oturub gəmiçi ilə dalaşmaq cəsarətini
hardan tapmısınız?”
Bir neçə il əvvəl institutların birində tələbələrin fikir vermə​yəcəyinə arxayın olub
institut qəzetində “brəza” dili haqqında yazıların verilməsi, cavanları gecdən gec
qəzəbləndirmişdi. Gör necə arın-arxayın yaşayan, sinəmdə at oynadan düşməndir
ki, “azərb” sözünü bu cür təhqir edə bilir, camaatı heçə sayır.
Murad belə mübahisələrə qarışmır, qarışanda da qəzeti o şəkildə buraxanları
qınamırdı: Dilinin qədrini bil! Kim öz adının belə ixtisar formasına dözər –
Azərb. Bu sözün kökü Azərdir, sən də Azər yaz, yoxsa Azərb. nə deməkdir. Əvvəl
özün-özünə, dilinə, torpağına hörmət bəslə ki, qarşındakılar da sənə baxsınlar.
Yataqxanada yer almışdı. Yanvar imtahanlarına qədər vaxt göz qırpımında keçdi;
Yenigündən sonra Bakı həyatı onu qoynuna elə aldı ki, heç özünə gəlib ata yurdu
haqqında düşünməyə imkanı qalmadı. Ancaq universitet, özəlliklə də yataqxana
həyatı elə bir güzgüdür ki, təkcə ölkədə yox, bütün dünyada baş verənləri izlədir.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə