Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə50/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   46   47   48   49   50   51   52   53   ...   75

Süfrənin başında oturmuş, quzu dərisindən yumru papaq qoymuş 65-70 yaşlı, tunc
kimi qaralmış sifəti olan kişi Şahindən, “yanındakı kimdir, bacı oğlu”, – deyə
soruşdu.
Şahin:
– Bizlərdəndir, ancaq uzaqdan gəlib, – dedi.
– Hardan?
Şahinin baxışları Murada çevrildi, yəni özün cavab ver, sənin dilmancın deyiləm
ki...
Murad:
– Qazaxıstana sürgün edilənlərdənəm, – dedi.
Kişinin gözü yol çəkdi:
– Hə, bildim. Onlar bizdən əvvəl gediblər. 1938-də. Kimlər​dənsən?
– Tanımazsınız.
– Niyə tanımırıq, ay bala, hansı kənddənsiniz?
– Elə bu kənddən!
Kişinin səsi yüksəldi:
– Olmaya Sultanəlinin nəvələrindənsən? Onlara oxşayırsan.
Murad çaşdı və sevindi.
– Onun nəvəsiyəm, Əlicanın oğlu.
Kişi yerindən sıçradı və Muradı qucaqladı:
– Ay xoş gəlibsən! Əmimin əziz nəvəsi! Gözümün işığı!
Kişinin onu qucaqlamış güclü bədəni əsdi və gözünün yaşını saxlaya bilmədi.
Süfrədən qalxan adamlar onları əhatəyə almasa, Muradı buraxmazdı.
Tək-tək Muradı qucaqlayıb görüşdülər, zorla ikisini də süfrəyə dartdılar. Bunlar
50-ci illərin əv​vəllərində köçürülənlərdəndi. Həm də Qazaxıstana yox, Şirvana.
“Bunlara nə var ki! Allahın xoşbəxtidirlər! – deyə düşündü. – Kaş bizim də belə,
ara-sıra qayıdıb buraları görmək fürsətimiz olaydı”.
Sorğu-sual, söhbət uzandı, sonra Şirvana qonaq ge​də​cək​ləri​nə söz verib
ayrıldılar.
Bünyatalı kişinin ailəsi ilə bu görüş onun üçün babasının dəftərini tapmaq kimi bir
iş idi.
Qarşıda nə olacaq, vətənində necə üzlər görəcək, bu barədə düşünmək istəmir;
çünki xoşbəxtdir, evsiz-eşiksiz, səliqəsiz yataqxana otağı, ancaq hətta bunun özü
olmasa belə, küçələrdə yatsa, ac-susuz qalsa, yenə rahatdır. Doğma dildə danışır,
doğma üzlər görür, sanki bir Cənnət planetinə düşüb. Bura gəldiyi yolla bütün
ailəsini dartıb gətirəcəkdi...


BAKININ AĞIR GÜNLƏRİ
Kursdan-kursa keçdikcə Muradın yükü yün​gülləşdi və şəhərin gur həyatına
qarışmaq imkanı artdı, fikirləri duruldu, gələcək həyatını onların öz taleyini
yaşayan insanlara həsr etmək arzusu möhkəmləndi, repressiya qurbanları ilə bağlı
görülən işlər getdikcə daha çox maraqlandırmağa başladı onu.
Bakı yavaş-yavaş qaynayırdı. Tələbə mühiti, iştirakçısı olduğu görüşlər, hətta
küçə-bazar söhbətləri – Milli şüurun yeni intibahından xəbər verirdi. Xalq
oyanmışdı, Moskvadan və Baltik respublikalarından sonra yenidənqurma və söz
azadlığı havası cənuba doğru enməkdə idi.
Universitetdəki görüşdən sonra hüquq fakül​təsinin yuxarı kurs tələbələri ilə tanış
olmuşdular. Düzünə qalsa onların hər biri bir inqilabçı, və​tən fədaisi idi.
Ağızlarından od püskürürdü. “Rusiya işğalına son qoyulmalıdır!” “Azərbaycan
bir​ləş​məlidir!” “Niyə Stalin Ukraynaya, Belarusiyaya bir​ləşmək imkanı verdi,
Azərbaycana vermədi?”, ”Niyə Güney Azərbaycanı qanında boğub Pişəvərini
qətlə yetirdilər.” “Biz Turandan çıxmışıq, Turanı qur​malıyıq”.
Bu söhbətlərin alternativi kimi Türk-Slavyan qohumluğu, bunun əhəmiyyəti,
Avrasiya ideyası ilə bağlı Moskvada nəşr edilən kitabların müzakirələri də
eşidilirdi .
Belə mübahisəli məclislərin birində Rahim onu Altay Qızılbaşın hüquq
fakültəsində oxuyan qardaşı Əli ilə tanış eləmişdi. Əli dostlarının danışığından
qiyabən tanıyırmış onu. Girişsiz-filansız həyəcanla danışırdı:
– Murad, bilirsən nə olacaq? Ürəyimizin başından keçən tikanlı məftil ayıbının,
sərhəd dəm-dəsgahının bir gün yerli-dibli silindiyini təsəvvür elə, elə bil dağları
zəncirdən açıb buraxırsan. Torpağın sinəsini param-parça edən ikiyüzillik yara
sağalır. Adamların qəddi düzəlir, nəfəsi açılır. Sürülər yaylaqlar boyu yayılır.
Atlar qanad açır. Tezdən kənddən çıx, atını, maşınını sür Ərdəbilə, bazarlığını elə,
günortaya geri dön. Bir əlimiz Təbrizdə, bir əlimiz Bakıda. Gör xaraba qalmış
kəndlərimiz qısa müddətdə necə çiçəklənər!
– Sən lap nağdlaşdırmısan!
– Görmürsən, dünya necə sürətlə dəyişilir. Dörd-beş il əvvəl SSRİ-də
respublikaların müstəqillikdən, azadlıqdan danışmasını kim ağlına gətirə bilərdi.
Murad duruxdu:
– Bunun düşər-düşməzi olmasa yaxşıdır. Almatının Bakıda təkrar olunacağından
qorxuram.


Əli nikbin idi:
– İnşallah, o faciə təkrar olunmaz. Bunların hazır ssenariləri çoxdur. Allah bilir,
bəxtimizə hansı düşəcək. XII Qızıl ordu hardan gələcək.
Murad :
– XII Qızıl ordu çoxdan burdadır.
Əli güldü:
– Burdakıları əhliləşdirmişik. Yeni işğal yeni vəh​​şilərin əli ilə həyata keçirilir.
Vidalaşarkən Murad yeni tanışının qolundan tutub:
– Bir xahişim var, – dedi. – Mənə qardaşının kitabını gətir. Əldən-ələ ötürürlər,
mənə oxumaq növbəsi çatmır.
Əli gülə-gülə dedi:
– Elə bilirsən məndə qalıb? Amma sənin xətrinə özündən alaram.
Dediyi kimi sabahı gün kitabı gətirdi. Və Murad Bakıda havanın dəyişilməsinin
bir səbəbini də anladı.
***
Yox, Bakıya rus katib göndərmədilər. Bura bir təcrübəli, vicdanlı, işini sevən,
yerli xalqa sayğıyla yanaşan, ədalətli rus göndərsəydilər nə vardı ki!.. Bakının öz
rusbaşlıları Moskva məmurlarından yüz dəfə ruspərəst və mərkəzin ayağın
yalayanlardır. Bakının üstünə öncə Dağlıq Qarabağı qaldırdılar. Murad anladı ki,
onun əsl universiteti və yazmalı olduğu tarix indi başlanır.
Xoşbəxtlikdən universitetin rektoru zamanın axarını duyan adamdı. Meydanlara
tələbə axınının qarşısını ala bilməyəcəyini görəndə özü də onlara qoşulmuşdu,
onlarla bərabər tonqal başında oturur və bu yolla tələbələrini qoruyurdu.
Universitet hərəkatın əsas qüvvələrindən biri olsa da tələbələrin həbsə atılmasına
imkan vermir, başqa ali məktəblərdə olduğu kimi, fəalları universitetdən
qovmurdu. Mitinqlər qurtaran kimi dərslər ciddi qrafiklə davam etdirilirdi.
Universiteti ondan bir il tez qurtaran Şahin Altay Qızılbaşın buraxdığı
“Azərbaycan” qəzetində işə düzəlmişdi.
Bir dəfə Şahinin yanına gedəndə dəhlizdə baş redaktorla üz-üzə gəldi.
Şahin tez-tələsik onu təqdim etdi:
– Qazaxıstanda yaşayanlardandır. Siz onların kən​dində olmusuz.
– Hansı kənddə?
– “Yeni gün”də – bu dəfə Murad özü cavab verdi.
Altay bəy duruxdu və sonra:
– Yadımdadır, – dedi. – Bişkekdən gəlmişdim. Gözəl kənddir. Məktəbdə
görüşümüz olmuşdu. Bir evdə çörək kəsmişdik – Əlican kişinin evində.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə