Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə53/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   49   50   51   52   53   54   55   56   ...   75

Lətifəyə düşübmüş. Sonra deyəsən xəlvətcə rayon rəhbərlərini elçi də salıbmış.
Ancaq Mirheydər tərs adamdır, “bizi hökumətin düşməni sayıb qızımıza elçi düşə
bilməzlər”, deyə Lətifəni vermir. Ağlımıza gəlməzdi ki, belə yekə vəzifə sahibi
olan uşaq kimi gəlib bulaq başından qız qaçırtdıra bilər. Nə isə, başqa qızların
gözünün qabağında uşağı maşına basıb aparmışdılar. Sən demə, qıza doğrudan da
vurulubmuş. Ağıllı adamdır. Şəhərdə hardan tapacaqdı Lətifə kimi bir su
sonasını? Üstəlik tərbiyəsinə də söz ola bilməzdi. Sonra eşitdik ki, ağıllı-başlı toy
edib evlənib onunla. Ancaq bu qohumluqdan sonra da əl çəkmədi bizim
camaatdan... Hey qaçaq peşindəydilər, casus axtarırdılar, düşmən gəzir, xəzinə
tapmaq üçün dağ-daşda ağlımıza gəlməyən yerləri uçurub dağıdırdılar. Daha dağa-
daşa da şübhəynən baxırdıq.
Gələnin çoxu birinci mənim qapımı döyür, “ağsaqqal sənsən, hamı sənin ağzına
baxır, səni eşidir” – deyirlər. Din xadimliyi və ya alimlik bir yana, məscidə
getmək, ibadət eləmək, əlinə Quran almaq, oruc-namaz... hamısı qadağandır.
Gecələr dodağımızı tərpədib dua oxumuruq ki, kənardan görüb xəbər verən
olmasın.
Bu dəfə gələn NKVD sədri Sevoyan qaçaq-quldurdan yox, birbaşa imanımızdan
söz açdı. “Allahsızlar cəmiyyəti”nin böyüklərindənmiş sən demə... Allah, sən özün
keç günahımızdan. Allahsız deməyə necə dilləri gəlir bunların? Bunlar kimdir ki,
o boyda Yaradanı inkar edirlər? Özləri bir dənə qarışqa yaratsın, sonra bu boyda
məxluqatın yaradıcısına şübhəynən baxsınlar. Neçə-neçə din, yüzlərlə Allah
rəsulu, minlərlə nəbi... hamısı yalan oldu? Kitabxanalar dolusu kitablar yazıldı
Allahın şəninə! İnsan özünü Allahda tapdı, ona bel bağladı, onunla böyüdü, onunla
şərəfləndi, onun sevgisiylə, gecə-gündüz bilmədən, şərə, haqsızlığa qarşı
vuruşdu... Bunlar hamısı yalanmış, qarşımda oturan bu ...torbası doğru! Ancaq
çarəmiz nədir? Hələ ki, fürsət bunların əlindədir. Nədən başlayacaq, nə
deyəcəklər, hamısı məlumdur... Belələrini az görməmişik! Çox gəliblər. Rus,
erməni, cuhud... Hansı gavur qaldı qapımızı döyməsin. Xüsusən bu cuhudlarnan
ermənilər dilimizdə elə danışırlar ki, məəttəl qalırsan. NKVD-nin sədri Sevoyan
isə millətin qanını içməyə hazırdır.
Milisi, söz gətirənləri azlıq edirmiş, ürəyi dincəl​mir, arada arvad paltarı geyinib
qadın məclislərinə də gedirmiş. Mən əhəmiyyət vermirəm. Nə fərqi? Erməni,
türk? Elə türk, müsəlman var ki, rusun atasına rəhmət oxutdurur. Ancaq bu
erməninin elədiyini şeytan da eləməz!
Bizdən əvvəl gedənlərdən artıq deyilik ki! Allah bizə də bu taleyi yazıb.
Aramızda deyişməyə bənzər bir söhbət oldu. Yazdıqlarım yadımda qalanlardır.
Qonaq:


– Deyirlər, sən bu tərəflərin ən böyük din ali​misən.
Mən:
– Əstəğfürullah, kimin böyük, kimin kiçik oldu​​ğunu biz bilmərik, üləmalar bilər.
Ancaq mən sovetlərdən əvvəl dini təhsil almışam, Ərdəbildə, Nəcəfdə... Çar
hökuməti vaxtı mədrəsələrdə oxumaq qadağan deyildi...
Qonaq:
– Həsrətini çəkirsən çar hökumətinin?
Mən:
– Həsrətini çəkməli nəyi vardı ki? Məktəb yox, mədrəsə yox! Mindəbir mənim
kimisinə qismət olurdu ora-bura gedib oxumaq. İndi Allaha şükür, məktəbimiz var.
Hətta yaşlılar da axşamlar yığışıb savad alırlar.
Qonaq:
– Bu ətraflarda çoxdur sənin kimi dini təhsillilər?
Mən:
– Camaat ehtiyac içindəydi. Oxumaq yada düşmürdü.
Qonaq:
– Əlaqələriniz qalır təhsil aldığınız yerlərlə?
Mən:
– Nə əlaqəm olacaq?
Qonaq:
– Hər halda, gedib-gələnlər var.
Mən:
– Sovet hökumətinin ilk illərinə baxma, hərc-mərclik bitmə​mişdi. Aşkarlıq
deyilən o illərdə sər​həd açıqdı.
Qonaq:
– Peşmansan sərhədlərin bağlanmasına?
Mən:
– Doğrusunu desəm, sərhədlərin bağlanması bizim dağ əha​lisinin əlini-qolunu
bağladı, camaatın çörəyi kəsildi. Çünki xeyir-şərimiz, alış-verişimiz oraylaydı.
Ancaq peşmançılığa sə​bəb yoxdur! İndi heyvan-qaranı arxayınçılıqla örüşə
buraxırıq. O illərdə harda rastlarına çıxsa, dəstələyib aparırdılar.
Qonaq:
– Qohumların çoxdur orda?
Mən:
– Hesablamamışam. Əlaqə üzülüb. Yalan deyə bilmərəm, vaxtilə qohum da vardı,
dost da...
Qonaq:


– Orayla əlaqənin cinayət olduğunu bilirsən yəqin?
Mən:
– Bilirəm. Mən əlaqədən danışmıram. Qohum-əqrəbadan danışıram. Yoxdur
desəm, inanarsan? Ailələr var ki, yarısı orda, yarısı burda qalıb.
Qonaq:
– Proletariatın dahi rəhbəri Lenin sosialist inqilabını ona görə eləmədi ki,
kommunizm qurucularının bir gözü şahlıq rejimində olsun. Bu bizim ideologiyaya
ziddir.
Bu sözləri deyə-deyə bayaq evimə girəndə başqa adamlardan seçilməyən
Sevoyanın paltarının rəngi dəyişilirdi, indi onun bütün paltarı dəmir rəngi alır və
dəmirə çevrilirdi. Mənə elə gəlirdi, bu paltarın içindəki də canlı deyil, danışmağı
bacaran bir maşındır. Bayaqdan onun nə qalife şalvarına və onun üstündən bərk-
bərk çəkilmiş ulduzlu kəmərinə, nə çiynindəki paqonuna, nə kəmərindən sallanan
tapançasına fikir vermişdim. Qonaq-qonaqdır, kimliyinin nə dəxli var? Ancaq
gözüm görə-görə qonağın üzünün şüşələnməsi və səsinin dəyişməsindən səhv
elədiyimi anladım. Daha sözümü dəyişə bilməzdim:
– Sovet hökuməti orda yaşayanların bizim qo​hum-əqrəba olduğunu yaxşı bilir.
Özümüz ayrılmamışıq ki, müharibədə ayırıblar. Biz bu dövlətin vətəndaşıyıq.
Ancaq bacı-qardaşımızı da unuda bilmərik. Unutmalı deyilik. Məncə, heç sovet
hö​kumətinə də sərf eləməz. Ordakı qohumlarımız bu hökumətin təbliğatçısıdır.
Yoldaş Stalin özü də bunu çox yaxşı bilir.
Sevoyan bu söhbəti davam etdirmədi, qabağına qoyulan çayı qurtumladı və
mövzunu dəyişdirdi.
Biz sərhəddə, hökumət adamlarının dediyi kimi, ölkənin çox mühüm məntəqəsində
yaşadığımızdan və​zifə sahiblərinin bir ayağı burdadır və illər uzunu onların
xasiyyətinə bələd olmuşduq. Başa düşürdüm ki, sərhəddən, mənim o tayda
qohumumun olub-olmamasından başlasa da, bu adam hələ niyə gəldiyini açıb
deməyib, guya onu ciddi şəkildə narahat eləyən xırda məsələləri ortaya atmaqla,
ağzımızı arayır ki, başımıza yumruğunu vuranda deməyə sözümüz olmasın. Çay
süzülmüş piyaləni süfrəyə qoyub bumbuz gözlərini mənə zillədi.
– Deyirlər, Qaçaq Həsənlə sənin də dostluğun olub. İrana keçməzdən əvvəl bir
neçə gün qonağın olub.
Qəza mərkəzindən gələnlərdən bu ittihamları əvvəllər də eşitmişdim, bilirdim ki,
bu da bir qorxutmaq yoludur, əllərində ciddi bir əsas olsa, elə-belə ortaya söz
atmaqla dayanmazdılar. Buna görə də bu şübhəyə birdəfəlik son qoymalıydım.
Mən:
– Onu deyən səndən başqa, qələt eləyir, başını da divara döyür.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə