Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə56/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   52   53   54   55   56   57   58   59   ...   75



TALE ORTAQLARI
Muradın fikrincə repressiya qurbanları dər​nəyi də bir universitet idi. Burda ayrı
bir dünya vardı və təəssüf ki, öz sakit həyatını yaşayanların çoxu bundan
xəbərsizdi. Qazaxıstanda dinlədiklərinin davamını dərnəkdə eşidirdi. Bu söh​-
bətlər millətin yaxşısına da, pisinə də güzgü tuturdu və onu həyata başqa gözlə
baxmağa vadar edirdi.
Niyə biz dəyişildik, tarixin qurucularından olan mərd və qorxmaz millət hara
getdi?
Bəlkə bu qırğınlar elə o tarixi unutdurmaqdan yanaymış. Bura yığışanların
hərəsinin bir dərdi var. Biri babasının yeddi mərtəbəli mülkünün yanından keçib
hər gün ürək ağrısı ilə və həm də gizli bir qürurla bu binanı seyr edəndən sonra
çarəsizliklə fəhlə yataqxanasında gecələməyə gedirdi; biri bolşevik gədələrinin və
ermənilərin güllələtdirdiyi böyüklərinin evində, mülkündə indi o güllələnmə
hökmü verənlərin övladlarının yaşadığını görməyin onun üçün ölüm olduğunu,
amma ölmədiyini təkrar edə-edə, qıvrıla-qıvrıla yolun sonuna yaxınlaşırdı; biri
babasının İsveçrə banklarında yatan pullarını geri almaq yollarını düşünür,
beynəlxalq hüququn qəsdən varislik tarixini qısaltdığından şikayətlənirdi; biri
Bakıdakı baba mülklərinə iddia edənlərə haqq qazandırır və hesab edirdi ki, əldə
mülkiyyət şəhadətnaməsi və vərəsəlik kağızı varsa, bu mülklər hökmən
qaytarılmalıdır...
Şəhərdə həyat çay kimi gurultuyla axıb gedir, bəzən adama elə gəlir ki, camaat
1990-cı ilin qırğınını da, mü​haribəni və itirilən torpaqlarını da unudub, qaçqınlar
belə, hansı rayondan nə vaxt qovulduqlarının fərqində de​yillər. Dərnəyin
sızıltıları, qan-yaş dolu xatirələri ilə şəhərin toxluğu və hər şeylə barışması
qətiyyən uyuşmurdu.
Elə bil Muradın sözünə bənd imişlər. Milyonçu Nağıyev haqqında kitab yazmaq
üçün material toplayan qadın:
– Düz deyirsən, qardaş – dedi. – Kimsə kimsənin dərdini dinləmir. Gör bu şəhəri
quran kişiləri yada salan var? Təzə bir zümrə peyda olub – oliqarx. İçərişəhərə,
mərkəzdəki tarixi binalara, bizim dədələrimizin mülklərinə elə yiyələnirlər ki,
sanki öz əlləriylə tikiblər... Hamımız Sona xanım Tağıyevanın günündəyik. Sovet
hökuməti hər şeylərini, bütün mal-mülklərini alıb, heç olmasa, onmetrəlik bir
zirzəmi verməmişdi onlara.


***
Universiteti qurtaran kimi Ziyad bəyin təkidiylə aspiranturaya imtahan verib qəbul
olmuşdu. Elmi rəhbəri ilə mənbələri müəyyənləşdirmiş, elmi-nəzəri əsasları
bəlirləmişdilər. Qalırdı kitabxanadan çıxmadan oxumaq və yazmaq. Di gəl,
Bakının canlı həyatından qopmaq da çətindi. Uzaq Qazaxıstandakı kəndləri indi
ona sonsuz bozqırlarda dolaşan bir yalquzaq kimi kədərli və çarəsiz görünürdü.
Günlərini bütünlüklə udan tələbə həyatından sonra əl-qolu açılmışdı. İmkan düşən
kimi teatrlara qaçır, muzeylərə baş vururdu. Hələ günlərini bir ritmə, ahəngə sala
və özünə iş rejimi yarada bilmirdi. Bu gün də kitabxanaya gedərkən Nizamı
Gəncəvinin möhtəşəm heykəlinin yanında ayaq saxladı. Hər dəfə burdan keçərkən
dahi şairin önündə ayaq saxlar və abidəyə doyunca tamaşa edərdi. Bu heykəldə
antik dövr mədəniyyətini xatırladan bir güc və sehr vardı. Bir yandan da Şairə baş
əyirmiş kimi yerə baş qoyan bu şam ağacı... Burda sanki Abşeron üzümünə
çevrilib; o boyda gövdəsi tənək kimi əyilib və dahi Nizaminin ayaqlarına doğru
uzanıb. Vətən sevgisinin kökünü bu bağda daha yaxşı hiss edir. Sağda daşa
dönmüş tarix – İçəri Şəhərin sarsılmaz divarları, başqa bir dünyaya açılan Qoşa
Qala qapısı, öndə bu millətin hərəsi bir əsrdən boylanan böyük övladları... Dərd
və düşüncənin daşa dönmüş şəkilləri... Böyük söz ustalarının ürəyi qürurla
dolduran sırasına və binanın göz sevindirən kaşı fasadına, naxışlarına baxanda
birdən-birə indiyədək Ədəbiyyat Tarixi muzeyinə baş çəkmədiyinin xə​caləti doldu
içinə. “Neçə vaxtdır Bakıdasan, amma böyüklərimizin ruhunu sevindirmək yadına
düşmür”... Bu düşüncəylə pillələrlə enib muzeyə getdi... Özünü nə qədər danlasa
da, sürgün ailəsinin uşağı olduğunu unuda bilmir, burdan qovulmuşluq içini sıxır.
Həsədmi, qəzəbmi, ədalətsizliyə qarşı üs​yanmı, nifrətmi... adını aydınlaşdıra
bilmədiyi bir duyğu Bakıda yaşadığı illər ərzində hələ də onu tərk etməmişdir.
“Niyə indiyədək bu muzeyə baş çəkməyib?” Cavab elə o qarışıq münasibətdə idi.
Böyüklüyünə şübhə etmədiyi məşhurları sona qədər sevə bilmirdi. Ona elə gəlirdi
ki, babasının, atasının gördüyü zülmlərdə bunların da payı var. Bəlkə birbaşa
günahkar deyillər, olsun ki, heç aidiyyətləri də yoxdur o köçə, cinayətlərə. Ancaq
inamı beləydi ki, ağsaqqallar təkcə öz əməllərinin və əsərlərinin deyil, həm də
şahidi olduqları tarixin məsuliyyətini daşıyırlar; buna görə də yanlış olaraq bəzən
heç o böyük ədiblərə aidiyyəti olmayan acı olaylarda da onları suçlu sayırdı...
Yaxın tarixə gəlincə, ikili həyat tərzi, yəni bir qardaşın orda cəhənnəm əzablarının
içində yaşadığı halda, digərinin burda sinəsinə ordenlər düzə-düzə yağ-bal içində
kef çəkməsi onun halını pozur, nə deyəcəyini, nə edəcəyini unudurdu.
“Nə vaxta qədər bu üzüntü ilə yaşayacaqsan? Bütün böyüklərimizə belə şübhə ilə
yanaşmaq olmaz, əlləri qana bulaşmış olsaydı, belə böyük hörmət, xalq sevgisi


qazana bilməzdilər”, – düşünürdü.
Hər halda o dövrün hadisələrini araşdıracaqsa, bütün muzey​lərə baxmalıdır. Bu
düşüncə ilə pillələrlə ikinci mərtəbəyə qalxdı.
Giriş bileti alandan sonra pillələrlə ikinci qata qalxdı. Ekspozisiya salonunun
önündə dayanmış qızlar “buyurun” deyib muzeyə baxışın hardan başlandığına
işarə etdilər. Birinci salondakı qız onun salamını alıb muzeyi tanıtmağa başladı.
Öncə ümumi bilgilər: muzey filanıncı ildə açılıb, neçə otaqdır, inqilaba qədər
burda hansı müəssisə yerləşib, erməni-bolşevik birlikləri 1918-ci ilin mart
qırğınında hansı vəhşilikləri törədiblər və s. Murad indiyədək bil​mədiyi
məlumatları dinləyə-dinləyə muzeyə gəldiyinə sevinirdi. Salonlarda bələdçilər
dəyişilir, hər salonun, yəni hər dövrün, hər ədəbi şəxsiyyət və ədəbi dövrün öz
biliciləri, öz mütəxəssisləri var... Tələsmirdilər. Az sonra Murad bunun səbəbini
anladı. İrəlidə məktəblilər vardı. Görünür, məktəb proqramına uyğun şagirdləri bu
muzeyə gətirmək də bir ənənədir; gözəl ənənədir Aydın məsələdir ki, şagirdlərin
onun kimi repressiya taleyi yaşayanlardan və onun içindəki ziddiyyətli
duyğulardan xəbəri yoxdur və muzeydən heyranlıqla ayrılacaqlar. Düzünə qalsa,
elə özü də heyranlıq içində idi. Burda ədəbiyyat həm də tarixin güzgüsüydü, içi
Azərbaycan-türk tarixinin və ədəbiyyatının böyüklüyündən qaynaqlanan qəribə bir
işıqla dolmuşdu... Böyük şairlərin əlyazmaları, şəxsi əşyaları, şəkilləri, keçdikləri
çətin həyat yolları onlarla cild kitabın verə biləcəyindən daha artıq məlumat verir.
Öz dövrünün çətinlik və ağır sınaqlarından çıxmış insanların qısa ömürdə bu
qədər böyük əsərlər yazmaları, belə böyük xalq məhəbbəti qazanmaları onun
özünə inamını artırır.
Qızlar ilhamla, sözlərini onun beyninə həkk etmək istəyir​mişcəsinə danışırdılar.
İkinci otağa keçəndə Murad hiss elədi ki, bura təsadüfən gəlməyib, bu da Allahın
işidir; böyüklər haqqında düşüncələri aydınlaşacaq, şübhələri dağılacaq. Sonuncu
otağın bələdçisi orta yaşlı, üzündə son baharın ilk əsintiləri oynasa da gözəlliyini
qoruyub saxlamış bir qadın idi. Yanında özü danışmasa da sakitcə onlara göz
qoyan bir qız da vardı. “Bir-birinə necə də oxşayırlar, bəlkə də qızıdır...” deyə
düşündü. Ancaq qızının burda nə işi var? Bələdçi ani olaraq onun diqqətini hiss
elədi və “qızımdır!” dedi; yəni fikrin məndə olsun, qız burda işləmir və mənim
danışığımla muzeyin tanıtdırılması başa çatır. Murad utanmasa bələdçiyə deyərdi
ki, muzeyin ən dəyərli eksponatlarından biri və ya ən əsas tanıtdırılmalı olan sizin
qızınızdır. Söz yox bu düşüncənin özü də bir zarafatdı və doğulan kimi də
unuduldu.
Ürəyində muzey bələdçisinin qızını uzaq qə​səbələrində qalmış ilk sevgilisi
İntizarla müqayisə elədi. İki-üç il əvvəl bu hissi heç yaxına da buraxmazdı. Ancaq


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə