Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə54/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   50   51   52   53   54   55   56   57   ...   75

Qonaq belə sərt cavab gözləmirmiş:
– Bu camaat arasında gəzən sözdür. Axırda milisin qabağından qaçıb buralara
sığınıbmış.
Mən:
– Buralar – mənim evimə sığışmaz. Dağı var, meşəsi var, neçə kəndi var...
Qonaq cibindən səliqəylə kəsilmiş qəzet parçası çıxarıb arasını tənbəkiylə
doldurub dodaqlarının arasında yaşlayaraq eşməyə başladı; sanki bununla,
“görürsünüz, biz də elə bu kənd camaatı kimi ucuz tənbəki çəkirik” demək
istəyirdi:
– Hörmətli axund, kəndlərinizin dindarlarına başa salmalısınız ki, heç kim
ölkəmizin marksizm-leninizm ideologiyasının təbliğindən kənarda qala bilməz.
Mən:
– Maarif işinə biz cani-dildən tərəfdarıq və kömək eləməyə hazırıq. Bunun
camaatın imanına nə zərəri ola bilər?
Qonaq:
– Sizin maarif dediyinizlə bizimki düz gəlmir. Köhnə əlifbayla vidalaşdığımız
kimi, köhnə kitablarla da vidalaşmalıyıq.
Mən:
– Axı köhnə əlifbayla yazılanların çoxunun dinə aidiyyəti yoxdur. Müsəlman
alimləri elm sa​həsində misilsiz əsərlər yazıblar. Bəs onlar nə olsun? Bu ateizm
deyil, din düşmənçiliyi də deyil, elm düşmənçiliyidir.
Qonaq:
– Bu tərəflərdə hörməti olan adamsan. Yoxsa bu söz​lərinin altından çıxa
bilməzdin.
– Hər şey Allahın iradəsinə bağlıdır. Onun məs​ləhəti necədirsə, elə olacaq.
Qonaq:
– Siz ruhanilərin gözünü qan örtüb. Şura höku​mətindən qorxunuz yoxdur.
Yatmısınız fil qulağında.
Mən:
– Onu düz deyirsən. Əsl ruhanilər dünya işləri ilə az maraqlanır. O işlərlə
hökumət adamları məşğuldur. Bizə axirətimiz yetər.
Qonaq:
– Amma axirətin yolu da bizim əlimizdən keçir. Elə olmasa, Allah insanı yaradıb
bu dünyaya göndərməzdi... Elə ata belindən göndərərdi birbaşa axirətə və ya ana
bətnindən yolu bu dünyaya yox, o dünyaya açardı. Amma hamı o dünyadan əvvəl
bu dünyaya gəlir. Bu dünyanın da ən ağıllı adamı proletariatın dahi rəhbəri, yoldaş
Lenindir. Əgər o dinin xeyrini görsəydi, din əleyhinə komitə yaratmazdı.


Qonaq din əleyhinə deyəndə dodaqaltı, öz-özümə, “ay sənin Leninin gorbagor
olsun!” deyə pıçıldadım.
Qonaq:
– O komitə və “Allahsızlar cəmiyyəti” olmasaydı, indi bizim Şura hökuməti
qalmışdı savadsız mollaların əlində.
Mən:
– Əsl ruhani hakimiyyət istəməz. İbadət yer​lərini əlindən almayın, Allahına şükür
edər və hö​kumətdən də razı qalar. Üstümüzü unlu görüb adımıza dəyirmançı
deməyin. Lenin yoldaşın dinə qarşı mübarizəsindən bizim də xəbərimiz var. O,
dünyanın xilasını dinin kökünü kəsməkdə görürdü və bu işə də başlamışdı islama
qarşı mübarizədən. Yoldaş Trotskiyə tapşırmışdı ki, ən qısa müddətdə Qafqazda
on min dindarı məhv etdirsin. Yerdə qalanlar da göndərilsin gedər-gəlməzə. Bütün
məscidlər dağıdılsın, ziyarətgahların izi-tozu qalmasın... Bu da Allaha xoş
getmədi. Bu sözü deməsəydi, bəlkə indiyə kimi yaşayırdı...
Qonaq:
– Amma görürsünüz, hələ sizə toxunmamışıq. Halbuki sizin kəndlər Qafqazda
islamın ən qatı yerlərindəndir.
Mən:
– Bu kəndlərdə islam adına nə qaldı ki! Mənə hələ indi agah olur ki, tanınmış din
alimlərimizin bir-birinin dalınca yoxa çıxmasının səbəbi nədir. Deyəsən, Əzrail
indi də məni nişanlayıb.
Qonaq:
– Əzrail deyilən sizin uydurmanızdır. Dövlət proq​​ramlarında Əzrail deyilən bir
şey yoxdur. Azər​​​baycanın Allahsızlar Cəmiyyəti partiya və hö​kumə​timizin rəhbər
tapşırıqlarını əldə bayraq edərək, məscidləri biryolluq kürüyüb Xəzərə tö​kəcək.
Mən başa düşdüm ki, burda yumşaq danışmağın xeyri yoxdur:
– Şura hökumətində məsciddən başqa Allah evi, din ocağı yoxdur? Kremlin
böyür-başı kilsə deyil bəyəm?
Qonaq:
– Onlara da növbə çatacaq. İslamın azan səsi batandan sonra kilsə zəngləri də
susacaq.
Mən:
– Hörmətli qonaq, bizim kənd allahsızlıq yarışında hamıdan irəlidir. Qabağına
ruhani paltarında çıxanlara baxma. Onların çoxu Sovet hökuməti gəlməmişdən
əvvəl də allahsız olub. İndi isə kənd camaatının çoxu hərəyə 30 qəpik verib
allahsızlıq vəsiqəsini cibinə qoyandan sonra lap gül vurublar, Allahla bütün haq-
hesabı çürüdüblər. Sənin əziyyət çəkib o boyda yol gəlməyinə ehtiyac qalmayıb.


Mədrəsəmiz tövləyə, ibadətgahımız toyuq-cücə hininə çevrilib.
Qonaq:
– Bəs kəndin üstündə yamacdakı o məscidə nə deyəcəksən?
Mən:
– O, bütün Qafqazda ən qədim islam abidəsidir. Tarixin bir parçasıdır. Onu da
dağıtsanız, göylər uçub yerə tökülər. Dünya cəhənnəmə dönər!..
Qonaq:
Bəsdi bu cənnət, cəhənnəm yalanları ilə camaatı aldatdınız. Sovet hökuməti
çoxdan cəhənnəmin odunu söndürüb. Get​məkdən qorxunuz olmasın.
Mən:
– Cəhənnəmdə söndürüləsi bir şey yoxdur, hörmətli qonaq. Cəhənnəmə hərə öz
oduyla gedir. Buna görə də indi cəhənnəm zəbanələri daha da quduzlaşıb.
Qonaq:
– Allahsızlar Cəmiyyətinin əli uzundur; sabah, biri gün gəlib bura da çatar.
Məndən xəbərdarlıq etməkdir.
Mən:
– Allah razı olsun. Öl deyərsiniz, ölərik, qal de​yərsiniz, qalarıq.
Qonaq:
– Kommunizmin möhtəşəm karvanını saxlamaq olmaz, axund! O yoldadır, gəlir.
Sizin dağların o üzündən ayaq səsləri eşidilir. Nə din, nə axirət? Marksizmdən
böyük din yoxdur.
Mən:
– İstər islam olsun, istər xaçpərəstlik – sizə ney​ləyib? Kommunizmi yollarda din
ləngidir? Gə​lir? Lap yaxşı! Xoş gəlir! Biz nə deyə bilərik? Gəlsin də! İslamın sizə
nə zərəri dəyib? Deyirsiniz qanun olsun. İslam da bunu deyir. Ədalət olsun,
məktəb olsun, elm-sənət inkişaf eləsin, bunların hamısı dində də var! Din də
istəyir ki, cəmiyyətdə düzgünlük və halallıq olsun. İnsanı insan edən əxlaq,
mərhəmət, əl tutmaq, yaxşılıq etmək... mən biləni, bizim ölkənin siyasətiynən üst-
üstə düşür. Elmlər, məsələn, tarix, ədəbiyyat, mədəniyyət yüz illər boyu dinin
sayəsində qorunub saxlanılıb. Səninlə açıq danışıram. Ömrümü yaşamışam,
ölümdən qorxum yoxdur. Deyək ki, mənim xəlvətcə öz evimdə ibadət eləməyimin
dövlətə nə zərəri dəyə bilər? Məscidlərə, Allah evlərinə toxunmaq camaatın
ürəyinə bıçaq soxmaqdır, bunnan hökumətin gücü artmaz.
Qonaq:
– Allah evi dediyiniz çox yerdə şeytan ocağına dönüb. O yıxılmayana qədər
məktəblər ucalmaz.
Şeytan ocağı sözü məni hövsələdən çıxartdı:


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə