Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə47/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   43   44   45   46   47   48   49   50   ...   75

Hər yataqxananın kiçik də olsa, bir iclas salonu var ki, axşamlar orda dünyanın
bütün gəlib-gedəcəyi müzakirə olunur. Bu söhbətlərin, mübahisələrin ümumi
ruhunda Muradın qürbət ellərdə həsrətini çəkdiyi çox mətləblər yatır. Hökumət nə
qədər güclü olsa da, bu tipli söhbətlərin nəticələri haqqında nə qədər qorxulu
əhvalatlar bilsələr də, tələbələrin vecinə deyil, onlar bu qorxudan çox-çox
yuxarıda dayanırdı. Yaşlı müəllimlər onlara verilən sualları dinləyəndə “yaxşı ki,
siz 37-ci ili görməmisiz!” deyirlər. Bilmirlər ki, 37-nin acılarını bu günə kimi
çəkən və yalnız uzun illər sonra Vətənə ehtiyatla qayıdanlar da var. Ölkədə
başlanan aşkarlıq və yenidənqurma siyasəti tələbələr arasındakı üsyankarlıq
ovqatını alovlandırmış, xalqın ürəyini mübarizə həvəsi ilə və gələcək barədə
ümidlərlə doldurmuşdu.
Muradı yaşıdlarının keçmişə münasibəti daha çox maraqlandırırdı, bu
bədbəxtlərin çoxu, daha doğrusu, əksəriyyəti on minlərlə həmvətəninin sürgün
yerlərindəki acı taleyindən xəbərsizdilər. Ancaq bütünlükdə 1918-20-ci illərin
milli hökumətinə, onun qurucularına böyük sevgi var. 1937-ci ilin qurbanlarına
qarşı aparılmış rəsmi təbliğat mənasını itirmişdir. Moskvanın sosialist xülyaları
boşa çıxmış, qoyulan maya batmışdı. Gəncliyin milli ruhu sovet ideologiyasının
yalanlarına uymamışdı; ək​si​nə, milli hökumətə, onun qurucularına hər bir mənfi
münasibət cavanları həyəcanlandırır, onların etiraz səsi yüksəlirdi.
Azərbaycanın parçalanması, torpaqlarımızın bir his​sə​sində Ermənistan adlı
dövlətin qurulması, Təb​riz, Kərkük, Borçalı, Dərbənd... hər gün dildə, ağızda
dolaşan söhbətlərin əsas mövzularıdır. Bu mövzuların müzakirəsi cansıxıcı
mühazirələri dinləməkdən daha maraqlıdır. Bunlar Muradın qürbətdə alışdığı
mövzulardı, ancaq orda bu barədə ehtiyatla, qorxa-qorxa danışırdılar, burda isə
uşaqdan böyüyə, evlərdən rəsmi yerlərə, hər yerdə və hər kəs bu ba​rədə gündəlik
qayğısı, çörək yeməyi, su içməyi kimi danışırdı.
Dərslər yayda tanış olduğu həmyerliləri ilə tez-tez görüşməyə imkan vermirdi,
amma Şahin hər dəfə rayona getmək məsələsini xatırladır, oralarla bağlı yeni
əhvalatlar danışır, “yayda hökmən gedəcəyik” deyirdi. Bir gün trolleybus
dayanacağında rastlaşdılar. Şahinlə Rahim harasa tələsirdi; “gəl gedək bizimlə”
deyə onu da dartıb 8 nömrəli trolleybusa mindirdilər.
– Hara tələsirsiniz? – soruşdu.
Rahim:
– Universitetdə görüşdür. Bizim fakültə təşkil edib, maraqlı olacaq.
Salonda yer tapıb oturdular, bir azdan aralar da doldu. Şahin bic-bic gülümsəyib,
özünəxas bir yumorla “qürbətdən gəlmisən, heç kimi tanımırsan, məlumat üçün
deyim ki, görüşdüyümüzün biri akademikdir, akademik Ziyad Şıxlı, digəri də Altay


Qızılbaş, şair. Əlavə olaraq hüzurunuzda onu da ərz edim ki, şair bizim yerlidir”.
Murad pıçıldadı:
– Bəyəm qızılbaşlardan indiyədək gəlib çatan var?
Şahinin gözləri güldü:
– Bizim tərəflərdə hamı qızılbaşdır...
Qazaxıstanda neçə millətin arasında böyümüş Murad üçün bütün azərbaycanlılar
yerliydi. Ancaq qürbətdə gördükləri ona vətənin içində balaca bir ocaq da
olduğunu xatırladır, ora ilə bağlı olan hər şeyə daha artıq maraq göstərməyə vadar
edir.
Qonaqların divarları silkələyən bir coşqu ilə qar​şılanması Muradı
təəccübləndirdi. Pıçıltı ilə Şahin​dən bunun səbəbini soruşdu. Şahin onun qulağına
dedi: “Birinci səbəb, gördüyün kimi, onların əsl xalq adamı olmalarıdır. Özlərini
tələbələrdən biri kimi sadə və sərbəst aparmalarıdır. Sonra on-onbeş başqa səbəb
də var ki, onları sənə görüşdən sonra başa salaram”, deyə astaca güldü.
Qonaqlar görüşdəki coşquya, hay-küyə sakit baxırdılar, sanki bu həyəcanı artırıb-
azaltmaq onların öz əlindəydi.
Murad yenə Şahinə doğru əyildi:
– Mən Altay Qızılbaş dediyiniz şairi hardasa gör​müşəm.
Şahin:
– Onu görməyən, tanımayan yoxdur. Hər gün gö​rüşlərdədir. Xalqın sevgisini
qazanmaq hər adamın işi deyil.
– Yox, hardansa kənardan tanıyıram, – sonra birdən, – heç belə bir şeyi unutmaq
olar? Bizim kən​də gəlmişdi!
Şahin təəccübləndi:
– Hara, Qazaxıstana?
Murad:
– Hə, 4-5 il əvvəl məktəbdə görüşümüz olmuşdu. Bizim evdə çörək yemişdilər.
Evimizdə şəkli də var.
Bu xatirə ilə şair onun doğma adamına çevrildi. Şeir oxuyan tələbələrin suallarına
cavab ve​rər​kən müəllimlər kimi ehtiyatla, hər şeyi yüz ölçüb bir biçməklə
danışmırdı. Gəncləri düşündürən məsələlərə inamla, cəsarətlə cavab verməsi
salonu titrədən alqışlarla qarşılanırdı. Sinəsi Qızıl Ulduzlu alim isə oturanları
milli düşüncənin ayrı bir qatına qaldırır, ayrı ruha kökləyirdi...




BABA OCAĞINDA
Universitetdəki görüşdən sonra Muradın baba yurduna getmək həvəsi daha da
artdı, ancaq nə qədər tələssələr də, imtahanların qurtarmasını gözləməkdən başqa
yolları yox idi. Yalnız iyunun sonunda Şahinlə bir neçə üzünü görmədiyi, ancaq
adlarını eşitdiyi yaşıdlarının əhatəsində rayona yola düşdülər. Muğanda bir
kanaldan keçəndən sonra Şahin yolun sağındakı qapısız, pəncərəsiz ikimərtəbəli
binanı göstərərək dedi:
– Yaxşı ki, indi gəlirsən, bir neçə il əvvəl burdan keçə bilməz​din. Heç biz də keçə
bilmirdik. Anamızı ağladırdı sərhədçilər. Elə bil, qəsdən bizi görməyə gözü
olmayan əsgərləri göndərirdilər bura.
Ancaq elə ki, dağ ətəyindəki şəhərdən üzü günbatana, qarşıda pillə-pillə ucalan və
buludlara qovuşub qaralan dağlara doğru döndülər, mənzərə də, hava da, Muradın
ovqatı da dəyişildi.
Çöllər qabardı, ətrafdakı kurqanların və kurqana bənzər təpələrin sayı artdı, bu
təpələr sıxlaşıb düz yolları büküm-büküm elədi. Bu yol babasını, atasını aparıb
geri gətirməyən yol idi. Ona elə gəlirdi ki, evlərində bu dağların, bu yamacların,
yolu tunelə çevirən ağacların hər biri haqqında eşidib. Hər 100-150 metrdən bir
yol burulur, önünə yeni bir gözəllik sərilir. Əllə əkilmiş kimi seyrək palıdlıq
getdikcə sıxlaşıb keçilməz olur, ara-sıra meşə seyrələndə, döngələrdən ən arxada
ucalan zirvələr görünür. Şahin onu qorxutmaq üçün, o zirvələri göstərib “ora
gedəcəyik!” deyir.
Murad dostunu tanıyır: “Ordan da o yana keçək, nə olacaq ki?”
Asfalt qurtardı, torpaq yol başlandı, axşam üstü üç tərəfdən qayalar və meşəli
yamaclarla dövrələnmiş, dağların sevgi ilə ovcunda saxladığı kəndə gəldilər. Bu
kənddə Muradın da qohumları olmalı idi, ancaq Şahinin dediyinə görə, geri
qayıdan az idi.
Uçqunlardan da göründüyü kimi, vaxtı ilə balaca bir şəhərcik olmuş yaşayış
məskəninin yerində cəmi 10-15 ev tikilmişdi, qalan həyətləri kol-kos basıb,
evlərin ruhu uçub quru qəfəsi qalıb, bir də nəhəng qoz ağacları budaqları ilə uçuq
divarları gizləyərək, adamı kövrəldən bir etibarla kimsəsiz həyətlərə keşik çəkir,
köhnə bostan yerlərini böyürtkən, yemişan kolları basıb...
İlkin gələnlər hökumətə bel bağlamadığından yüngül, çərçivə evlər tikiblər, yəni
uçurtsalar da qoy uçurtsunlar, amma sonra gələnlərin mülkləri daşdandır və şəhər
evlərindən seçilməz.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə