Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə45/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   41   42   43   44   45   46   47   48   ...   75

qatar; sərhədin o üzü, bu üzü, ikisi də türkdür, qohum-əqrəbadır... Kimlik sənədi
soruşan yoxdur – türksən, vəssalam; onları da vaqonların birinə basmışdılar.
Ehtiyacı ödəməyə, bayıra çıxmağa yer yox, arvad-uşaq, gəlin-qız böyüklərin
yanında pərdənin arxasına neçə keçsin? Bağırsaqlar quruyub, qarın şişib
partlamağa qalır. Ölənlər yol boyu Allaha əmanət edilir: “Bəndə sənindir, özün
bilərsən!” Dözməyib qatardan tullananlar sıxıntıdan qurtarsalar da, qurd-quşdan
qurtara bilmirdilər.
Bəkirlə Mətin də qohumlarını tapmaq ümidiylə bu cəhənnəm köçünə
qoşulmuşdular. Sürgünə gön​dərmisən, göndər, ay İmperator cəllad, Allah cəzanı
versin, heç olmasa, sürgündə el bir yerdə yerləşsin! Yox! Xalqı Mərkəzi Asiya
boyu səpələyirlər, Öz​bəkistan, Qırğızıstan, Şərqi Qazaxıstan, Sibir...
Türkiyəli iki gənc öz qohumlarını yolun sonunda tapıb, onlarla birlikdə, burda,
Qazaxıstanın Çinlə qonşu vilayətlərindən birində, “siz harda, biz orda!” deyib
qalmış, özlərini sonu görünməyən qürbət həyatına məhkum etmişdilər. Sonra elə öz
qohumlarından olan qızlarla ailə qurmuş və Türkiyə ilə əlaqələri biryolluq
üzülmüşdü...
Mətin Əlican kişinin yaxın dostlarından olmaqla, həm də Muradın kirvəsiydi.
Yolasalmaya gələnlərdən biri də Ermənistanın Ağbaba mahalından, Amasya
rayonunun Qaraçan​tey nəslindəndir. Ermənilərin onların kəndinə, nə​sillərinə
çəkdirdiyindən danışıqlarını yazan olsa, üç-dörd kitaba sığmazdı. Stalinin
ölümündən sonra qaraçanteylilər bəraət alıb qayıtsalar da, öz dediyi kimi, Cəfər
babanın son yadigarı olan kiçik oğlu axısxalı xanımından, uşaqlarından ayrıla
bilməmiş, “Yeni gün”ün gününü ağardanlardan biri olmuşdu.
Şərqi Qazaxıstan onlara vətəndir. Yaz gələndə çöllər yaşıllaşır, ot qurşağa qalxır,
düzənliklərin sonsuzluğu, gül-çiçək dənizinin doyumsuz ətri adamı bihuş edir. Cə​-
nubdan, Şərqdən, Alataudan, Altaylardan əsən yellər qürbət dərdini unutdurur,
ancaq dalınca gələn yay hər şeyi ütüb külə döndərir. Qışda çovğundan başını çölə
çıxara bilmirsən. Buranın bir ümumtürk qəbiristanı ola biləcəyini düşünürdülər.
Qazaxıstan böyükdür, yüz min belə düşərgə yarat, sonra yüz mini də qəbiristana
dönsün, bu sonsuzluqda itib gedəcək, dünyanın xəbəri də olmayacaq, ancaq onlar
doldurulduğu bu qazanda bişdilər, möhkəmləndilər, ölən-öldü, ancaq qalan
ölənlərin işini də çiyinlərinə aldı, hardansa su çəkib gətirdilər, taxıl əkib bağ-
bağat saldılar və günün birində adları bütün Qazaxıstan mətbuatında hallanmağa
başladı. Tərif-tərif dalınca, orden-medaldan ucuz nə var ki, yağdırırlar kəndin
başına, sanki yaralarına basacaqlar, dərdin ürəklərində açdığı deşikləri ordenlə
qapadacaqlar. Bir kənddən doqquz Sosialist Əməyi Qəhrəmanı çıxdı. Camaat
arifdi: “Lap bütün qəsəbəni əmək qəhrəmanı eləyin, günahınız yuyulmaz!”


Adamlar ürək ağrılarını gəldiyi ellərin torpaqlarına bənzər torpaqla, orda da,
burda da eyni olan işlə, alın təri ilə ovudur, yollar boyu sıralanan qovaqlarla,
həyətlərdəki tut, şaftalı, alma, ərik ağacları ilə tərk edilmiş yurdlarının bənzərini
yaratmağa çalışırdılar. Əlican kişi hətta həyətinin bir küncündə daşları üst-üstə
qalaqlayıb bir şırran düzəltmiş, bununla kənd bulağının xatirəsini diri saxlamağa
çalışmışdı.
O gecə hər kəs min dəfələrlə olduğu kimi, yenə, xəyalən, öz köhnə yurduna döndü.
Muradın Vətən torpağında oxuması, oranın havasını udması, öz millətinin arasında
olması sanki buna imkanı olmayanların da yarasına su çiləyəcək, onların da
dərdini ovudacaqdı. Bunu ismarıclardan da görmək olardı: “İmkan düşəndə bizim
səmtə də get, oralardan bizə bir xəbər çatdır, şəkillər çək, gələndə gətirərsən,
yollar açılır, inşallah, biz də gəlib-gedəcəyik”.
Qonaqlar dağılandan sonra Əlican kişi oğluna son tapşırığını verdi: “Ömrünün
sonuna yaxın rəhmətlik dədəm yuxarılarda havanın yumşaldığını, tutatut dövrünün
bitdiyini görüb ürəklənmişdi, köçdən qabaq, evimizdəki, Allah bilir, neçə nəslin
qoruyub saxladığı kitabları qorxudan meşədə basdırdığını deyirdi, daha doğrusu,
bu əhvalat gecə-gündüz yandırırdı onu. “Bir kitablığımız vardı, atama da
böyüklərindən qalmışdı, allahsızlıq illərində dinə, peyğəmbərə, müqəddəs kitaba
hörmət qalmadı. Əllərinə keçsə, o kitabı da yandırardılar, bizi də. Otağımızın
birini hörüb, gizlədib saxlaya bilmişdim, ancaq köçürüləcəyimizi biləndə əlacım
üzüldü; gətirə bilməzdim”. Özünün qayıdacağına ümidi itəndə yerini də demişdi
mənə: “Kəndimizin qabaq-qənşərindəki meşədə, qoz və çinar ağaclarının arasında
yastı bir qaya parçası var, kol-kosdan görünmür, kimsə çıxarıb apara, yerini
dəyişə bilməz, güc çatan deyil. Daşın güney böyründə basdırmışam kitabları. Şəkk
gedən yer deyil, inşallah, toxunan olmaz. Qonşulardan Quran kitablarını
qəbiristanda basdıran da oldu, mən ürək eləmədim, yerin də qulağı var, deyirlər.
Eşidib qə​biristana əl uzadar, ruhları incidərdilər. Qara cildləmiş və cünglərdən
seçilməyən bir dəftərini isə lap axırıncı gün, köç qabağı kəndin yanında, kənar
adamların əlinin yet​mədiyi Ocağa qoymuşam. Qədimdən ürəyində Allah xofu olan
kimsə ora toxun​mazdı. Mollalar, axundlar kitablarını bu ziyarətgaha vəsiyyət
edərdi. O kitabları, dəftəri tapa bilsən, onun da ruhu sevinər, mənim də!”
Murad ürəyi əsə-əsə atasına qulaq asırdı. Ağlı kəsəndən babasının yanında
olmuşdu, babası əkin-biçinə onu özüylə aparmağı xoşlardı, onunla bö​yüklər kimi
danışar, yoldaşlıq edərdi. Sən demə, babasının ondan gizli qalan dərdi də varmış!
Nəvəsi ilə bölüşə bilməyəndə, daha doğrusu, heç kimin aşa bilməyəcəyi bir
divarın, sərhədin içində dərdi ilə baş-başa qalanda babası ondan uzaqlaşırdı. Ora
babasının öz aləmi idi, ora heç kimi yaxın buraxmamışdı...


– Sən bütün bunları bilə-bilə məni niyə buraxmaq istəmirdin, dədə?
– Bu hökumətə etibar yoxdur! Gedib ilişəcəyindən qorxurdum, beynin qandır
hələ...
– Beynim qan-zad deyil, dədə! Bizim qəsəbə də bir siyasət məktəbidir, hər
qonşudan bir şey öy​rənirsən, mən oxumağa gedirəm, qisas almağa yox!
– Yaxşı, sən deyən olsun, ancaq bu şərtnən, ilk imkan düşən kimi gedərsən kəndə,
daha doğrusu, xaraba kəndə. İndi o tərəflərdə adam azdır, etibarlı bir dost tapsan,
meşədə dədəm deyən yeri qazıb, kitabları çıxararsınız. Çıxarıb hökumətə xəbər
verərsən. Yəqin aralarında başqa kitablar da var, elm, tarix, ədəbiyyat...
Az qala ali məktəbi unutmuşdu Murad. Bütün tərəddüdlər arxada qalmışdı,
babasının son istəyini yerinə yetirmək Bakıda oxumaqdan daha vacib görünürdü.
***
1986-cı ilin yayında Murad artıq Bakıdaydı. Ona qalsa, bö​yüklərinin getdiyi
şəkildə dönərdi bura, elə onlar kimi, yük vaqonunda, bütün Türküstanı dolaşaraq,
hər stansiyada ləngiyə-ləngiyə. Ancaq bu mümkün deyildi, həmişə sürgün qatarları
üzü Sibirə gedib, geri qayıdanı olmayıb. Geriyə yalnız ölümün cəngindən
qurtaranların övladları, həm də başqa mühitdə böyüdüklərindən, yadlaşmış, ürkə-
ürkə, tək-tək qayıdırdılar. O yadlaşmamışdı və Qazaxıstan çöllərindən sonra
Bakının gurluğundan heyrətlənmişdi. Balaca çeşmə başından okean sahilinə
düşmüş kimiydi, yeni gələn adamın beynini yoran bir uğultu içində, lakin bu
uğultudan güclü olan bir duyğu var... Vətən sevgisi bütün səsləri boğur, bütün
xoşagəlməyən şeylərə gözəllik qatır.
Rəssam olacaqdı, Yenigündə qonşularının xəyal​larında yaşayan və dəfələrlə
eşitdiyindən, onun da xəyalında canlanan yerləri şəkillərə köçürəcəkdi: görmədən,
bilmədən. Bir xatirələr sərgisi açacaqdı, bu zülmə və haqsızlığa rənglərin üsyanı
olacaqdı, sonra gedib babalarının yaşadığı kəndi naturadan çəkəcəkdi, hamısını
Qazaxıstana aparacaqdı. Sürgün qurbanlarının yaşadıqlarını öz tablolarında ölkə-
ölkə gəzdirəcəkdi... Bütün bunlar arzu idi. İnsanın hansı işi onun arzusunca olur ki!
Rəssamlıq məktəbinə sənədlərini qəbul etmə​dilər. Azər​bay​canca kəlmə kəsməyən,
ancaq azər​bay​canlıya bən​zəyən kürən saçlı bir qadın bütün sənəd verən uşaqlara
qəribə bir ikrahla baxırdı. Murad onun gözündəki zəhərin qanına işlədiyini hiss
edirdi, sualları da beləcə zəhər saçırdı. Doğulduğu yer? Orda rəssamlıq məktəbi
yoxdur bəyəm? Hardan düşmüsünüz ora? Nə? Sürgün? “Xalq düşmənləri”...
Murad əsəbiləşmişdi:
Nə xalq düşməni, canım, qurtarmadı bu yalançı ittihamlar? Stalin öldü, Bağırov
öldü, bu söhbət də qurtardı. Qazaxıstana, Sibirə sürülən repressiya qurbanlarının
çoxunun bu düşmən anlayışına dəxli yoxdur. Ermənistandan, Gürcüstandan


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə