Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə48/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   44   45   46   47   48   49   50   51   ...   75

Mirələm kişi öncə Şahini, sonra Muradı qucaqladı: “Sənin gəlişin şah gəlişinə
döndü, ay bala! Keçən yaydan gözləyirik yolunu. Şahindən telefonla səni soruşub
dururuq, “təkdir, qərib ellərdən gəlib, ondan muğayət ol” deyirik.
Ailədəki mehribanlıq, onun böyüklərini – babasını, atasını tanımaları, uzaq illərin
xatirələri Muradı həyə​canlandırır. Ancaq o, babasının vəsiyyəti haqqında söhbət
açmır. Qonağın sorağını eşitmişdilər, hər gün onun sorağına gəlir, qonşulara,
qohumlara qonaq çağırırdılar. Bir neçə gün sonra ara sakitləşəndə Murad “bir bel
götür, meşəyə gedəcəyik” deyəndə Şahin heyrətləndi və bic təbəssümü qondu
üzünə.
– Hansı meşəyə? – deyə soruşdu, sonra gülə-gülə əlavə elədi: – Bu kəndin
havasında nəsə var, cəmi bir neçə gündür gəlmisən, sənin də başını xarab elədi,
yazıq uşaq!
Amma Murad ciddiydi:
– Kənd yeri deyilən haradır, ora.
– Xəzinə axtarırsan?
– Xəzinədən daha qiymətli bir şey...
Şahin adamdan söz çəkməyənə qədər sakitləşən deyildi. Ancaq Muraddan bundan
artıq bir şöz eşitməyəcəyini hiss edib susdu, evdən bir az pendir-çörək götürdü,
“soruşsalar, bulaq üstə getmişdik” deyə, beli də bir boş kisəyə büküb yola
düzəldi. Evləri kəndin qırağında idi və bir neçə dəqiqə sonra artıq meşədə idilər.
Murad vəsiyyətdə deyilən yeri özü tapmaq istəyirdi, ancaq dəqiqləşdirmək üçün
Şahindən “İri çinar ağacı hardadır?” deyə soruşdu. Şahin marağını boğub: “Bu
cığır düz ora aparır”, – dedi.
...Gələcəyin jurnalistinin (rayon qəzetində bir neçə məqalə çap elətdirmişdi)
maraqlı hadisələr gözündən yayınmırdı. Kənarda dayanıb dostunun tələm-tələsik
yer qazmasına tamaşa edir, ürə​yində Muradın Qazaxıstandan gəlib Azərbaycan
meşə​lərində xəzinə tapması üzərinə süjet hazırlayırdı. Jurnalist üçün bundan gözəl
mövzu olmazdı ki!
Muradsa öz işində idi, hətta “niyə kömək elə​mirsən?” deyə Şahinə hirslənmək
belə yadına düşmürdü. Sağa-sola baxmadan qazırdı. Babasının və​siyyətindəki yeri
düz tapdığına əmindi, sanki gizli bir səs bunu pıçıldayır, gizli bir əl onunla birgə
torpağı qazırdı. Beli bir vuranda iki, üç bellik torpaq atırdı kənara. Torpaq əlində
qova dönüb, nəfəsi genişlənib, isti havada alnına tər də gəlmir. Birdən belin
nəyəsə ilişdiyini hiss elədi, diz çöküb qazdığı yeri əli ilə eşələməyə başladı.
Şahin sataşmasından əl çəkməmişdi: “Təbriklər, tapmısan!”
Lakin Muradın rənginin ağardığını görüb susdu, özü də əyilib dostuna kömək
eləməyə başladı. Belin ilişdiyi yeri təmizləyəndə Muradın əlinə köhnə bir palazın


ucu və bir kitab cildi gəldi, dərindən nəfəs alıb, “şükür, tapdım babamın
xəzinəsini”, dedi.
Şahin məsələnin zarafatlıq olmadığını anlamışdı, çünki 30-cu illərdə ərəb əlifbası
ilə yazılmış kitablara qarşı inkvizisiyaya bənzər, səfeh və ya qəsdli müharibə elan
edilərkən evlərində köhnədən qalma nə kitab varsa meşələrdə, bağlarda torpağa
basdırılması haqqında çox eşitmişdi. Bu çevrə camaatının əvvəldən kitaba
maraqlı olduğunu, yaşlı qohum-əqrəbalarının hamısının Ərdəbildə, Təbrizdə, Nə​-
cəf​də oxuduğunu bilirdi. Nə var ki, əl atsan, Təb​rizə çatar, Bakıdan daha yaxındır.
Kitabları necə gəldi gizlətmişdilər, əsas odur ki, allahsızların, mə​dəniyyət
düşməni bolşevik gədələrinin, buralara xainliklə, bilincli şəkildə göndərilən rus
və erməni başçıların, NKVD rəisi Sevoyanın əlinə keçməsin, ondansa, elə gülləni
öz əlləri ilə başlarına çaxsalar, daha yaxşı olar.
Bu barədə çox eşitsə də, hələ kimsənin gəlib bu meşələrdən kitab çıxarıb
apardığını xatırlamır və indi belə bir hadisənin şahidi olacağına sevinməklə
yanaşı, maraqla kitabın yarım əsr ərzində torpağın altında necə qaldığını
öyrənmək istəyirdi.
Qıraqları yeyilsə, üstündəki yazılar oxunmaz olsa da, cild salamatdır, vərəqlərin
qıraqları xəzələ dönsə də, çox hissəsi çürüməyib, ancaq yazılar oxunmur. İndi
artıq Muraddan çox Şahin bütöv bir kitab tapmaq həvəsi ilə əlləşir, qazdıqları
yeri genişləndirir, arxeoloqlar deyən kimi, ölçüləri bəlli olan bir sahədə qazıntı
aparırdılar. Şahin böyüklərin söhbətlərindən evlərdə Quranla yanaşı, qədim
kitabların saxlanıldığı barədə çox eşitmişdi, ürəyindən keçirdi ki, kaş burda
Əlyazmalar İnstitutuna bəlli olmayan bir kitab tapılaydı. Sensasiyadan ötrü ürəyi
gedirdi.
Palazın uclarını axtara-axtara çuxurun dövrəsini, enini-uzununu müəyyənləşdirmək
çətin olmadı, görünür, palazdan başqa kisələr də basdırılıb burda. Hamısının
üstünü örtməyə palaz çatmamışdı, elə-belə torpaqlayıb rahatlanmışdılar. Lakin
palazın arasında nəmin, suyun çürütdüyü, qurd-quşun yeyib, deşik-deşik etdiyi, son
baharın palıd yarpaqlarına dönmüş on-onbeş vərəqdən başqa heç nə yox idi.
Kitablar burda çürüyüb yoxa çıxa, torpağa çevrilə bilməzdi. Qalın cildli kitab
bərk bağlananda nəmli torpaqda belə uzun müddət qala bilir. Əlli il nə böyük
vaxtdır ki! Kitabları aparmışdılar...
İkisinin də gözündən yaş axırdı. Vərəqlər arasında bir neçə üzlük də vardı. Adlar
vardı, kitablar yox. Muradın bütün ümidi itdi, qazdığı çuxurun dibində elə oturdu
ki, sanki üstünün torpaqlanmasını gözləyirdi.
Evə yaxınlaşanda beli çəpərin iç üzünə söykəyən Şahin, “belə görurəm sənin
torpaq qazmaq işlərinə böyük həvəsin var, qoy qalsın burda, birdən yenə lazım


olar” – deyib güldü. Sonra Murada rəsmi agenturaların necə dəqiq işləməsi
barədə bir olay danışdı. Yaşa dolmuş bir kəndli şəhərdə yaşayan yeganə oğluna
yazır ki, əlim bel tutmur, beş-on günlüyə gəl, həyəti bellə. Bir neçə gündən sonra
oğlundan teleqram gəlir: “Ata, amandır, həyəti belləmə, mən bütün meyitləri orda
basdırmışam”.
Teleqram gələn günün ertəsi, sübh tezdən orqan işçiləri tökülüb gəlirlər; kişiyə heç
nə izah etmədən bağı qazmağa başlayırlar. Bu başdan o başa qazıb, belləyib
qurtarırlar, bir şey tapa bilməyib çıxıb gedirlər. Ertəsi gün oğlundan ikinci
teleqram gəlir: “Bağışla, ata, sənə başqa cür kömək eləyə bilmədim. İndi həyətə
nə səpmək istəyirsən, səp!” Belə baxıram, sən də əziz dostum, bir az qalsan bu
kənddə, həyətimizi də belləyib qurtaracaqsan!”.
Lakin bu zarafatlar da Muradın qırışığını açmadı. Sakitcə keçib yuyundular. Günü
necə keçirdiklərini soruşan olmadı...
***
Köhnə kənd yerindəki qədim ziyarətgaha hərə bir ad vermişdi. Biri Dərviş ocağı,
biri Seyidxurrəm, biri Piribaba. Əsas budur ki, camaat bu Pirin gücünə və
möcüzəsinə inanırdı. Uzaq ellərdən tanıyan, bilən bura ziyarətə gəlirdi; amma
axırıncı dəfə onun içinə nə vaxt girilmişdi, kimsə xatırlaya bilməzdi. Diqqətlə
baxmasan, balaca taxta kümənin içinə açılan qapı da seçilməzdi. Bina çoxdan
heyva və zoğal pöhrəliklərinin arasında görünməz olmuşdu.
Şahingilin kəndindən fərqli olaraq, buranın camaatı geri dön​məmişdi. Gələnlər
var idisə də, rayon mərkəzində ev tikib orda yerləşmişdi. Çünki kəndin əkin-biçin
sahələrinin çoxu məftilin o üzündə, bitərəf sahə deyilən ərazidə qalmışdı. Kənd
camaatı yaydan-yaya gəlib sərhəd tellərinin böyründəcə çadır qurub beş-on gün
havalarını dəyişib geri qayıdırdı. Murad yalnız ağacların düzülüşü ilə və daş
döşənmiş yollarla ayrılan köhnə ev yerlərinin arasında ürəyi əsə-əsə dolanırdı.
Dolmuş gözlərlə ətrafına baxa-baxa, qocalıb kollaşmış gilas ağaclarının
qızarmaqda olan meyvələrindən qopara-qopara uzun-uzadı xaraba kəndin arasında
gəzib dolandı. Böyüklərinin yerinə də gəzir, onların yerinə də baxırdı. Allah bilir,
neçə arxadan dönənlərinin acılı-şirinli günlərinə şahid olmuşdu bu yerlər.
Həyətlərin gicitkan, gəndəlaş, böyürtkən kolları adama boy vermir. Kəndin alt
tərəfindəki bulaq böyür-başını alça kolları tutmuş bir qayanın dibindən çıxır.
Bumbuz suyu üzünə çırpa-çırpa doyunca yuyundu. Üzündəki kədərlə yanaşı,
nəslinə çəkdirilən zülmləri yumaq istəyirdi sanki! Sonra daşdan süzülən suyun
altında ovcunu nova döndərib doyunca içdi, dişlərinin sızıltısı içinə işləyənə kimi.
Qəti əmindir ki, indi uzaq Qazaxıstanın isti çöllərində atasının da ürəyi sərinlənir,


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə