Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə43/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   39   40   41   42   43   44   45   46   ...   75

təkrarlardı və hər dəfə də söhbəti doluxsunmuş vəziyyətdə və ya gizlətmək
istəmədiyi göz yaşları ilə qurtarardı. Əri gecə ilə alıb aparırlar və ondan bir neçə
həftə sonra da yoldaşını, uşaqlarını və ailənin digər üzvlərini sürürlər. Bir-
birindən həmişəlik ayrı salmaq istəyirlər, ancaq Allahın hansı bir möcüzəsi iləsə
əri aparan yük qatarı yollarda ləngiyir. Yol bağlıymış, qatar xarab imiş – kim bilir.
Qazaxıstanda bir stansiyada dayananda qadınla eyni vaqonda gedən qonşular
qabları su ilə doldurmağa düşür və təsadüfən onun ərini görür. O da su
götürürmüş. Görüşüb ağlaşırlar və qonşu “sənin arvad-uşağın bizimlə bir
vaqondadır, bu suyu da onlara aparıram” deyir. Bu su hadisəsi sürgündə ailəni
təzədən qovuşdurur.
Əlican milli hökumətin qurucusu Məhəmməd Əmin Rəsul​zadənin ailəsinin də
Qazaxıstanda, Qaraqanda tərəflərdə olduğunu təkrarlayaraq, sanki bununla
uşaqlarına çatdırmaq istəyirdi ki, görürsünüz, biz tək deyilik, nə qədər millətini
sevən insan varsa, hamısı qürbətdə, susuz səhralardadır. Bu söhbətdə ağrı-acıyla
yanaşı, həm də bir qürur vardı. Onların kəndindən olan yaşlı adamların çoxu milli
hökumətin tərəfdarı olmuş və 1927-28-ci illərə qədər sovet hökumətinə
müqavimət göstərərək, heç kimə boyun əymədən, gizli dəstələr şəklində dağlarda
vuruşmuşdular və on il sonra “dağ kəndləridir, sərhədin böyründə gələcəyi
yoxdur” bəhanəsi ilə köçürülmələrinin bir səbəbi də bəlkə elə bu idi. Yaşlılar
bunu bilir və Azərbaycanda gizlətsələr də, burda uşaqlarına həvəslə danışırdılar.
Adı dillər əzbəri olan və igidlikdə Qaçaq Nəbi​dən, Qaçaq Kərəmdən də irəli olan
Qaçaq Həsənlə dostluğunu Əlicanın atası az qala “Koroğlu” dastanı kimi həvəslə
danışardı nəvələrinə. Çu vilayətinin sonu görünməyən çöllərində doğulub
böyüsələr də, nəvələrin xəyalında bir dağlar aləmi və o aləmdə 10 il sovet
hökumətinə boyun əymədən, qəhrəmanlıqla vuruşan bir yerliləri vardı. Qaçaq
Həsən doğma kəndində mühasirədən çıxıb Cənubi Azərbaycana keçməzdən əvvəl
bir müddət Moran, Avarağ tərəflərə çəkilmiş, gündüz onları izləyən sovet
hərbçilərindən intiqam alaraq, gecələr meşələrdə gizlənmiş, sonda üstünə gələn
gücün böyüklüyünü görüb İran tərəfə adlamışdı. Bu üzdəki həmin o axırıncı
gecəsini Əlicangildə, yeddi atlısı ilə birlikdə qonaq olmuş, onun görüşünə gələn
kənd ağsaqqalları ilə sabaha kimi söhbət etmişdi. O boyda igid bir də bu üzə
qayıtmayacağını duyubmuş və buna görə də onlardan ayrılmaq istəmirmiş... O
söhbətlərin bəzisi o qədər təkrarlanmışdı ki, uşaqlar əzbər bilirdi. Gənclərin
israrla vətənə can atmalarında bütün bu xatirələrin də təsiri az deyildi. Ancaq
Muradı Bakıya üz tutmağa vadar edən başqa səbəblər də vardı... Son illər burda
da millət söhbətini körükləyir, ağır illərdə çiyin-çiyinə, mehribanlıqla eyni taleyi
paylaşmış adamları bir-birinə qarşı itiləyirdilər. Bunu orta məktəbi bitirərkən


qızıl medal söhbətində də hiss etmişdi...
***
Muradın Bakıya gedəcəyini eşidən kimi Əlicanın qonşuları tökülüşüb gəlmişdi.
Sürgün qonşuları da elə-belə adamlar deyildi. Qazaxıstanın susuz çöllərində
respublikanın yaşıllığa bürünmüş, suları çağlayan, ən abad və qabaqcıl
qəsəbələrindən birini quran kişilərdi. Bir ay, qırx gün yük vaqonunda min zülmlə
gəlib bitib-tükənənə oxşamayan yolun sonunda sanki cəhənnəmin ortasına, ilan-
çayanın arasına buraxmışdılar, qoy ölüm-dirim savaşını burda davam etdirsinlər.
Qışda Sibirin soyuğuna şükür elətdirən küləkli-çovğunlu çöllərdə belə abad
qəsəbə indi məclisə yığışan adamların özlərinin, atalarının, qardaşlarının göz
yaşları və alın təri üstündə qurulmuşdu. Öncə paltar-palazdan daldanacaq
düzəltmişdilər, sonra əli iş tutan, gücü çatan çiy kərpic kəsib dörd divar hörərək,
qarğı-qamışla üstünü örtüb sanki bir saraya girirmiş kimi sığınmışdılar ora. Tanış
olub-olmadığından, hardan və niyə gəldiyindən asılı olmadan, isinişərək bir-
birinə kömək etmiş, bir-birinə dayaq duraraq ölümün cəngindən xilas olmaq
uğrunda dözülməz bir mübarizəyə başlamışdılar. Yarım əsr sonra düz küçələr boyu
sıralanmış daş imarətlərə baxanda buraların bir vaxtlar ilan mələyən çöllər
olduğuna inanmaq istəmirsən. İnsanın nəyə qadir olduğunu təkcə bu kəndin
abadlığı göstərmir, həm də lüt-üryan, ac-susuz, aylarla üz-üzə qaldığı şaxtaya,
aclığa boyun əyməmək gücü göstərir.
Azərbaycandan, Krımdan, Qafqazın şimalından, Tatarıstandan gəlmiş türklər,
yazıq türklər, hər yerdə sıxışdırılan, düşmən görülən, ancaq dözən, sınmayan və
yaşayan, bu yaşamağı ilə düşmənlərinin gözünə tikan kimi batan, çiləkeş türklər bu
qəsəbənin qurucuları idi, ancaq aralarında almanlar, hətta koreyalılar da vardı. Bu
çöllərdə özünü, ailəsini, uşaqlarını qorumaq üçün dözdükləri zülmlər, çəkdikləri
ağlasığmaz əziyyətlər onları doğmalaşdırmışdı. Yer kürəsinin üstündə
yaşadıqlarını bilir və ya təsəvvür edirdilər, ancaq onların həyatı ayrı bir planetdə
yaşamaqdan o qədər də fərqli sayılmazdı. Elə burda da dünyadan qopub
unudulmuş, ölümə tərk edilmiş bir həyatın yox, həyatsızlığın içində idilər.
Şəhərlərlə, çöllərin uzaq yaşayış yerləri ilə indi-indi əlaqə qurulurdusa, bu,
onların öz xidməti idi. Onlar axtarır, onları axtaran yoxdu, onlar vətən deyib
sızıldayır, vətən onları rədd etmişdi və unutmuşdu. Belə də sevgi olar? Səni
çoxdan unutmuş, adını yasaq etmiş, geriyə yolunu qapatmış, alnının ortasına və
xatirənə “satqın” və “xalq düşməni” damğasını vurmuş bir məmləkətin həsrətini
necə çəkmək olar, görəsən? Amma burdakılar hamısı həmin həsrətlə qovrulurdu.
Sürgündəki qonşuluq başqa yerlərdəkinə bənzəməz. Qohum-qardaşını əvəz edir,


dünyada onlardan başqa insan olduğunu da xatırladır və ürəyi ümidlə, işıqla
doldurur. Səhra cəhənnəminə dözüb, onu canlandıraraq addım-addım bağ-
baxçaya, əkin-biçin yerlərinə çevirməkdə köməklərinə çatan başqa bir duyğu da
vardı; təxmini adı Qisasdı bu duyğunun; bəlkə qisas, bəlkə nə vaxtsa ədalətin
qələbə çalacağına inam, bəlkə bir gün onları vətənindən didərgin salanların
məhkəmələrində düşmənlərindən cavab sormaq fürsətini gözləmələri. Ola bilməz
Allah bu boyda haqsızlığa dözənlərin öz düşmənlərindən “bizim təqsirimiz nə
idi?” sualına cavab almaq imkanını da əsirgəsin! O sualı hökmən verəcəkdilər!
Yoxsa cəllad cəzasız şəkildə necə millətin ölümünə fərman versin, onlara
güvənilməyən damğası vursun, ölüm düşərgələrinə yola salsın, “nə bişirdim, nə
yapdım, hazırca kökə tapdım” məsəlində deyildiyi kimi tərk edilmiş torpaqları
başqa millətlərin və ya yuxarıdakıların qohum-əqrəbalarına – erməniyə, rusa,
gürcüyə, kim olur-olsun, təki xaçpərəst olsun – paylasın, onun kimi insan olan
türkün kökünü kəsmək arzusuyla yaşasın və heç bir cəza almasın! Bu mümkün
deyil!..
Tale bu adamları o qədər yaxınlaşdırmışdı ki, bəzən kimin hansı millətdən
olduğunu da unudurdular, bunlar hamısı Sürgün millətinin övladlarıydı...
Pasportlarında millət sorğusunun qabağında “dərd milləti”, “ayrılıq milləti” də
yaza bilərdilər.
Uzun müddət bir kamerada yaşamış məhkumlara bənzəyirdilər. İllər uzunu bu
qürbət kamerasında o qədər sıx ünsiyyətləri olmuşdu, uzaqlarda qalmış
həyatlarından o qədər danışmışdılar ki, bir-birinin yeddi arxa dönəni haqqında da
hər şeyi xırda detallarına qədər bilirdilər.
Sol çiyində oturan Mirhəsən Masallı rayonunun Ərki​van kəndindəndi, nəsilbənəsil
Ərdəbildə, Nəcəfdə təh​sil almış, bölgədə yaxşı tanınan, hörmətli bir ruhani ailə​-
sindəndi. Əlican kişinin də qürbətdə içkin adamlarındandı. İlk tanışlığında Əlican
onun sürgün edilməsinə təəc​cüblənmişdi:
– Sizi niyə qoşublar bu karvana, seyid? Bizim kimi İranla sərhəddə yaşamırsınız,
qohum-qardaşınızın yarısı o tayda qalmayıb; nə adla vətənindən didərgin salıblar
sizi?
– Ağzında “seyid” deyirsən, qonşu! Bizə də bir quyruq qoşdular. Sürgün
olunanların damğası bir deyil ki! Gör nə qədər olmayan günah qoşublar adlarına.
Biri “müsavatçı”, biri “milli hökumətin tərəfdarı”, biri “Şura hökumətinə tabe
olmayan”, biri “millətçi”, biri “türkçü”, biri sizin kimi “sərhəd uşağı –
güvənilməyən”, biri “xaricdə qohumu olan”, biri “antisovet təbliğatı aparan”, biri
də bizim kimi Quran oxuyan! Daha Quran oxuyan qalıb ki! Tək-tük qalan da
qorxusundan Allahın kitabını gizlətdi. Kimin əlində ərəb əlifbası ilə kitab


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə