120
* * *
Qısa zaman kəsiyində Azərbaycan tarixində çox böyük ictimai-siyasi
hadisələr baş verdi, Bakı Xalq Komissarları Soveti, həmçinin Zaqafqaziya Seymi
yaradıldı
və çox keçmədi ki, beynəlxalq aləmdə baş verən proseslər, Rusiya,
Almaniya, Türkiyə ilə İngiltərə arasındakı gərgin hərbi-siyasi münasibətlər və bu
münasibətlərin Zaqafqaziya uğrunda mənfəət savaşlarına təsiri ilə Seym
parçalandı. Gürcüstanın ardınca öz müstəqilliyini elan edən Azərbaycan Xalq
Cümhuriyyəti Milli Şurası 1918-ci il may ayının 28-də İstiqlal Bəyannaməsini
imzaladı. Cümhuriyyətin qarşısında həlli müşkülə çevrliən problemlər vardı ki,
onlardan ən önəmlisi dövlətin paytaxtı Bakı şəhərinin
bolşevik-daşnak hərbi
birləşmələrinin nəzarətində olması idi. Bir tərəfdən S.Şaumyanın başçılıq etdiyi
Bakı Xalq Komissarları Sovetinin "Qızıl Qvardiyası" yaranmış şəraitdən istifadə
edərək Bakı, Quba, Şamaxı, Salyan, Kürdəmir kimi şəhər və qəsəbələri dağıdıb
viran qoyaraq Gəncəyə doğru hərəkət edir, digər tərəfdən isə Zəngəzuru işğal edib
Qarabağa hücum edən Andranik də Gəncəyə hücuma hazırlaşırdı. Bununla bağlı
M.Ə.Rəsulzadə yazırdı: "Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə çarə
vardı - Türkiyə. Ümidlər oraya dikilmişdi".
Regionda baş verən gərgin ictimai-siyasi,
hərbi vəziyyətin məntiqi
nəticəsi kimi gürcülərin almanlarla ittifaqından sonra Osmanlı dövləti ilə
Azərbaycan hökuməti arasında 4 iyun 1918-ci il tarixində "Dostluq və
Əməkdaşlıq" haqqında müqavilə imzalandı. Bu müqaviləyə görə, Azərbaycan
ölkədə asayiş və təhlükəsizliyin təmin olunması, dövlətə qarşı olan təhlükələrin
aradan qaldırılması üçün Türkiyədən ordu yardımı və silah köməyi ala biləcəkdi.
Beləliklə, Azərbaycan və Türkiyənin
milli hərbi qüvvələrinin, çoxsaylı
könüllülərinin qatıldığı Qafqaz İslam Ordusu formalaşdırıldı və istiqlal savaşına
başlanıldı.
Qafqaz İslam Ordusu komandanı Nuru Paşanın siyasi müşaviri kimi
Türkiyədən Azərbaycana gələn Əhməd bəy Ağaoğlu Gəncədə "Türk yurdu"
qəzetini nəşr etdi. Çox təəssüf ki, Azərbaycan uğrunda gedən hərbi savaş və mətbə
imkansızlığı ucbatından qəzetin cəmi üç sayı işıq üzü gördü. Tiflisdən Gəncəyə
köçən milli Azərbaycan hökuməti Azərbaycanın bütövlüyü savaşında mətbu
imkanların yoxluğunu hiss etdi və bir sıra tədbirlər görməyə başladı.
Mətbə işinin təşkilini əsas vəzifə kimi diqqətə alan milli hökumət və ordu
komandanlığı Tiflisdə vaxtilə fəaliyyət göstərmiş, anadilli
qəzetləri nəşr edən bir
sıra mətbələrin Gəncəyə gətirilib quraşdırılması qərarına gəldilər. Mərkəzi Dövlət
Tarix Arxivinin 894-cü fondunda saxlanılan milli hökumət qərarlarından bəlli olur
ki, Tiflisdə Kamal əfəndiyə məxsus olan mətbəənin qiymətləndirilməsi və vəsait
sahibinə ödənildikdən sonra Gəncəyə gətirilməsi barədə qərar qəbul olundu.
121
Qafqaz İslam Ordusu bolşevik-daşnak birləşmələrinə, ingilis qoşunlarına
qarşı 6 ay savaş apardı. Göyçay, Kürdəmir, Salyan, Neftçala, Şamaxı
düşmənlərdən
təmizləndi və nəhayət, 1918-ci ilin sentyabrın 15-də Bakı azad
edildi. Bu xəbəri sentyabrın 16-da Gəncədə Yelizavetpol qubernatorunun
mətbəəsində çap olunan "Azərbaycan" qəzeti xəbər verdi. Dörd səhifədən ibarət
olan bu qəzetin iki səhifəsi Azərbaycan türkcəsində, iki səhifəsi isə rus dilində
buraxıldı.
Dostları ilə paylaş: