Akġf aġirli


Qrifli nəĢr N -098 - 2009          ©  «Elm və Təhsil» nəĢriyyatı, 2009



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə2/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   2   3   4   5   6   7   8   9   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Qrifli nəĢr
N -098 - 2009 
 
 
 
 
© 
«Elm və Təhsil» nəĢriyyatı, 2009 
 



Klassiklərimiz mətbuatı insanların ruhunu təzələyən səhər mehi
cəmiyyətin hərəkətverici qüvvələrindən biri, dövrün aynası, xalqın görən gözü, 
eşidən qulağı və s. epitetlərlə təqdim və təqdir etmişlər. Doğrudan da ümummilli 
mədəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını, 
məişət və yaşayış tərzini, ictimai-mədəni proseslərə sosial-psixoloji münasibətini 
özündə əks etdirən, eyni zamanda onun hər hansı məsələyə münasibətinin 
formalaşmasında əhəmiyyətli rol oynayan bir vasitədir. Ona görə mətbuatın elmi-
nəzəri, metodiki və təcrübi baxımdan dərki və inkişaf mərhələlərinin şərhi də 
diqqət mərkəzində olmuş, bu barədə şeir, məqalə və kitablar yazılmış, bir-birindən 
maraqlı fikirlər söylənmişdir. İş clə gotir-mişdir ki, mətbuata, onun əhəmiyyətinə 
dair ilk qiymət verib fikir söyləyən qələm əhli də elə şair, yazıçı və publisistlər 
olmuşlar. Milli mətbuat tariximizin keçdiyi yolu araşdıran, onun ümumi 
mənzərəsini canlandırmağa çalışmaq təşəbbüsü ilə qələmə sarılanlar da mətbuat və 
ədəbiyyat 
xadimləri 
olmuşlar. 
F.Köçərli, 
Ə.Ağayev, 
M.Şahtaxtlı, 
M.B.Məhəmmədzadə və başqaları bu qəbildəndir. Akif Aşırlı da ixtisasca tarixçi, 
peşəcə jurnalistdir. Onun baş redaktor kimi nəşr etdiyi "Şərq" qəzeti çağdaş media 
məkanında özgün yeri olan bir mətbuat orqanıdır. A.Aşırlı jurnalistliklə yanaşı, 
tədqiqatçılıqla da məşğuldur. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun 
dissertantı, bir neçə kitabın müəllifidir. Ali təhsil müəssisələrimizdən birində öz 
peşəsi ilə bağlı mühazirələr də oxuyan A.Aşırlı milli mətbuatımızın inkişaf yoluna 
dair araşdırma aparmışdır. 
Azərbaycan mətbuatının inkişaf yolu və nəzəri məsələlərinə dair görkəmli 
alimlərimizdən Ə.Şərif, Ə.Mirəhmədov, N.Axundov, M.Məmmədov, Ş.Hüseynov, 
M.İbrahimov, Ş.Qurbanov, A.Zeynalzadə, İ.Həbibbəyli, Ş.Vəliyev və b. qiymətli 
elmi əsərlər, monoqrafiya və kitablar nəşr etdirmişlər. N.Zeynalovun "Azərbaycan 
mətbuat tarixi" dərsliyi uzun müddət müəllim və tələbələrin istifadəsində 
olmuşdur. Bu əsərlər qiymətli cəhətləri ilə yanaşı, təbii olaraq bəzi ideoloji 
xüsusiyyətləri də özlərində əks etdirməkdədir. Ancaq dövlət müstəqilliyimizin 
bərpasından ötən iyirmi ilə yaxın bir müddətdə son elmi və metodiki nai-liyyətləri 
özündə oks etdirən, hər hansı ideoloji təsirdən uzaq olan mətbuat tarixi dərsliyimiz 
yazılmayıb. Ona görə mövcud boşluğun doldurulmasına bu və ya başqa dərəcədə 
kömək edə bilən bu cür kitabların yazılması lazımlı və indilikdə faydalıdır. 
Akif Aşırlı mətbuata dair fikir və mülahizələrini bu sahədə indiyə qədər 
yazılıb çap etdirilən elmi-tədqiqat işlərinin üzərində qurmuşdur. Bununla yanaşı, 
həmin tədqiqat və dərsliklərdə olan ideoloji baxış və münasibətlərdən uzaq olmağa 
çalışmışdır. Nəticədə mətbuat tariximizə dair müasir baxış mövqeyini özündə 
əsasən əks etdirən bir kitab yaza bilmişdir. Xüsusən "Ziya" ("Ziyayi-Qafqaziyyə"). 
"Fyuzat" jurnalı, Ə.Hüseynzadə, H.Vəzirov və b. haqda son dövr elmi 
araşdırmalarının nəticələrinə əsaslanan fikirlər gənc nəsli əvvəlki mənbələrdə olan 



ideoloji və bəzi elmi-tarixi təhriflərin təsiri altına düşməkdən qorunmasına kömək 
edə bilər. 
Müəllif bəzi mətbuat orqanları, məsələn, "Şərqi-rus", "Molla Nəsrəddin", 
"Açıq söz", "Azərbaycan", "Bəsirət" və s. təsvirçiliyə yol verib, bəziləri haqda 
(uşaq mətbuatı, satirik jurnalların əksəriyyəti və s.) ötəri məlumat versə də, 1920-ci 
ilə qədərki Azərbaycan mətbuatının ümumi mənzərəsi, onların istiqamətləri və 
ictimai fikir tariximizdəki xidmətləri haqda özünün imkanları daxilində mövcud 
mənbələrdən istifadə yolu ilə müəyyən təsəvvür yarada bilmişdir. Odur ki, bu kitab 
jurnalistika və mətbuat tarixi sahəsi ilə maraqlanan oxucu və tələbələr üçün faydalı 
hesab edilməlidir. Şübhə yoxdur ki, əsl mətbuat tarixi və nəzəriyyəsi mütəxəssisləri 
və ali məktəbdə çalışan alimlərin səyi ilə yaxın illərdə mükəmməl mətbuat tarixi və 
bu sahəyə dair dərsliklər, dərs vəsaitləri yazılaraq oxucuların istifadəsinə 
veriləcəkdir. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə