Akġf aġirli


"Əkinçi"nin nəşrə başlaması



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə6/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   2   3   4   5   6   7   8   9   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

"Əkinçi"nin nəşrə başlaması.
 
Çar Rusiyasında 1865-ci ildə qəbul 
olunmuş "Senzura haqqında qəti qanun"dan sonra mətbu nəşrin qeydə alınması və 
çapı olduqca çətin iş idi. Çar idarələrindəki süründürməçilik, hərc-mərclik 
Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. 
Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. 
Maliyyə vəsaiti əldə etdikdən sonra H.Zərdabi Bakının qubernatoru, 
general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə 
istədi. Bu məsələyə toxunan Zərdabi yazır: "Mən ona (yəni Staroselskiyə - red) 
fərzimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyum ki, guya, 
məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğunu qəbul 
eləsin. Bu tövr ərizə verib icazə aldım". Azərbaycan milli mətbuatının əsasını təşkil 


17 
edən bu mətbu nəşrin adının "Əkinçi" olması, şübhəsiz ki, çar rejiminin fikrini 
qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. 
Nəhayət, qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də 
"Əkinçi"nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli 
mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa 
maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən 
Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. Hansı 
məsələlərin qəzetdə əksini tapacağı sualına "Əkinçi"nin ilk nömrəsində Zərdabi 
cavab verdi və bəlli oldu ki, qəzetin məramnaməsi belə olacaqdır: 
1.
Daxiliyyə - buradakı məqalələr qəzetin münşisi tərəfindən 
yazılacaqdır. 
Əkin və ziraət xəbərləri - yəni bizim, ya qeyri vilayətlərdə olan 
əkinçilərdən.. onları becərmək vaxtında işlədilən əsbablardan, əkin yerini şum 
etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, 
xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq 
olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan, mallardan əmələ gələn 
şeylərdən danışıq olacaqdır, yəni bizim və qeyri-vilayətlərdə nə qisim mallar 
saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr 
yaxşıraq əmələ gətirməkdən danışılacaqdır. 
3.
Elm xəbərləri - yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn, 
insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışılacaqdır. 
4.
Tazə xəbərlər - bir ncçə qism olacaqdır, əvvələn ticarət 
xəbərləri olacaq, yəni bizim vilayətimizdə və qeyri vilayətlərdə bir şey, məsələn, 
buğda-filan şəhərdə, ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər 
verəcəkdir və s. 
İlk sayda dərc olunan məqalədən və bu məlumatlardan göründüyü kimi 
Həsən bəy "Əkinçi"nin əsas ideya istiqamətlərinin 4 əsas şöbədə əksini tapacağını 
müəyyənləşdirmişdi. Lakin "Əkinçi"nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar 
şöbəsi də açıldı və "məktubat" rubrikası altında məqalələr dərc olundu. 
"Əkinçi" Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının 
qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə 
oxuyurdular. Hənifə xanım Abayeva öz xatiratında "Əkinçi"nin yayıldığı geniş 
coğrafiyaya toxunaraq yazırdı: "Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən 
tərpətmişdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən 
keçmişdi... Qəzetin ilk abunəçiləri, onu birincilər sırasında salamlayanlar 
Omskdan, Tümendən, Cistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu 
tatarları idilər". 
"Əkinçi"nin sorağı Londona da gedib çıxmışdı. Bakıya gələn bir fransız 
müxbiri isə H.Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə 


18 
getmiş və demişdir: "Siz həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb qəzetdə 
işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz 
xalqınızı ürəkdən sevirsiniz". 
Fransız müxbirinin müşahidələrinin ciddi əsasları vardı və şübhəsiz ki, 
Zərdabini hərəkətə gətirən milli təəssübkeşlik hissi idi. Qəzet və onun baş yazan 
həmin dövrdə artıq Azərbaycanda öz mövqelərini möhkəmlədən və bu torpaqların 
həqiqi sahiblərinə qarşı mübarizəyə başlayan erməni ideoloqlarının qarşısında 
yeganə sipərə çevrilmişdi. "Əkinçi"nin bir sıra saylarında həmin dövrün qatı 
millətçi mövqeyində dayanan erməni qəzeti "Mşak" və onun redaktoru Arsuni ilə 
kəskin polemikaya təsadüf olunur. H.Zərdabinin mənəvi birliyin vacibliyi 
haqqındakı fikirlərinə torpaq iddialarıyla cavab verən Arsruni yazırdı: "Verin bizə 
elə yerləri ki, keçmişdə onları güc ilə zəbt etmisiniz və ondan sonra gedib ittihadi-
islami o səhralarda eləyin ki, orada islam bina olub". 
Arsuninin bu açıqlamasına səbr göstərən Zərdabi yüksək mədəniyyətlə 
erməni iddialarına cavab vermişdi: "Ey cənab Arsruni, əgər ki, cənabınız doğru 
buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq 
elm-təhsil etməyə raqibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq 
edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırsınız?" 
Həsən bəy xalqın yaşadığı faciələri, fəlakətləri və başına açılan min cür 
haqsız oyunların əsas səbəbini savadsızlıqda, cahillik və dini fanatizmdə görürdü. 
Bu bəlalardan xilas olmağın yeganə yolunu maarifdə, mədəniyyət ocaqlarının 
təsisində, Avropa təhsil sisteminin tətbiqində görürdü: "Bari gələcək vaxt üçün 
məktəbxanalar səyində olub, elm səbəbi ilə uşaqlarını sənətkarlığa və işlərə həris 
eləsinlər ki, özləri çəkən zillətləri uşaqları çəkməsinlər". 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə