Akġf aġirli


qiymətli məxəz olan " Azərbaycan türk mətbuatı"  əsəri A.Bayramoğlunun transleterasiyası, ön söz, lüğət



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə4/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   2   3   4   5   6   7   8   9   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

 
qiymətli məxəz olan " Azərbaycan türk mətbuatı" 
əsəri A.Bayramoğlunun transleterasiyası, ön söz, lüğət
 
və qeydləri ilə birgə Bakı 
Universiteti nəşriyyatı tərəfindən 2004-cü ildə nəşr edilib. 
Nəriman Zeynalovun 1974-cü ildə çap etdirdiyi iki hissəli "Azərbaycan 
mətbuatı tarixi" kitabı universitetin jurnalistika fakültəsinin tələbələri, həmçinin 
mətbuat tariximizi öyrənmək istəyənlər üçün nəzərdə tutulmuş yeganə dərslikdir. 
Ali məktəblərdə jurnalist təhsili
 
alan tələbələr indi də bu kitabda əksini tapan 
məlumatlardan yararlanırlar. Kitabçalar şəklində çap olunan bu əsər dövrün 
tələbinə uyğun ideoloji nöqteyi-nəzərdən, marksizm-leninizm metodologiyasına 
əsaslanaraq qələmə alındığından müasir tələblərə uyğun deyil. "Həyat", "İrşad", 
"Fyuzat" kimi milli mövqelərin tribunası olan mətbu orqanlar "burjua mətbuatı" 
möhürü ilə ciddi, obyektiv tədqiqatdan kənarda qalıb, "Ziya" ("Ziyayi-
Qafqaziyyə"), "Şərqi-rus" kimi qəzetlər, "Kəşkül" jurnalı "məhdud görüşlərin 
daşıyıcıları" kimi təqdim olunub. Bu kitab qələmə alınan zaman məxəz kimi 
N.Zeynalovun "Azərbaycan mətbuatı tarixi" kitabından istifadə edilib, bəzi faktlar 
ideoloji kölgədən çıxarılıb, jurnalistikanın təhqiqat və obyektivlik prinsipləri 
qorunub-saxlanılıb. Filologiya elmləri doktoru Ağarəfi Zeynalzadənin "Elm" 
nəşriyyatı tərəfindən çap edilən "Azərbaycan mətbuatı və çar senzurası. (1850-
1905-ci illər") monoqrafiyası mətbuat tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir. 
Kitabda Azərbaycan mətbuatı və senzura münasibətləri arxiv sənədləri əsasında 
elmi-tədqiqata cəlb edilib, kifayət qədər dolğun faktlar aşkarlanıb. Haşım bəy 
Vəzirovun yaratdığı mətbu orqanların tədqiqi baxımdan da A.Zeynalzadənin böyük 
xidmətləri var. 


10 
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əziz 
Mirəhmədovun müxtəlif illərdə qələmə aldığı "Azərbaycan ədəbiyyatına dair 
tədqiqlər", "Azərbaycan Molla Nəsrəddini" kitabları, monoqrafiyaları elmi təhlil 
baxımından bu gün də öz elmi dəyərini qoruyub saxlayır. Müəllif kitab üzərində 
işləyən zaman Ə.Mirəhmədovun əsərlərindən, tədqiqat materiallarından əsas 
mənbə kimi yararlanıb. 
Azərbaycan mətbuatı tarixinin məhsuldar araşdırıcısı, jurnalistikamızın 
ağsaqqalı, professor Şirməmməd Hüseynovun 2007-ci ildə "Çənlibel" nəşriyyatı 
tərəfindən nəşr olunan "Mətbu irsimizdən səhifələr", "Müstəqilliyə gedən yol. Biz 
hara gedirik?" kitabları və müxtəlif dövri mətbuat orqanlarında çap etdirdiyi 
məqalələr bu kitabın əsas faktoloji-elmi mənbələri sırasındadır. 
Əsərdə filologiya elmlori doktoru, professor Şamil Vəliyevin "Fyuzat" 
ədəbi məktəbi" kitabından və "525-ci qəzet"in səhifələrində "İrşad" qəzetinin 
tarixi, ideya-siyasi istiqaməti ilə bağlı çap etdirdiyi "Azərbaycan mətbuatının yol 
göstərəni" silsilə yazılarından istifadə olunub. 
Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun müxtəlif 
illərdə nəşr etdiyi "Şamaxı və maarifçilik" (XIX əsrin ortalarından mart 1918-ci ilə 
qədərki ədəbi mühit. Bakı, 1977), "M.Ə.Sabir mətbuatda" (Bakı-2006), 
"Azərbaycan Demokratik Cümhuriyyəti dövründə ədəbiyyat" kitabları, bir sıra 
kütləvi informasiya vasitəsində işıq üzü görən məqalələri də əhatə dairəsinə, 
məlumat zənginliyinə görə seçilir. A.Bayramoğlunun elmi yaradıcılığı kitabın əsas 
mənbələri sırasındadır. 
Professor Şamil Qurbanovun "Ömrün fikir dünyası" (Bakı. 1991), "Ömər 
Faiq Nemanzadə" ("Gənclik" nəşriyyatı. 1992) kitablarında da mətbuat tariximizin 
ayrı-ayrı nümunələri tədqiqata cəlb olunub, dövrün qüdrətli qələm sahibi Ömər 
Faiq Nemanzadənin həyatı, şəxsiyyəti, "Qeyrət" mətbəəsindəki fəaliyyəti və mətbu 
irsi araşdırılıb. 
Filologiya elmləri namizədi Ofeliya Bayramlı Ə.Hüseynzadə və 
Ə.Ağaoğlu irsinin tədqiqinə xeyli zəhmət sərf etmiş, "Fyuzat" dərgisinin bütün 
sayını ərəb qrafikasından latın əlifbasına çevirərək geniş oxucu kütləsinin 
ixtiyarına vermişdi. Məhsuldar tədqiqatçı müasir oxucuda bu dərgi barəsində bitgin 
fikir formalaşdırıb, türkçülük və millətçilik hərəkatının bədii-fəlsəfi mahiyyətini 
onlara aşılayıb. 
"Molla Nəsrəddin"in 1910-cu ilə qədərki nəşri Elmira Kazımova, 
Əliheydər Hüseynov, Turan Həsənzadənin transleterasiyası ilə yenidən çap 
olunmuşdur ki, bu da jurnalın yaradıcılıq istiqamətlərinin, toxunduğu mövzuların 
öyrənilməsi baxımından ilk mənbə kimi əhəmiyyətlidir. 


11 
Cümhuriyyət dövrü mətbuatının tədqiqatçılarından İslam Ağayevin, Asif 
Rüstəmlinin araşdırmaları, monoqrafıyaları da kitabın işlənilməsində xeyli sayda 
faktoloji materiallar verib. 
"Azərbaycan" qəzetinin 2008-ci ildə 90 illiyi ilə bağlı kcçi-rilən toplantılar 
və elmi-praktik konfransın materialları əsasında çap olunmuş "Azərbaycan-90" 
kitabı da elmi yeniliklər ilə zəngindir. 2003-cü ildə iki cilddə nəşr olunan 
"Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası da müəllifin nəzərə aldığı əsas 
mənbələrdəndir. 
"Azərbaycan mətbuatı tarixinin" yeni biçimdə işlənilməsində xatirə və 
memuar ədəbiyyatından da istifadə olunmuşdur. C.Məmmədquluzadənin, 
A.Şaiqin, Ö.F.Nemanzadənin, M.S.Ordubadinin dövrü mətbuat haqqında, ayrı-ayrı 
publisistlər, ədib və yazıçılar barəsində qələmə aldıqları xatirələrdə də mətbu irsin 
araşdırılması üçün maraqlı faktlar mövcuddur. Həsən bəy Zərdabinin xanımı 
Hənifə xanım Abayevanın çap olunmuş xatirəsi, Fərhad Ağazadənin 1926-cı ildə 
"Kommunist" qəzeti tərəfindən nəşr etdirdiyi "Əkinçi" adlı kitabçası bu baxımdan 
əhəmiyyətlidir. 
Mətbuat sferasına aid olan mətbəəçilik işi də diqqətdən kənarda 
saxlanılmamış, müxtəlif dövrlərdə fəaliyyət göstərən "Qeyrət", "Orucov 
qardaşları", "Kaspi", "Açıq söz", "Səda" kimi mətbəələrin tarixi, çap etdirdiyi 
nəşrlər də kitabda yığcam şəkildə əksini tapmışdır. 
Azərbaycan mətbuatı tarixinin dövriləşməsi problemi də indiyə qədər elmi 
ictimaiyyətin diqqətindədir. Bəzi tədqiqatçıların fikrincə, Azərbaycan mətbuat 
tarixi üç mərhələyə bölünür. Birinci dövr "Əkinçi" ilə başlayır və 1920-ci ilə qədər 
zaman kəsiyini əhatə edir. Azərbaycanın sovetləşməsi ilə ikinci dövr başlanır və 
yeni tipli sovet jurnalistika məktəbi yaranır, mətbuatda yeni texnologiyalardan 
istifadə edilir. Bu mərhələ 1990-cı ilə qədər davam edir. Üçüncü dövr isə çağdaş 
jurnalistika sferasını özündə birləşdirir. Zənnimizcə, bu dövrləşmədə Azərbaycan 
Xalq Cümhuriyyəti dövrü Azərbaycan jurnalistikasının məxsusi mərhələsi kimi 
qəbul olunmalıdır. Çünki 23 aylıq zaman kəsiyində Azərbaycan mətbuatı tarixində 
fikir plüralizminin yaranması, ayrı-ayrı ideologiyaların daşıyıcısı olan mətbu 
orqanların fəaliyyəti, "Mətbuat haqqında nizamnamə"nin qəbulu kimi mütərəqqi 
ideyaların həyata keçirilməsi ayrıca bir dövrü özündə ehtiva edir. 
Mətbuat tariximizin dövriləşmə konsepsiyasına daha dəqiq və geniş 
yanaşmanı BDU-nun tarix və ideoloji iş metodları kafedrasının tədris proqramında 
görmək mümkündür. Beş mərhələdən ibarət olan mətbuat tarixinin xronoloji 
çərçivəsi bu şəkildə müəyyənləşdirilib: 
1.
"Əkinçi"yə qədərki hazırlıq dövrü. 
2.
Azərbaycan milli mətbuatının və jurnalistika sisteminin yaranması 
(1875-1917) 


12 
3.
AXC dövrü mətbuatı və jurnalistikası (1918-1920) 
4.
Sovet dövrü Azərbaycan jurnalistikası (1920-1991) 
5.
Müasir Azərbaycan jurnalistikası (1991 - hazırkı dövrədək) 
Kitabı hazırlayan zaman müəllif müəyyən olunmuş bu xronoloji ardıcıllığı 
izləməyə çalışıb. 
Müəllifin qarşısına qoyduğu ən mühüm məsələ Azərbaycan mətbuat 
tarixinin iki mərhələsini, yəni 1875-ci ildən 1918-ci ilədək və Cümhuriyyət 
dövrünü əhatə edən mətbu orqanların ideya-siyasi istiqamətləri, yaradıcı heyəti və 
nəşri barəsində oxucuda ilkin və yığcam fikir formalaşdırmaqdır. Bu prinsip əsas 
götürülərək obyektiv yanaşma tərzi ilə faktlar sistemləşdirilib, ayrı-ayrı mətbu 
orqanların ideoloji istiqamətləri müəyyənləşdirilib və milli jurnalistikamızın tarixi 
inkişaf prosesi ardıcıllıqla izlənilib. Müəllif kitabın qüsurlardan xali olduğu 
iddiasında deyil. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə