Akġf aġirli


Qəzetin başlıca mövzuları



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə7/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   2   3   4   5   6   7   8   9   10   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Qəzetin başlıca mövzuları.
 
Rusiyada təhsil aldığı illərdə demokratik 
fikirli ziyalılarla ünsiyyət quran və dövrün mütərəqqi ideyalarını mənimsəyən 
Zərdabi "Əkinçi" qəzetinin nəşri ilə bu ab-havanı Azərbaycanda görmək istəyir, 
xalqın tərəqqisi məsələsini başlıca məqsəd kimi götürürdü. İnsan
 
hüquqlarını ön 
planda götürən "Əkinçi" 6-cı sayında yazırdı: "Bizim şəriətimizə görə qulu azad 
etmək çox böyük savab olduğunu bilə-bilə özümüz öz xahişimizlə bir-birimizə qul 
olmuşuq. Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya 
məgər qul deyilmi? Bəli, biz hamımız quluq. Buna səbəb bizim ata-baba 
adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri 
qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə də bilmərik". 
Çətin bir dövrdə nəşr olunmasına, milli qəzetlərin yoxluğuna 
baxmayaraq "Əkinçi" azad söz probleminin mövcudluğunu ortaya qoyurdu: 
"Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə 
eləyər, haçan keyfi necə istəsə mələyər, amma insan nəinki öz istədiyini edə bilmir, 
hətta keyfi istədiyi kimi danışa da bilmir". Azad söz və fikir sərbəstliyinin mövcud 


19 
olmadığını üstüörtülü şəkildə çarizmin yeritdiyi siyasətlə bağlayan "Əkinçi"lər 
səbəblərdən biri kimi köhnə qaydaların dəyişdirilməsində də görürdü. Zərdabi və 
məsləkdaşlarının qəzet səhifələrində dərc etdirdikləri yazıların bir qismi dini 
fanatizm və mövhumata həsr olunmuşdu. Məişətdəki yeniliyə qarşı çıxanlara
 
sərt 
cavab verən Zərdabi yazırdı: "Çəkmə geyməkdə bir günah yoxdur və hər kəs fikir 
eyləsə görər ki, çəkmə geyməklə insan müsəlmanlıqdan çıxmaz. Amma bir şəxs... 
başmaq yerinə çəkmə geyəndə şüəralar onu həcv edir, mollalar ona mənbərdən 
lənət oxuyur, əvamünnas salam verməyir, xülasə hamımız birləşib onu kafir hesab 
edib, o qədər incidirik ki, biçarə naəlac qalıb öz millətini atıb gedib xaricilərlə üns 
tutur ki, onun övladı onların içində böyüyüb onların tərəqqisinə daxil olur. Əlbəttə, 
belədə nə qədər səy edək ki, buğda bitsin, olmaz". 
"Əkinçi" islamda mövhumatı və dini fanatizmi qəbul etmir, dini ayinləri 
həyata keçirərkən Quranda nəzərdə tutulan qaydalardan kənara çıxmaları zərərli 
hal hesab edirdi. Aşura günü baş yarmanın əleyhinə müzakirə
 
açan "Əkinçi" bu 
halın islam qayda-qanunları ilə bir araya sığmadığını göstərirdi. Qəzetdə 
H.Zərdabinin, Əhsənül-Qəvaidin, Ə.Gorani, Heydəri və başqalarının bu mövzuda 
kəskin çıxış etmələrini qəbul etməyənlər də etirazlarını, mövqelərini qəzetə 
ünvanlayırdılar. Qarabağdan Həsən Qara Hadı, Qubadan Hadimül-Qəvaid, kapitan 
Sultanov, "Əkinçi"nin dini fanatizmin əleyhinə apardığı bu müzakirələri qəbul 
etmir, öz mövqelərini kəskin şəkildə bildirir, hətta təhqir yolu tuturdular. 
Seyid Əzim Şirvani Hadının təhqiramiz həcvinə cavab olaraq yazmışdı: 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə