Akġf aġirli


Azərbaycanda dövrü mətbuatın yaranması



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə5/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   2   3   4   5   6   7   8   9   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Azərbaycanda dövrü mətbuatın yaranması.
"Əkinçi" qəzeti" 
XIX yüzilliyin 50-60-cı illəri Azərbaycanda feodal üsul-idarəsinin süquta 
uğradığı və yeni kapitalist münasibətlərinin inkişafı ilə xarakterizə olunur. 
Rusiyada təhkimçilik, Azərbaycanda isə feodal münasibətlər məhsuldar 
qüvvələrin, kapitalizmin inkişafına böyük əngəl idi. 1861-ci ildə Rusiyada 
təhkimçilik hüququnun ləğvi burada kapitalizmin inkişafına əlverişli şərait yaratdı. 
1864-cü ildə Gürcüstanda təhkimçilik hüququnun ləğvindən sonra, daha dəqiq, 
1870-ci ildə Azərbaycanda da kəndli islahatlarını həyata keçirmək üçün əsasnamə 
imzalandı. Əslində bu əsasnamədə yeni bir şey yox idi və o, 1847-ci il əsasnaməsi 
ilə eyniyyət təşkil edirdi. Fərqlilik isə ondan ibarət idi ki, kəndlilərin asılılığı 
azaldılır, hər 15 yaşa çatmış şəxsə 5 desyatin torpaq verilirdi. Əslində əsasanmənin 
icrası zamanı torpağı 5 desyatindən aşağı olanlara əlavə torpaq verilmədi, 
kəndlinin yaşayış binasının, təsərrüfat tikililərinin sahəsi də pay torpaqlarına daxil 
edildi. Kəndlilərdən yığılacaq vergilər də əvvəlki əsasnamədə nəzərdə tutulduğu 
kimi qaldı. Torpaq islahatları ilə yanaşı, Azərbaycanın bölgələrində məhkəmə, 
şəhər və inzibati idarə islahatları da həyata keçirilmişdi. Formal şəkildə aparılan bu 
dəyişikliklər feodal istehsal münasibətlərinin kapitalist münasibətləri ilə 
əvəzlənməsindən doğurdu. Qafqazdakı ali hakimiyyət burada çar canişinlərinin 
əlində cəmlənmişdi. Quberniyaları bütün mülki və hərbi hakimiyyətə sahib olan 
qubernatorlar idarə edirdilər. Quberniyalar isə qəzalara bölünürdü. Keçirilən bu 
islahatların əsas məqsədi çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçiliyi 


13 
möhkəmlətməkdən ibarət idi. İnzibati-ərazi bölgüləri yaradılarkən bu və ya digər 
daxil edilən əhalinin milli tərkibi, onun tarixi-dini ənənələri nəzərə alınmırdı. 
Bu islahatların yarımçıq, formalizm xatirinə keçməsinə baxmayaraq 
məhsuldar qüvvələrin və kapitalizmin önə çıxması, inkişafı üçün az da olsa 
imkanlar yarandı. İqtisadiyyatı, sənayesi Rusiya bazarları ilə formalaşan 
Azərbaycanda kənd təsərrüfatının, sənayenin tərəqqisi ləng olsa da inkişafa 
meyilləndi. 
1860-cı illərdən sonra neft sənayesinin mərkəzi olan Bakıda yeni istehsal 
münasibətləri, kapital axını gücləndi. Bu müddətdə neftverən torpaqların 
icarədarları arasında Azərbaycan burjuaziyasının yeganə nümayəndəsi Hacı 
Zeynalabdin Tağıyev idi. 
Neftə olan tələbat və Bakının enerji qaynaqları neft sənayesinə rus və 
xarici kapitalın axınına səbəb oldu. 1879-cu ildə "Nobel qardaşları" şirkəti, 
Rotşildin simasında fransız kapitalı nüfuz etdi. Daha sonra digər xarici ölkələrin 
nümayəndələri də Bakı neft sənayesində mövqe savaşına başladılar. İstehsalın 
sürətlə artması sənayeçilərə külli miqdarda qazanc gətirdi. Az vaxtda Bakıda 
onlarla neft sənayesi meydana çıxdı ki, onların arasında azərbaycanlı 
sahibkarlardan H.Z.Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Ş.Əsədullayeva 
və başqaları var idi. 
Kapitalizmin inkişafı, cəmiyyətdə baş verən mütərəqqi dəyişikliklər 
Azərbaycanın 
müxtəlif 
bölgələri 
arasında 
iqtisadi 
birliyin 
təməlini 
möhkəmləndirdi, xalqın dili, mədəniyyəti ön plana çıxdı və Azərbaycan xalqı 
burjua milləti kimi formalaşmağa başladı. Burjua millətinin yaranması 
azərbaycanlıların həyatında mühüm tarixi hadisə idi. Bu, azərbaycanlıların milli 
şüurunun formalaşmasına səbəb oldu. Milli şüurun formalaşması isə müstəmləkə 
zülmünə qarşı mübarizə üçün çox vacib idi. 
Şimali Azərbaycanın da daxil olduğu Rusiya imperiyasının tərkibində 
müstəmləkə əsarətində müxtəlif xalqlar və millətlər yaşayırdılar. Çarizm 
imperiyasına daxil etdiyi millətlərin baş qaldırmasına, öz azadlığı uğrunda 
mübarizəyə qalxmasına mane olurdu, "parçala, hökm sür" siyasətini həyata 
keçirirdi. Xalqları əsarət altında saxlamaq üçün çarizm onları dini xurafat içində 
saxlamağa, savadlanmasına mane olmağa çalışır, ruslaşdırma siyasəti həyata 
keçirirdi. Çarizm yerlərdə müstəmləkə zülmünə qarşı hər hansı etirazı qan içində 
boğurdu. Belə bir şəraitdə Azərbaycan milli burjuaziyası, xalqın qabaqcıl 
nümayəndələri xalqı savadlandırmaq, gözünü açmaq, maarifləndirmək üçün 
əllərindən gələni edirdilər. 
Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün 
görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə 
başladı. Təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana 


14 
dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, 
S.Ə.Şirvaninin xidmətləri danılmazdı. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə 
şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və 
ana dili tədris olunurdu. 
Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli 
maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov
S.M.Qənizadənin 
xidmətləri 
böyükdür. Azərbaycan maarifçilər nəslinin 
nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi 
ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar. 
Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər. 
Bütün çətinliklərə baxmayaraq bu işə Həsən bəy Zərdabi başladı. 
Bu dövrdə Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm amillərindən 
biri milli mətbuatın yaranması oldu. 
Həsən bəy Zərdabi (Məlikov) 1837-ci ildə Göyçay qəzasının Zərdab 
kəndində doğulub. Bu böyük mütəfəkkirin doğum tarixi ilə bağlı müxtəlif fikirlər 
var və yaxın zamanlaradək Zərdabinin 1842-ci ildə anadan olması elmi-tədqiqat 
materiallarında əksini tapırdı. Lakin Həsən bəyin həyat yoldaşı Hənifə xanım 
Məlikova (Abayeva) öz xatirələrində Zərdabinin doğum tarixini 1837-ci ilin 
noyabr ayının 12-də olduğunu yazır. 
Həsən bəyin babası Rəhim bəy və atası Səlim bəy mülkədar sinfinə 
mənsub idilər və şeirə, poeziyaya həvəs göstərirdilər. Evlərindəki qonaqlıq 
məclislərinə daim şairlərinə gəldiyi haqda Hənifə xanım Abayeva Həsən bəyə 
istinadən öz xatirələrində qeyd edir . 
Həsən bəy 7-8 yaşlarında Şamaxıda rus dilində olan şəhər məktəbinə 
gedir, təhsilini əla qiymətlərlə bitirdikdən sonra Tiflis gimnaziyasına daxil olur. 
1861-cı ildə Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirərək hökumət hesabına 
Moskva universitetinin fizika-riyaziyyat fakültəsində təhsilini davam etdirir. 
Moskvada Həsən bəy Zərdabi dövrün mütərəqqi ideyaları ilə tanış olur, ziyalılarla 
ünsiyyət qurur və özünün növbəti kamillik mərhələsini yaşayır. 
1865-ci ildə Moskva Universitetini elmlər namizədi diplomu ilə başa 
vuran Zərdabinin qarşısında gözəl perspektivlər açılır. Onu universitetin rektoru 
S.M.Solovyovun ailəsi də yaxşı tanıyır və böyük hörmətlə qəbul edir . Bu barədə 
Hənifə xanım Abayeva xatirələrində yazır: "Solovyov Şərqlə, xüsusən də islamla 
çox maraqlanırdı. Onun ailəsində Həsən bəyin Qafqaz, bu diyarın adət-ənənələri, 
əxlaqı barəsindəki söhbətlərə maraqla qulaq asırdılar. Solovyov tez-tez Həsən 
bəyin islamla bağlı məsələlərə dair izahatlarını dinləyir, eşitdiklərinin çoxunu qeyd 
edirdi. Daim Solovyovun evində olan Həsən bəy onun qızını həqiqi məhəbbətlə 
sevirdi. Bu məsələdə qızın da münasibəti eyni dərəcədə həqiqi və ciddi idi. Lakin 
Həsən bəy yaxşı bilirdi ki, əgər o, ali təhsil almış ilk müsəlman xristian qızına 


15 
evlənsə, xalq həm özündən, həm də xanımından birdəfəlik üz döndərər. Ona görə 
də Həsən bəy ürəkdən sevdiyi qızla nikaha girməkdən imtina etdi və təhsilini başa 
vuran kimi doğma xalqına xidmət üçün vətənə qayıtdı". Bu kiçik xatirə 
parçasından göründüyü kimi Moskvada təhsil aldığı dövrdə o, öz həyatını, əgər 
belə demək mümkündürsə, proqramlaşdırmış, xalqına xidmət meyarlarını 
müəyyənləşdirmişdi. Bu meyarlar isə özünü xalqına həsr etməkdən, onun 
maariflənməsi və tərəqqisinə çalışmaqdan ibarət idi. 
Moskvadan geri dönən Həsən bəy Tiflisdə "Mejevaya palata"da, yəni 
torpaq işləri ilə məşğul olan idarədə çalışdı. 1868-ci ildə Quba məhkəməsində katib 
kimi fəaliyyət göstərdi, baş verən qanunsuzluqlara, ədalətsizliklərə etiraz etdi və 
idarə işlərindən əl çəkib Bakıya döndü, gimnaziyadan təbiyyatdan dərs dedi. O 
dövrdə azərbaycanlılardan gimnaziyada təhsil alanları barmaqla saymaq olardı. 
Xalqın maariflənməsi naminə Həsən bəy az qala qapı-qapı gəzərək həmvətənlərini 
təhsilə cəlb etməyə çalışırdı. 
Xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabi 
mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurmuş, müxtəlif ideyaları həyata 
keçirmişdi. "Müsəlman şagirdlərinə yardım cəmiyyəti" təsis edir və gimnaziyadakı 
tələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə 
bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsil 
xərclərini ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də 
uğurlu alınmadı. Böyük çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pul 
toplayır və bu vəsaitin faizi ilə ildə 1-2 nəfərin təhsil haqqını ödəyir. Bu işlə yanaşı 
Həsən bəy öz mənzilində pansionat açır, hər il on nəfər azərbaycanlı uşaq bu 
pansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanır. 1872-ci ildə 
ailə həyatı qurduğu Tiflisdə nəcib qızlar İnstitutunu bitirmiş Hənifə xanım 
Abayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi olur. Millətin 
maariflənməsi yolunda Həsən bəyin göstərdiyi səyləri Hənifə xanım xatirələrində 
belə təsvir edir: "O, bir nəfər dəmirçini öz uşağını gimnaziyaya verməyə razı 
salmışdı. Uşağı gimnaziyaya dövlət hesabına düzəltmişdi. Atası oğluna dərs vəsaiti 
almaqda çətinlik çəkdiyini deyəndə, Həsən bəy məsləhət görmüşdü ki, "çəkic-
zindanını sat, amma oğlunu oxut". Bu yolla o, müsəlmanları maarif üçün də xərc 
çəkməyə alışdırmaq istəyirdi". 
1873-cü ilin Novruz bayramı günlərində Həsən bəyin rəhbərliyi və iştirakı 
ilə Azərbaycan mədəniyyəti tarixində inqilab adlandırıla biləcək hadisə, milli 
teatrımızın əsası qoyuldu. Milli dramaturgiyamızın banisi M.F.Axundovun artıq 
Tiflis və Peterburq teatrlarında tamaşaya qoyulan, Avropa şərqşünaslarının 
diqqətini cəlb edən "Hacı Qara" komediyası öz vətənində oynanıldı. Gözlənilməz 
xəbəri eşidən Mirzə Fətəli Axundov Zərdabiyə minnətdarlıq dolu məktub 
ünvanlayır. 


16 
Təbii ki, Həsən bəyin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə 
edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi. Azərbaycanın o zamankı tarixi 
inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu 
H.Zərdabi duymamış deyildi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, 
mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan 
maarifiçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz 
üzərinə götürürdü. Zərdabi "Həyat" qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında 
"Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində yazır: "Hər kəsi çağırıram gəlmir, 
göstərirəm görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb 
çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim 
sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə 
qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə 
əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan 
savayı bir qeyri-əlac yoxdur". 
Bu böyük maarif fədaisi "Əkinçi"nin nəşri ərəfəsindəki qayğılarından söz 
açaraq xatırlayırdı: "Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yox, çapxana yox, 
hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət 
tərəfindən izn almaq da ki, bir böyük bəladır". 
O zaman Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsində idi. Vaxtilə 
"Tfilisskiye vedomosti" və "Zakavkazskiy vestnik" qəzetlərinin, habelə Arzanov 
qardaşlarının Tiflisdəki mətbəələrindən qalmış ərəb hürufatına bel bağlamaq 
olmazdı. Azərbaycan dilində qəzet buraxılması işinə milli mətbəənin təşkilindən, 
hürufat tədarükündən başlamaq lazım idi ki, Zərdabi məhz belə etdi. 
O dövrdə İstanbulun "Babi-ali caddəsi"ndə mətbuat və kitab ticarəti 
sahəsində çoxlu azərbaycanlı işləyirdi. Xatirələrində Zərdabi onların "Əkinçi" üçün 
hürufat əldə etməyə böyük kömək göstərdiklərini ayrıca qeyd edir. Yeni və 
müstəqil mətbəə açmaq mümkün olmadığından Bakı quberniya mətbəəsindən 
istifadə etməyi qərarlaşdırmış Zərdabi hürufatı da ora satdı. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə