Akġf aġirli


Xaçpərəstlər hamısı açdı gözün düĢdü qabaq



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə8/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   4   5   6   7   8   9   10   11   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Xaçpərəstlər hamısı açdı gözün düĢdü qabaq, 
Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq.
Bəs nə vəqti bizə qismət olacaq göz açmaq
Əqlə gəl, Tanrıya bax, qəsdi bu qəflət Hadı. 
 
Müzakirələrdə tərəflərin söz demək hüququnu peşə prinsipi kimi qəbul 
edən Zərdabi, hətta bu fikirlərdə etik ölçülərin gözlənilməsinə də tolerant 
yanaşmış, Qara Hadının həcvini redaksiya qeydi ilə "Əkinçi"də dərc etmişdi: 
"Cənab Hadı Qarabağinin həcvini tamam çap eləməyə izn olmadı... Fikrim budur 
ki, qədim Zərdab kəndində Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə 
zikr olan həcvi tamam qaldırım ki, gələcəkdə bizim övladlar o yadigarə baxıb 
bilsinlər ki, mən bu zəhmət ilə milləti islami qəflətdən ayıltmaq istəyən vəqtdə 
necə nadanlara rast gəlmişəm". 
"Əkinçi" dövrün azərbaycanlısının təsəvvürlərinin genişlənməsinə, qonşu 
ölkələrdə və cəmi dünyada baş verən mütərəqqi ideyalar barədə onların 
məlumatlanmasına, mədəni intibaha qədəm qoymalarına böyük kömək etmişdi. 


20 
"Əkinçi" ədəbiyyatla bağlı məqalələr dərc etmiş, sənətin məzmun və 
forma məsələlərinə həssas yanaşmışdı. Zərdabi, N.Vəzirov, Əhsənül-Qəvaid və 
Heydəri öz məqalələrində köhnə şeir formalarını, ictimai-siyasi məzmunu olmayan 
həcvləri tənqid etmiş, həyat həqiqətlərinin tərənnümünü vacib bilmiş, şairləri bu 
yöndə fəaliyyət göstərməyə çağırmışlar. Qəzet həcv yazanlara üz tuturdu: "İndi 
yazılan həcvlər çəkməçi danışığına oxşadığına nəinki onları oxumaq olmur, hətta 
adam olan kəs onları oxuyanda əti ürpənir". 
Zərdabi dövrün ədəbiyyat adamlarını gerçək həyatla ayaqlaşmağa, 
reallıqlardan uzaq olmamağa səsləyirdi: "Bizim zamanə tərəqqi zəmanəsidir və 
tərəqqi etməyən taifə günü-gündən tənəzzül edib axırda puç olacaq, ona bianən 
bizim şüəra qardaşlarımızdan ki, onlar əlhət xalqın gözçüsüdürlər, iltimas edirik, 
təqazayi-zəmanəyə müvafiq, xəlqin gözünü açmağa səy etsinlər". 
Əhsənül Qəvaid və Nəcəf bəy Vəzirov da qayəsini reallıqdan alan şeirin 
tərəfində idilər. N.Vəzirov poeziyanın tərbiyəvi əhəmiyyətini məxsusi qeyd edir
etik ölçüləri gözləməyən, təhqirlə-tənqidin sərhədlərini itirən həcv ustalarına 
kəskin münasibət bildirirdi. 
Ucqar bir kənddə doğulan, xalqın içərisindən çıxan Həsən bəy 
"Əkinçi"nin səhifələrində kənd təsərrrüfatına aid xeyli sayda materiallar dərc 
etmiş, bu sahədə yazan müəlliflərin yazılarına diqqət göstərmişdi. Demək olar ki, 
qəzetin bütün nömrələrində əkinçilik və maldarlıqla bağlı materiallar "Elm 
xəbərləri", "Əkin və ziraət xəbərləri" rubrikası altında işıq üzü görmüşdü. Bu 
materialların əksəriyyətini sadə, rəvan xalq dilində Zərdabinin özü qələmə almışdı. 
Torpağın məhsuldarlığının artırılması, kübrə növləri, məhsuldarlığın təyini üsulları, 
heyvan saxlanılması, yeni əkinçilik alətləri əsas mövzular idi. Kənd təsərrüfatına 
həsr etdiyi məqalələrinin birində Zərdabi Azərbaycanda kətan kimi məlum olan 
ənənəvi ağac kotanların çoxlu işçi qüvvəsi tələb etməsi xüsusiyyətlərini pisləyir, 
onun təkmilləşdirilmiş alətlərlə əvəz edilməsinin vacibliyini qeyd edirdi: "Xülasə, 
dünyada kotan çoxdur, amma bizimkindən yamanı heç olmaz. Onun hər bir hissəsi 
yaman olduğuna 8 cüt öküz ilə işlədirik və onunla belə yeri narın edib çevirə 
bilməyirik. Ona bianən bizim tavanası olan əkinçilər yaxşı elədilər ki, Moskva 
karxanalarından əla kotanlar gətirib işlədəydilər". Müəllif məqalədə məlumat 
verirdi ki, artıq dünyada kotanla yer şumlanmır: "İndi elm sahibləri səy edirlər ki, 
kotanı su buğu ilə işləyən maşınla işlətsinlər və belə maşınlar qayırıblar ki, bir 
tağar yeri bir saatda şumx edir". 
Həsən bəy ilə yanaşı, Nəcəf bəy Vəzirov, Ə.Gorani kimi elmi, müasir 
dövrün tələblərini bilən qələm əhli Rusiyanın, Avropanın kənd təsərrüfatına aid 
yeniliklərini oxuculara çatdırırdılar. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə