Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə10/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   6   7   8   9   10   11   12   13   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Seyid Əzim ġirvaninin 
yaradıcılığında "Əkinçi"nin müstəsna rolu var. 
Bu mətbu orqanın səhifələrində şairin 10-dan çox şeiri işıq üzü görmüşdü. 
Azərbaycan xalqının həyatında "Əkinçi"nin böyük rolu olduğunu şeirlərində 
vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Dünyanın 
müxtəlif yerlərindən informasiyaları toplayıb oxucuya çatdırması, maarifçilik işi 
aparması, elm toxumu səpməsi, ana dilinin saflaşması uğrunda aparılan mübarizə 
Şirvani tərəfindən mətbuatın üstünlüyü hesab edilirdi. Qəzet onun əlində 
maarifçilik ideyalarının yayıldığı xitabət kürsüsünə çevrilmişdi. "Əkinçi"nin 
imkanlarından yararlanmaq üçün oxuculara üz tutan Şirvani yazırdı: 


22 
Neçə müddətdir ki, Həsən bəyi zar,
Hüsnü-tədbir ilə o fəxri-kibar
Öz qədimi misalımızda haman,
Qəzetə çapını edib ünvan. 
Ġzn hasil qılıbdır dövlətdən, 
Biz gərək dəm vuraq səadətdən 
Özünə gərçi yoxdur faidəsi,
Leyk var, xəlqə feyzi-zaidəsi. 
"Əkinçi"nin nəşri ilə bağlı göndərdiyi təbrik məktubunda Seyid Əzim bu 
mətbu orqanı və Zərdabinin "əhli-islamı", "xaki-məzəllətdən" qaldırdığı, xalqı öz 
ana dilində günün aktual problemləri ilə tanış etdiyini alqışlayırdı. O, "Əkinçi"nin 
gəlişini ruh təzələyən səhərə bənzədir. Səhər mehi insanda xoş duyğular oyatdığı 
kimi "Əkinçi" də müsəlman aləmini qəflət yuxusundan oyadır. Qəzetin müsəlman 
aləminə gətirdiyi bu yeniliyi duyan şair "Əkinçi"nin davamlı nəşrini arzulayırdı. 
"Əkinçi"yə həsr etdiyi şeir nümunələrindən aydın görünür ki, Şirvani 
dövrünün bir çox ziyalıları kimi mətbuatın imkanlarını çox gözəl dəyərləndirir, 
xalqın tərəqqisi və inkişafında mühüm vasitə olduğunu duyurdu. O, "Qəzet nədir" 
şeirində "Əkinçi"nin məramı, məqsəd və vəzifələrini nəzmlə oxuculara çatdırırdı. 
Həsən bəyin özünün təbirincə desək, Şirvani "Əkinçi"nin səsinə səs 
verərək maarifi təbliğ etməklə kifayətlənmir, yeni tipli məktəblərin açılmasını 
alqışlayırdı. Aqilin cahildən yüksək tutulmasını maarifçiliyin əsas prinsipi hesab 
edən Şirvani öz oğlunu Şamaxıda açılan yeni tipli məktəbə qoymuşdu. 
Oğluna nəsihət məzmununda yazdığı şeiri "Əkinçi"yə göndərən 
Şirvaninin bu əsəri redaksiya qeydi ilə çap olunmuşdu. Redaksiya qeydində 
deyilirdi: "Şamaxıda bir camaat uçqolası bina olub ruhani okrujioy məclisinin 
nəzarətində Şamaxı sakini Seyid Əzim Məliküşşüəra öz oğlu Mir Cəfər namı 
haman uçqolaya elm təhsil etmək üçün qoymadan xalqın məzəmmətin görüb öz 
oğluna nəzm ilə nəsihət verdiyinin bəyanıdır". 
Azərbaycan ədəbiyyatına mahir dramaturq kimi daxil olan 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə